VİDA XÜTBƏSİ
(9 Zilhicce l0 H. /8 Mart 632 M . Cümə)
Allah Rəsulu sallallahu
əleyhi və səlləm Vida hacında, 9 Zilhicce Cümə günü zavaldan sonra Kasva adlı
dişi dəvəsi üzərində, Ərafat Vadisinin ortasında Gadiri Hum mövqesində yüz mini
aşan Müsəlmanın şəxsində bütün insanlığa belə natiqlik idi .
Bismilləhirrahmanirrahim
"Həmd Allaha
məxsusdur . ONA həmd edər, ONdan kömək istəyərik. Allah kimə hidayət etsə,
artıq onu kimsə sapdıra bilməz. Pozğunluğa saldığını da kimsə hidayətə çatdıra
bilməz . Şahidlik edərəm ki; Allahdan başqa haqqıyla ibadət ediləcək başqa bir
ilah yoxdur. Təkdir, yoldaşı, ortağı, tayı və bənzəri yoxdur. Yenə şahidlik
edərəm ki, Məhəmməd ONun qulu və Rəsuludur. "
Ey İnsanlar!
Sözümü yaxşı dinləyin.
Bilmirəm, bəlkə bu ildən sonra sizinlə burada əbədi olaraq bir daha birlikdə
ola bilməyəcəyəm.
Səhabələrim!
Bu günləriniz necə
müqəddəs bir gün, bu aylarınız necə müqəddəs bir ay, bu şəhəriniz Məkkə necə
müqəddəs bir şəhər isə, canlarınız, mallarınız, namus və şərəfiniz də eləcə
mukaddestir; hər cür təcavüzdən günahsızdır.
Səhabələrim!
Sabah Rəbbinizə
qovuşacaqsınız. Bu günki hər hal və hərəkətinizdən şübhəsiz soruşulacaqsınız.
Məndən sonra bir-birlərinin boyunu vuran kafirlərin halına dönməyin. Bu vəsiyyətim
i burada olanlar, olmayanlara bildirsinlər. Ola bilər ki, bildirilən kimsə,
burada olmayıb da eşidəndən daha
yaxşı anlayaraq hifz etmiş olar.
Səhabələrim!
Kimin yanında bir əmanət
varsa, onu sahibinə qaytarsın . Faizin hər növü
qaldırılmışdır, ayağımın altındadır. Lakin götürdüyünüz borcun əslini ödəmək
lazımdır. Nə zülm edin, nə də zülmə uğrayın. Allahın əmriylə bundan belə
faizçilik qadağandır. Cahiliyyətdən qalma bu çirkin adətin hər cürü ayağımın
altındadır. İlk qaldırdığım faiz də Abdülmuttalibin oğulu əmim Abbasın faiz
götürəcəyidir.
Səhabələrim!
Cahiliyyət dövründə
güdülən qan iddiaları da tamamilə qaldırılmışdır. Qaldırdığım ilk qan iddiası,
Abdülmüttalibin nəvəsi (əmilərimdən Hərisin oğulu) Rabianın qan iddiasıdır.
Ey İnsanlar!
Qadınların haqqlarını
güdmənizi və bu mövzuda Allahdan qorxmanızı tövsiyə edərəm. Siz, qadınları
Allahın əmanəti olaraq götürdünüz. Onların namus və ismətlərini Allah adına söz
verərək halal əldə etdiniz . Sizin qadınlar üzərində haqqınız, onların da sizin
üzərinizdə haqqları vardır. Sizin qadınlar üzərindəki haqqlarınız, ailə namusu
və şərəfinizi kimsəyə tapdalatmamalarıdır. Əgər onlar sizdən icazəsiz razı
olmadığınız kəsləri ailə yuvanıza götürsələr, onları yüngülcə döyüb gorqudabilərsiniz.
Qadınların sizin üzərinizdəki haqqları isə, ənənəyə görə hər cür (qanuni
ehtiyaclarını), yemək və geyəcəklərini təmin etməniz idir.
Möminlər!
Sizə iki əmanət
buraxıram. Onlara əzı dişlərinizlə sıx sarıldıqca yolunuzu heç çaşmazsınız. Bu
əmanətlər, Allahın kitabı Quran və ONun Rəsulunun
sünnəsidir.
Ey İnsanlar!
Axıb getməkdə zaman,
Allahın göyləri və yeri yaratdığı günkü vəziyyətə dönmüşdür. Bir il, l2 aydır.
bunlardan 4ü Zilkade, Zilhicce, Məhərrəm və Rəcəb hörmətli aylardır.
Səhabələrim!
Bu gün şeytan sizin bu
torpaqlarınızda yenidən nüfuz və səltənətini qurma gücünü əbədi olaraq
itirmişdir. Lakin sizə qadağan etdiyim bu şeylər xaricində, kiçik gördüyünüz
şeylərdə ona xəbərdar etsəniz, bu da onu sevindirər, ona cəsarət verər.
Dininizi qorumaq üçün bunlardan da uzaq qalın.
Möminlər!
Sözümü yaxşı dinləyin,
yaxşı bəlləyin. Rəbbiniz birdir, atanız birdir. Hamınız Adəmdənsiniz, Adəm də
torpaqdan yaradılmışdır. Heç kimin başqaları üzərində soy-sop üstünlüyü yoxdur.
Allah qatında üstünlük, ancaq təqva ilədir. Müsəlman müsəlmanın qardaşıdır.
Beləcə bütün müsəlmanlar qardaşdır. Könül xoşluğu ilə özü vermədikcə,
başqasının haqqına əl uzatmaq halal deyil. Səhabələrim! Nəfsinizə də zülm etməyin.
Nəfsinizin də üzərinizdə haqqı vardır. Bu nəsihətlərimi burada olanlar,
olmayanlara təbliğ etsinlər.
Ey İnsanlar!
Cənabı Haqq, Quran da
hər haqq sahibinə haqqını vermişdir. Varis üçün ayrıca vəsiyyət etməyə ehtiyac
yoxdur. Uşaq kimin döşəyində doğulmuşsa, ona aiddir. Zina edən üçün isə
məhrumiyyət vardır. Atasından başqasına soy (neseb) iddiasına cəhd edən soysuz,
yaxud əfəndisən deyil başqasına intisaba cürət edən nankor, Allahın qəzəbinə,
mələklərin lənətinə və bütün müsəlmanların qarğışına uğrasın. Cənabı Haqq
beləsi insanların nə tövbələrini nə də ədalət və şahidliklərini qəbul edər.
Səhabələrim!
Allahdan qorxun, beş
vaxt namazınızı qılın, Ramazan orucunuzu tutun, malınızın zəkatını verin, əmir
səhiblərinizə itaət edin. Beləcə Rəbbinizin Cənnətinə giresiniz.
Ey İnsanlar!
Sabah məni sizdən
soruşacaqlar, nə deyərsiniz? Səhabələri kiram:
Allahın dinini teblig
etdin, vəzifəni haqqıyla etdin, bizə nəsihət və vəsiyyət etdin, deyə şahidlik
edərik, dedilər.
Allah Rəsulu sallallahu
əleyhi və səlləm mübarək şahidlik barmağını göyə doğru qaldırdı, camaat üzərinə
çevirib endirdikdən sonra üç dəfə:
Şahid ol Ya Rəb! Şahid
ol Ya Rəb! Şahid ol Ya Rəb! buyurdu.
(Hədisi
Buxari rəvayət
ətmiştir: 4403, 6043, 6166, 6785, 6868, 7077)
Hiç yorum yok:
Yorum Gönder