27 Aralık 2015 Pazar

Münafiqlər Şeytana Bənzəyirlər.!!

Münafiqlər Şeytana Bənzəyirlər.

Şeytan insana: “Kafir ol!”– deyir. İnsan kafir olan kimi: “Mən səndən uzağam. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!”– deyir.

Haşr surəsi 16


İbn Cərir, Yəhya b. İbrahim əl-Mesû'dî kanalı ilə İbn Məsudun yuxarıdaki ayəylə əlaqədar olaraq belə dediyini rəvayət etmişdir:

Qoyun otlatmakta olan bir qadın var idi. Bu qadının dörd qardaşı da var idi. Qadın gecə bir rahibin monastırına gedib sığı
nırdı. Bir gecə rahib, o qadınla zina etdi. Qadın hamilə qaldı. Şeytan gəlib rahibə: "Qadını öldür, sonra basdır. Çünki sən, sözü təsdiqlənən və dinlənilən bir adamsan.(əgər bilsələr belə iş tutduğunu,o zaman rüsvay olarsan)" dedi.
Rahib, qadını öldürdü. Sonra basdırdı. Digər tərəfdən şeytan qadının qardaşlarının yuxusuna girib onlara belə dedi: "Manastırdaki rahib, bacınızla zina etdi. Onu hamilə buraxınca öldürdü və filan yerə basdırdı."
Sabah olduqda qardaşlarından biri
"Vallahi dünən gecə bir yuxu gördüm, amma bilmirəm, sizə danışım , yoxsa yox?" dedi.
Qardaşları da:
"Xeyr, xeyr danış." dedilər. O da danışdı. Digəri: "Vallahi mən də eyni yuxunu gördüm." dedi. Üçüncüsü də: "Vallahi mən də bu yuxu gördüm." dedi. Və ham birlikdə: "Vallahi bu işin içində bir iş var-." dedilər.
Qaçıb rahibin monastırına getdilər. Onu manastırdan aşağı endirdilər. O əsnada şeytan özlərindən əvvəl rahibə çatıb: "Mən səni bu bəlaya sürüdüm və bundan xilas edə biləcək olan da ancaq mənəm. Bunun üçün də mənə səcdə et ki, səni içinə saldığım bu bəladan qurtarım." dedi. Rahib, ona səcdə etdi. Qadının qardaşları gəlincə, şeytan, rahibdən uzaqlaşdı. Rahibi tutdular və öldürdülər.


(İbn Kəsir, əl Bidayə vən-nihayə, Çağrı Yayınları: 2 / 227-228.)

Hiç yorum yok:

Yorum Gönder