Sələmə ibn əl-Əkva (radıyallahu ənh) bələ demişdir: Peyğəmbər sallallahu əleyhi və səlləm’lə birlikdə Hüdeybiyyəyə
gəldiyimiz zaman bizim sayımız min dörd yüz nəfər idi və biz özümüzlə əlli qoç
da gətirmişdik. (Ora çatdıqda hamı susamışdı. Elə buna görə də) Peyğəmbər sallallahu əleyhi və səlləm su
quyusunun yanında oturdu, sonra ya dua etdi, ya da onun içinə tüpürdü və oradan
su fəvvarə vurdu. Biz o sudan doyunca içdik, heyvanlarımızı suvardıq və
ehtiyat üçün qablarımıza da doldurduq. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm beyət etmək üçün bizim hamımızı
ağacın altına dəvət etdi. Mən ilk beyət edənlərdən idim. Beyət edənlərin sayı
yarıya çatdıqda Peyğəmbər
sallallahu əleyhi və səlləm dedi:
Ey Sələmə, gəl beyət et!
Ey Allah’ın elçisi, artıq mən ilk zümrə ilə birlikdə sənə beyət
etdim!
Yenə beyət et!
Sonra o məni əliboş (yəni silahsız) görüb bir qalxan verdi və beyət
etməyinə davam etdi. Beyətin sonunda o dedi:
Ey Sələmə, mənə beyət etmirsən?
Ey Allah’ın elçisi, artıq mən əvvəlki və sonrakı camaatla birlikdə
sənə beyət etdim!
Yenə beyət et!
Mən üçüncü dəfə ona beyət etdim. Sonra o mənə dedi: Ey Sələmə, sənə verdiyim qalxan haradadır?
Mən dedim: Ey Allah’ın elçisi! Mən əmim Amiri (radıyallahu ənh)
silahsız görüb qalxanı ona verdim. Peyğəmbər sallallahu əleyhi və səlləm gülüb dedi: Həqiqətən, sən, sanki ilk əvvəl:
Allah’ım! Özümdən də artıq sevdiyimi (bir neməti) mənə əta et!- deyən şəxsə bənzəyirsən!
Sonra müşriklər bizim yanımıza öz nümayəndələrini göndərib onlarla sülh
müqaviləsi bağlamağı təklif etdilər. Biz bununla razılaşdıq və aradakı
gediş-gəliş bərpa olundu. O zamanlar mən Təlhə ibn Ubeydullah’ın (radıyallahu ənh)
xidmətçisi idim. Mən onun atını suvarır, qaşovla belini toz-torpaqdan təmizləyir,
habelə digər xidmətlər göstərir və Təlhə’nin (radıyallahu ənh) çörəyini yeyirdim. Mən Allah’ın (rizasını
qazanmaq) və Peyğəmbər sallallahu əleyhi və səlləm’in (əmrinə tabe olmaq) xatirinə
var-dövlətimi və qohum-əqrəbamı tərk edib Mədinə’yə hicrət etmişdim.Məkkə
əhli ilə bizim aramızda sülh müqaviləsi bağlanılıb gediş-gəliş bərpa
olunduqdan sonra mən tikanlı bir ağacın yanına gəlib altına tökülmüş tikanları
təmizlədim və dincəlmək üçün orada uzandım. Bu zaman dörd Məkkə müşriki yanıma
gəlib Peyğəmbər sallallahu əleyhi və səlləm barəsində nalayiq sözlər danışmağa
başladılar. Mən onların dediklərinə nifrət etdim və gedib başqa ağacın altında
uzandım. Onlar silahlarını ağacdan asıb orada uzandılar. Elə bu vaxt carçı
vadinin aşağı tərəfindən car çəkib dedi: Ey mühacirlər, ibn Zuneymi (radıyallahu ənh) öldürüblər!
Mən dərhal qılıncımı çıxarıb o dörd nəfərin üstünə hücum etdim və onların
qılınclarını əlimə toplayıb dedim: Məhəmməd’in hörmətini ucaldan Allah’a and
olsun ki, sizlərdən biri başını tərpətsə onun boynunu vuraram! Sonra mən
onları əsir tutub Peyğəmbər sallallahu əleyhi və səlləm’in yanına gətirdim. Bu arada əmim Amir (radıyallahu ənh)
zirehli atın üzərində, əsir tutulmuş Ablat oğullarından olan Mikrəzi və başqa
yetmiş müşriki Peyğəmbər sallallahu əleyhi və səlləm’in yanına gətirdi. Peyğəmbər sallallahu əleyhi
və səlləm onlara
nəzər salıb dedi: Onları azad edin! Bu onların birinci və axırıncı günahı olsun!
Peyğəmbər sallallahu əleyhi və səlləm onları bağışlayıb hamısını azad etdi və
Uca Allah da bu ayəni nazil etdi:
‘’Sizi onların üzərində qələbə
çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin
də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi Görəndir.’’(Əl-Fəth
24)
Sonra biz oradan çıxıb geriyə, Mədinəyə döndük və yolüstü müşrik
olan bənu Lihyan qəbiləsinə yaxın bir yerdə dayanmalı olduq. Onlarla bizim
aramızda bir dağ var idi. Peyğəmbər sallallahu əleyhi
və səlləm o
gecə dağa qalxıb müşriklər barəsində ona və səhabələrinə xəbər gətirən şəxs
üçün Allah’dan bağışlanma dilədi. Mən o gecə iki və ya üç dəfə dağa qalxdım. Biz
Mədinəyə gəlib çatdıqdan sonra Peyğəmbər sallallahu əleyhi
və səlləm xidmətçisi
Rəbahı (radıyallahu ənh) mənimlə birlikdə geridə qalmış
sürüyə baş çəkməyə göndərdi və biz Təlhə’nin (radıyallahu ənh) atına minib ora getdik. Biz ora
çatdıqda artıq Abdurrəhman ibn Bədr əl-Fəzari sürüyə basqın etmiş, çobanı
öldürüb mal-qaranı sürüb aparmışdı. Mən: Ey Rəbah! Götür bu atı Təlhə ibn Ubeydullaha
(radıyallahu ənh) çatdır, Peyğəmbər sallallahu əleyhi və səlləm’ə də xəbər ver ki, artıq müşriklər onun sürüsünə basqın ediblər.
Sonra mən bir təpənin üstünə qalxıb Mədinəyə tərəf üz tutdum və üç dəfə:
Köməyə gəlin! deyə çağırdım.
Daha sonra mən müşrikləri təqib edib onları ox atəşinə tutdum və
rəcəz[1] ilə bu sözləri oxudum: Əkvanın oğluyam mən Ölüm günüdür bu gün.Sonra yaxınlaşıb onlardan birini oxla
vurdum. Mənim atdığım oxun ucu onun atının yəhərindən keçib çiyininə dəydi. Mən
yenə: Əkvanın oğluyam mən Ölüm günüdür bu
gün. deyib onları ox atəşinə tutdum. Allah’a and olsun ki, atlılardan hər
biri mənə hücum etdikcə onları (atlarını) oxla vurub yaralayırdım. Mən o vaxta
qədər ox atdım ki, nəhayət onlar (çıxılmaz vəziyyətə düşdülər və) özlərini dağ
dərəsinə saldılar. Mən dağın üstünə qalxıb onların başlarına o qədər daş
yağdırdım ki, nəhayət ələ keçirdikləri mal-qaranı geri qaytardılar. Onlar
həyəcanla otuzdan çox zireh və nizələri yerə atdılar. Mən bu silahların
üzərinə o qədər daşlar saldım ki, Peyğəmbər sallallahu əleyhi
və səlləm və
səhabələri dağın döşündəki dərəyə gəldikdə onların orada olduğunu bilsin. Bu
vaxt Abdurrəhman ibn Bədr əl-Fəzari gəlib çıxdı və onlar oturub nahar etməyə
başladılar. Mən isə dağın üstündən onlara tamaşa edirdim. O dedi: Bu gördüklərim
nədir? (Burada nə baş verib?) Onlar dedilər: Biz bunun təzyiqinə məruz
qalmışıq. Allaha and olsun ki, alaqaranlıqdan indiyə kimi bizdən əl çəkməyib,
bizi ox atəşinə tutub və hər şeyi (mal-qaranı, zirehlərimizi və nizələrimizi)
əlimizdən alıb. Abdurrəhman ibn Bədr əl-Fəzari dedi: Dörd nəfər (danışıqlar aparmaq
üçün) onun yanına getsin!
Onlardan dördü
mənim yanıma qalxdı. Mən danışmağa fürsət tapan kimi dedim: Məni
tanıyırsınızmı? Onlar dedilər: Xeyr, sən kimsən? Mən dedim: Mən Sələmə ibn
əl-Əkvayam. Məhəmməd’in hörmətini ucaldan Allah’a and olsun ki, mən istəsəm
sizin hər birinizi öldürə bilərəm, ancaq siz istəsəniz də məni öldürə
bilməyəcəksiniz! Onlardan biri: Bəli! Zənn edirəm ki, o doğru deyir dedi və
onlar geri qayıtdılar. Peyğəmbər sallallahu əleyhi
və səlləm‘in süvari
qoşunu ağaclar arasından görünənədək mən tutduğum mövqeyi tərk etmədim.
Qoşunun önündə Əxrəm əl-Əsədi (radıyallahu ənh), onun ardınca Əbu Qətadə əl-Ənsari (radıyallahu ənh),
onun da ardınca Miqdad ibn əl-Əsvəd əl-Kindi (radıyallahu ənh) gəlirdi. Mən Əxrəmin (radıyallahu ənh)
atının yüyənindən tutduqda o dedi: Axı onlar qaçırlar! Mən dedim: Ey Əxrəm,
onlardan özünü qoru! Mən istəmirəm ki, Peyğəmbər sallallahu əleyhi və səlləm və səhabələri gəlincəyə qədər onlar səni
öldürsünlər! O dedi: Ey Sələmə! Əgər sən Allah’a və axirət gününə, cənnətin
və cəhənnəmin haqq olduğuna inanırsansa Onun yolunda şəhid olmağıma mane olma!.
Mən ona mane olmadım və o Abdurrəhman ibn Bədr əl-Fəzari ilə təkbətək göyüşdə
şəhid oldu. O, yalnız Abdurrəhman’ın atını yaralaya bildi, Abdurrəhman isə
onu öldürüb atına sahib oldu. Sonra Əbu Qətadə (radıyallahu ənh) Abdurrəhman’la təkbətək döyüşdü və qılıncla
onu öldürdü. Məhəmməd’in hörmətini ucaldan Allah’a and olsun ki, mən onların
ardınca qaçdım və arxada nə bir səhabə, nə də onlardan bir toz-torpaq
(əsər-əlamət) gördüm. Müşriklər gün batmamışdan əvvəl gəlib zu-Qərəd adlanan,
su olan bir dərəyə çatdılar və susuzluqlarını yatırtmaq üçün suyun kənarına
gəldilər. Sonra nəzər salıb mənim onların dalınca gəldiyimi, onları qabaqladığımı
görüb dərhal oranı tərk etdilər və bir qurtum belə o sudan içə bilmədilər. Onlar yenə
dağın döşünə çəkildilər. Mən qaça-qaça onlara yaxınlaşıb: Əkvanın oğluyam mən Ölüm
günüdür bu gün.deyib qarşımdakı müşrikin çiynindən bir ox vurdum.O dedi: Anası
onu itirsin! Bu, səhərki Əkvadı? Mən: Bəli, ey nəfsinin düşməni! Mənəm, səhərki
Əkva!- deyə cavab verdim.Onlar dağın döşündə iki at tərk edib qaçdılar. Mən bu
atları da sürüb Peyğəmbər sallallahu əleyhi və səlləm’in
yanına apardım və yolda Amirlə (radıyallahu ənh) rastlaşdım. Onun əlində birində bir az
süd, digərində isə su olan iki tuluq var idi. Mən (süddən) içib (sudan )
dəstəmaz aldıqdan sonra Peyğəmbər sallallahu əleyhi
və səlləm‘in yanına gəldim. O, müşriklərin tərk etdiyi
suyun kənarında oturmuş və onlardan aldığım dəvələri, zirehləri və nizələri
götürmüşdü. Bilal (radıyallahu ənh) isə bu dəvələrdən birini kəsib
ciyərindən və hörgücündən Peyğəmbər sallallahu əleyhi
və səlləm üçün qızardırdı.
Mən dedim: Ey Allah!ın elçisi, izn ver səhabələrdən yüz nəfər seçib götürüm və
onların ardınca gedib hamısını öldürüm! Peyğəmbər sallallahu əleyhi və səlləm azı dişləri tonqal işığında görünənə qədər (ürəkdən) güldü və dedi: Ey
Sələmə! Sən bunu bacara biləcəyinə arxayinsan? Mən dedim: Əlbəttə! Səni ən
hörmətli edən Allah’a and olsun ki, bacararam! O dedi: Hal hazırda onlar
Ğətəfan diyarında gonaqdırlar! Bu vaxt Ğətəfandan bir kişi gəlib dedi: Filankəs
onlar uçun bir dəvə kəsdi. Onlar dəvənin dərisini soyarkən üzərində olan
toz-torpağı görüb: Müsəlmanlar gəlirlər- deyə qaçıb getdilər.
Ertəsi gün Peyğəmbər sallallahu əleyhi və səlləm : Bu günkü gündə ən yaxşı süvarimiz Əbu
Qətadə və ən yaxşı piyadamız Sələmədir! deyib süvari və piyadalar üçün
ayrılmış qənimət paylarından ikisini (hərəsindən bir pay) mənə verdi. Sonra
o məni öz arxasına, Adbaya[2] mindirdi və biz Mədinəyə qayıtdıq.Yolda
ən bərk qaçan ənsarlardan biri: Mədinəyə qədər yarışmaq istəyən varmı?- deyə
bir neçə dəfə təkrar etdi.Mən onun bu qəti tələbini eşitdikdə dedim: Məgər sən
alicənab, möhtərəm insanlara hörmət etmirsən? O: Xeyr, mən yalnız Allah’ın
elçisinə hörmət edirəm![3]- dedi. Mən Peyğəmbər sallallahu əleyhi və səlləm‘ə : Atam-anamsan ey Allah’ın elçisi! İzn ver onunla yarışım - dedim. O
: İstəyirsənsə yarış! dedi. Sonra mən (üzümü yarışmaq istəyən ənsara tutub): Hazırlaş!
dedim. Mən ayaqlarımı büküb qaçış vəziyyətini aldım, sonra dərhal yerimdən
sıçrayıb qaçdım. Yolda nəfəsimi dərmək üçün bir müddət dayandıqdan sonra
yenə onun ardınca qaçdım. Bir az sonra mən yenə yorğunluğumu almaq üçün dayandım.
Sonra qalxıb onun dalınca qaçdım və nəhayət gəlib onu keçdikdə çiyninə vurub
dedim: Vallahi mən səni ötdüm!. O dedi: Hesab edirəm ki, sən məni ötdün.
Beləliklə biz Mədinəyə qədər yarışdıq və mən onu arxada qoydum. Allah’a and
olsun ki, biz cəmi üç gün Mədinədə qaldıqdan sonra Peyğəmbər sallallahu əleyhi və səlləm‘lə birlikdə Xeybərə getdik. Bu vaxt əmim Amir (radıyallahu ənh) rəcəz ilə bu sözləri oxudu:
Nə sədəqə verərdik, nə namaz qılardıq
biz,
Olmasaydı lütfün Sənin, keçinə bilməzdik
biz.
Sabit et qədəmləri, düşmən gəldikdə
bizə,
Sonra da bir təskinlik Özün nazil et bizə!
Allah’ın elçisi sallallahu əleyhi və səlləm dedi: Bu kimdir? O dedi: Mənəm, Amir.
Peyğəmbər sallallahu əleyhi və səlləm ona: Rəbbin səni bağışlasın! dedi.
Peyğəmbər sallallahu əleyhi və səlləm kiməsə Allah’dan xüsusən məğfirət diləyərdisə
o şəxs mütləq şəhid olardı. Bu vaxt dəvəsinin üstündə əyləşmiş Ömər ibn
əl-Xəttab (radıyallahu ənh) onu çağırıb dedi: Ey Allah’ın
Peyğəmbəri! İzn ver Amir oxusun biz də həzz alaq! Biz Xeybərə gəlib çatdıqda
düşmənin başçısı Mərhəb qabağa çıxıb qılıncını havada oynatdı və dedi:
Artıq
Xeybər tanıdı, bildi ki Mərhəbəm mən!
Müharibə
başlayıb döyüş alovlanarkən,
Mahir
silah ustası, təcrübəli ərəm mən.
Bu vaxt əmim Amir (radıyallahu ənh) onunla
təkbətək döyüşə çıxıb dedi:
Artıq Xeybər tanıdı, bildi ki Amirəm
mən,
Mahir silah ustası, çevik qəhrəmanam mən.
Təkbətək döyüş başladı və hər ikisi
bir-birinə qılınc zərbəsi endirdi. Mərhəbin vurduğu qılınc Amirin (radıyallahu ənh)
qalxanına dəydi. Amir (radıyallahu ənh) onu alt nahiyədən vurduqda qılıncı özünə
qayıdıb venasını kəsdi və o şəhid oldu. Mən bir neçə səhabənin: Amir intihar
etdi və əməlləri puç oldu! dediyini eşitdim. Mən ağlaya-ağlaya Peyğəmbər sallallahu əleyhi və səlləm‘in yanına gəlib dedim: Ey Allah’ın
elçisi, Amirin əməlləri puç oldu! Peyğəmbər sallallahu əleyhi
və səlləm : Bunu
kim deyir? deyə soruşduqda mən: Səhabələrindən bir neçəsi! deyə cavab
verdim. O dedi: Yalan deyirlər! Əksinə, o ikiqat savab qazandı!
O zaman Əli (radıyallahu ənh)
gözlərinin ağrısından əziyyət çəkirdi və Peyğəmbər sallallahu əleyhi və səlləm məni onun yanına göndərib dedi: Mən bayrağı
Allah və Onun rəsulunu sevən və (ya)[5] Allah və rəsulu’nun sevdiyi bir şəxsə
verəcəyəm! Əli (radıyallahu ənh) göz ağrısından iztirab çəkdiyi üçün onun
əlindən tutub Peyğəmbər sallallahu əleyhi və səlləm‘in
yanına gətirdim. O, Əlinin (radıyallahu ənh) gözlərinə tüpürdü və onun gözləri
sağaldı. Peyğəmbər sallallahu əleyhi və səlləm bayrağı ona verdikdən sonra Mərhəb yenə
qabağa çıxıb dedi:
Artıq Xeybər tanıdı, bildi ki Mərhəbəm
mən!
Müharibə başlayıb döyüş alovlanarkən,
Mahir silah ustası, təcrübəli ərəm mən.
Əli (radıyallahu ənh) dedi:
Meşələr şiri tək zəhimli görkəmliyəm,
Düşmənləri pərən-pərən edib tez öldürürəm.
O, Mərhəbin baş nahiyəsinə qılınc zərbəsi endirib onu öldürdü. Xeybər
də məhz Əlinin (radıyallahu ənh) əli ilə fəth olundu.
1 (Rəcəz şer
(nəzm) ölçüsüdür. )
4 ( Bu, Allaha and içmək üçün ifadə edilən vəllahi; billahi; təllahi
söz birləşmələrindən biridir.)
6 (Heydər şir deməkdir. Əlinin (radıyallahu ənh) anası ana babasının Əsəd ibn Hişam ibn
Əbdümənafın şərəfinə onu Əsəd (yəni, şir) adlandırmışdı. Sonra Əbu Talib gəlib
ona Əli adı vermişdi. Mərhəb döyüşdən əvvəl yatıb yuxusunda bir şirin onu
öldürdüyünü görmüşdü. Elə buna görə də Əli (radıyallahu ənh) onu bu cür hədələmişdi. Şərh Səhih
Muslim 12/391 )
“ Sizi onların üzerində qələbə çalmağa
müvəffaq etdikdən sonra, mkkə vadisində onların əlini sizdən, sizin də əlinizi,
onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir.” (48 əl-Fəth 24 )
Misvər ibn Məxrəmə radıyallahu
ənh və
Mərvan ibn əl-Həkəm bir-birinin rəvayətini təsdiqləyərək demişlərdir :
Rasulullah sallallahu əleyhi və
səlləm Hüdeybiyyə
sülhündə (Mədinədən səfərə) çıxdı və bir qədər yol getdikdən sonra
səhabələrinə belə buyurdu:Xalid ibn əl-Vəlidin başçılıq etdiyi Qüreyşin süvari
qoşunu Ğəmim vadisində pusquda dayanıblar. Buna görə də, siz sağ tərəfə gedin!
Allah’a and olsun ki, Xalid Rasulullah sallallahu əleyhi və səlləm’i və
onun səhabələrini görmədi. Yalnız onların arxasınca qalxan qara toz-torpağı
gördükdən sonra atını çaparaq (müsəlmanların gəldiyini) Qüreyşə xəbər verməyə
getdi. Rasulullah sallallahu
əleyhi və səlləm isə
(səhabələrilə birlikdə) yoluna davam etdi. Nəhayət gəlib Məkkəyə aparan
Hüdeybiyyə vadisindəki dağ yoluna çatdılar. Burada Rasulullah sallallahu əleyhi və səlləm’in dəvəsi
yerə çökdü və insanlar: Hül! Hül!
[1]
deyə dəvəni yerindən tərpətməyə çalışdılar. Lakin dəvə çökdüyü yerdən qalxmadı
və onlar: Qasva
[2] inadkarlıq
edib qalxmır!. dedilər. Rasulullah sallallahu
əleyhi və səlləm dedi
Qasva inadkarlıq etməz! Bu onun adəti deyil. Lakin (bir zamanlar Məkkəyə daxil
olmaq istəyən) fili tutub saxlayan Allah indidə Qasvanı saxladı. Nəfsim
(həyatım) əlində Olana (Allah’a) and olsun ki, müşriklər Allah’ın haram buyurduqlarına
[3] riayət
etməklə məndən hər nə istəsələr onlara istədiklərini verəcəyəm!
Sonra Rasulullah sallallahu
əleyhi və səlləm Qasvanı
tərpətdi və heyvan dərhal ayağa qalxdı. Rasulullah sallallahu əleyhi və səlləm Hüdeybiyyənin
qurtaracağında yerləşən və içində az miqdarda su olan çuxurun yanına gəldi.
Səhabələr çuxurda olan sudan az-az o qədər daşıyıb apardılar ki, orada su qalmadı.
Onlar susuzluqdan Rasulullah sallallahu
əleyhi və səlləm’ə şikayət etdikdə o, ox qabından bir ox çıxarıb
onlara verdi və onu çuxura sancmağı əmr etdi. Allah’a and olsun ki, ox çuxura
sancılan kimi oradan su fəvvarə vurdu və bu fəvvarə onlar susuzluqlarını
yatırıb oradan qayıdanadək davam etdi. Bu vaxt Budeyl ibn Vərqa əl-Xüza'i radıyallahu ənh öz
qəbiləsindən, Xüza'ədən olan bir dəstə kişi ilə Rasulullah sallallahu əleyhi və səlləm’in yanına
gəldi. Tihaməlilər
[4] içərisində
Xüza'ə qəbiləsindən olanlar əvvəldən Rasulullah sallallahu əleyhi və səlləm’in sirdaşı
idilər. Budeyl radıyallahu
ənh dedi:
Mən Kə'b ibn Lüeyyi və Amir ibn Lüeyyi
[5] Məkkədə
tərk edib gəlmişəm. Onlar Hüdeybiyyə vadisindəki ən zəngin su quyularını ələ
keçiriblər. Səninlə müharibə etmək və Məkkəyə daxil olmağına mane olmaq
istəyirlər. (Uzun müddət müqavimət göstərib qaçmamaq üçün) özləri ilə süd
verən və balası yanında olan dişi dəvələr də (və ya arvad-uşaqlarını da)
[6] gətiriblər.
Rasulullah sallallahu
əleyhi və səlləm dedi
: Biz müharibə etmək üçün gəlməmişik! Biz yalnız Ümrə ziyarəti etməyə
gəlmişik. Həqiqətən, müharibə Qüreyşi maddi və mənəvi cəhətdən zəiflətmiş, onları
ziyana uğratmışdır. Əgər istəyirlərsə müharibəni dayandırıb onlarla sülh
müqaviləsi bağlayım. Qoy onda mənimlə digər insanlar (ərəblərdən və qeyri
ərəblərdən olan kafirlər) arasında olan münasibətə qarışmasınlar. Əgər mən o
kafirlərə məğlub olsam bu onlar üçün bir dəstək olacaq, yox əgər qalib gəlsəm
onda onlar da digəriləri kimi İslam dininə daxil ola bilərlər. Əks halda isə
(Allah’a və O’nun rəsuluna itaət etməsələr) mən onlarla bağladığım müqaviləni
pozmayacağam. Beləliklə də onlar istirahət edəcəklər (bir müddət müharibədən
yaxa qurtaracaqlar). onlar mənim bu təklifimi qəbul etməyib bizim işimizə
müdaxilə etsələr, nəfsim əlində olan Allah’a and olsun ki, başım bədənimdən
ayrılana qədər onlarla vuruşacağam. o zaman Allah Öz vədini (İslam dinini
ucaldacağını) mütləq
doğruldacaq.
Budeyl radıyallahu
ənh dedi:
Sənin dediklərini onlara çatdıraram!
Sonra o, qüreyşlilərin yanına gəlib dedi: Biz Rasulullah sallallahu əleyhi və səlləm’in yanına
getdik və ondan bəzi şeylər eşitdik. İstəyirsinizsə onun dediklərini sizə ərz
edək.
Onların arasındakı səfehlər: Ondan bizə hər hansı bir xəbər verməyinə
ehtiyacımız yoxdur deyə etirazlarını bildirdilər.
Ağıl sahibləri isə De görək ondan nə eşitmisən! deyə israr etdilər. O
Mən ondan filan, filan təklifləri eşitdim deyib Rasulullah sallallahu əleyhi və səlləm’dən eşitdiklərini bir bir onlara nəql
etdi. sonra Urva ibn Məs'ud ayağa qalxıb dediki Mən sizin valideyniniz, siz də
mənim övladlarım
[7] hesab
olunmursunuzmu?. Onlar Bəli! deyə cavab verdilər. O yenə soruşdu.
Siz məni günah etməkdə ittiham edirsinizmi? Onlar Xeyr! deyə cavab verdilər. O
bir daha soruşdu Ukaz əhlini sizin köməyinizə çağırdığımı və onlar sizə yardım
göstərməkdən imtina etdikdən sonra əhli əyalımla, övladımla və mənə tabe
olanlarla birlikdə sizə yardım etməyə gəldiyimi bilirsinizmi? Onlar Əlbəttə,
bilirik! deyə cavab verdilər. Urva dedi Həqiqətən, bu kişi sizə xeyir,
əmin-amanlıq və islah olunmağınızı təklif edir. Onun dəvətini qəbul edin və
mənə də gedib onunla danışıq aparmağa izn verin! Onlar Gedə bilərsən! deyə
cavab verdilər. O, danışıq aparmaq üçün Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəldi. Rasulullah sallallahu əleyhi və səlləm
Budeylə radıyallahu ənh dediklərini
Urvaya da dedi.
Urva dedi Ey Məhəmməd! sən öz qövmünü bu şəkildəmi islah etmək
istəyirsən? (Sən onları məhv emək istəyirsən?) Heç ərəblərdən öz qövmünü
məhv edən bir kəs barəsində eşitmisənmi? Bəs onlar sənə qalib gəlsələr necə?
Allah’a and olsun ki, mən sənin tərəfdarların arasında cəsarətli üzlər
görmürəm. Mən burada bir çox insanlar görürəm ki, onlar səni müharibə başlayan
kimi qoyub qaçacaqlar!
Əbu Bəkr radıyallahu
ənh (Urvanın
bu ittihamlarına dözməyib) dedi Get Latın
[8] fərcini
sor! Sən elə zənn edirsən ki, biz onu qoyub qaçacağıq?!
O Bu kimdir? deyə soruşdu. Səhabələr Bu, Əbu Bəkrdir radıyallahu ənh deyə cavab
verdilər və o Nəfsim əlində Olana and olsun ki, bir zamanlar mənə göstərdiyin
və əvəzini vermədiyim qayğı olmasaydı sənin cavabını verərdim! deyib Rasulullah sallallahu əleyhi və səlləm’lə söhbətinə davam
etdi. O, danışdıqca (hər dəfə söz söylədikdən sonra ərəblərin adətinə görə) Rasulullah sallallahu əleyhi və səlləm’in saqqalından
tuturdu. Bu vaxt Muğira ibn Şu'bə
[9] radıyallahu
ənh əlində
qılınc və başında dəmir dəbilqə Rasulullah sallallahu əleyhi və səlləm’in yanında dayanıb
onu qoruyurdu. Urva Rasulullah sallallahu əleyhi və səlləm’in saqqalına
əl atdıqca Müğirə radıyallahu ənh qılıncının qınının ucu ilə onun
əlinə vurur və ona. Rasulullah sallallahu əleyhi və səlləm’in saqqalından
əlini çək! deyirdi. Urva başını qaldırıb Bu kimdir? deyə soruşdu. Onlar Bu Muğira
ibn Şu'bədir! deyə cavab verdilər. O (üzünü Muğira radıyallahu ənha’yı tutub) dedi Ey
xain! Mən hələ də sənin xainliyin nəticəsində (Səqif qəbiləsi ilə aramız da)
baş vermiş anlaşılmazlıqları həll etməklə məşğulam.
Cahiliyyə
dövründə Muğira radıyallahu
ənh bir
dəstə kişi (Səqif qəbiləsindən olan Malikin oğlanları) ilə yol yoldaşı oldu. O
zaman o onları öldürmüş, mallarını götürüb Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlmiş və
İslamı qəbul etmişdi. Rasulullah sallallahu əleyhi və səlləm isə ona belə
demişdi İslam dininə daxil olduğunu səndən qəbul edirəm, lakin qəsb etdiyin
malı götürmürəm!.
Sonra
Urva Rasulullah sallallahu əleyhi və səlləm’in səhabələrinə
nəzər saldı və (öz yoldaşlarına) dedi Allah’a and olsun ki, Rasulullah sallallahu əleyhi və səlləm’in ağzından çıxan
tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və bədəninə sürtür.
Onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər. Dəstəmaz aldığı sudan (alıb
qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. onun
yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun
üzünə baxmırlar!.
Sonra Urva tərəfdarlarının yanına qayıtdı və dedi Ey qövmüm! Allah’a
and olsun ki, mən bir nümayəndə kimi çox padşahların, Qeysərin, Xosrovun,
Nəcaşinin vs. hüzurunda olmuşam. Və padşahların tərəfdarlarının onlara necə
təzim etdiklərini də görmüşəm. Lakin Məhəmməd’in səhabələrinin ona təzim
etdikləri kimi heç bir padşaha təzim olunduğunu görməmişəm. Allah’a and olsun
ki, Rasulullah sallallahu əleyhi və səlləm’in ağzından çıxan
hər bir tüpürcək onlardan birinin ovucuna düşsə, bu tüpürcəyi üzünə və
bədəninə sürtürlər. onlara bir şey əmr etdikdə dərhal onu yerinə yetirirlər.
Dəstəmaz aldığı sudan (alıb
qurtardıqdan sonra) əldə etmək üçün öz aralarında mübarizə aparırlar. onun
yanında danışarkən səslərini qaldırmırlar və hörmət əlaməti olaraq onun
üzünə baxmırlar! Həqiqətən, o sizə xeyir, əmin-amanlıq və islah olunmağınızı
təklif edir. onun təklifini qəbul edin!.
Bənu Kinanədən olan bir kişi dedi İzn verin mən gedib onunla danışım!
onlar Gedə bilərsən! deyə cavab verdilər.
O, səhabələrin yanına yaxınlaşdıqda Rasulullah sallallahu əleyhi və səlləm dedi Bu gələn
filankəsdir. O elə bir tayfadandır ki, onlar qurbanlıq dəvələrinə çox hörmət
edir və onları qiymətləndirirlər. Elə isə qurbanlıq dəvələrini ona tərəf
sürün. Səhabələr dərhal qurbanlıq dəvələri sürüb təlbiyə
[10] edərək
onu qarşıladılar. O təlbiyə edərək gələn səhabələri və qurbanlıq dəvələri
gördükdə dedi Subhanəllah! (Allah hər bir nöqsan və qüsurdan uzaqdır!) onlar
Allah’ın evini ziyarət etməkdən məhrum olunmağa layiq deyillər.
Sonra
o, tərəfdarlarının yanına gəlib dedi Mən onların Ümrə ziyarətində kəsəcəkləri,
üzərlərində qurbanlıq nişanəsi olan dəvələrini gördüm. Düşünürəm ki, Allahın
evini ziyarət etməyə onlara mane olmamalıyıq.
Bu
vaxt Mikrəz ibn Həfs adlı bir kişi ayağa qalxıb dedi İzn verin mən gedib
onunla danışım! onlar Gedə bilərsən! deyə cavab verdilər.
O,
səhabələrin yanına yaxınlaşdıqda Rasulullah sallallahu əleyhi və səlləm dedi Bu gələn
Mikrəzdır, o xain insandır!.
O Rasulullah sallallahu əleyhi və səlləm’lə
söhbət etdiyi vaxt Suheyl ibn Amr onların yanına gəldi.
Mə'mər
deyir ki, Əyyub İkrimədən
[11] xəbər
verir ki, Suheyl ibn Amr gəldikdə Rasulullah sallallahu əleyhi və səlləm səhabələrə
demişdi Artıq sizin bütün işləriniz yüngülləşdi!.
Mə'mər
xəbər verir ki, Zuhri rəvayətinə davam edib demişdi Suheyl ibn Amr Rasulullah sallallahu əleyhi və səlləm’in yanına gəlib dedi
Gəl bizimlə sizin aranızda (on illik)
[12] sülh
müqaviləsi bağlayaq!» Rasulullah sallallahu əleyhi və səlləm katibini Əli ibn
Əbu Talib radıyallahu ənh’ı [13] çağırıb
müqaviləni yazmağı ona əmr edib dedi Yaz! Rəhmli, Mərhəmətli Allah’ın adı ilə
(Bismillahir-Rəhmanir-Rəhim!).
Suheyl ibn Amr dedi o ki qaldı Rəhmana, Allah’a and olsun mən onu
tanımıram! Biz bir vaxtlar yazdığımız kimi Allah’ım Sənin adınla başlayıram
(Bismikə Allahummə) yaz!
Bu vaxt müsəlmanlar Allah’a and olsun ki, biz yalnız Bismillahir-Rəhmanir-Rəhim!
yazacağıq! deyə etiraz etdilər. Rasulullah sallallahu əleyhi və səlləm isə katibinə əmr
edib dedi Yaz! Allah’ım Sənin adınla başlayıram! Bu, Allah’ın elçisi Məhəmməd’in
bağladığı sülh müqaviləsidir!.
Suheyl yenə etiraz edib dedi Əgər biz sənin Allah’ın elçisi olduğunu
etiraf etsəydik onun evini ziyarət etməyə sənə mane olmazdıq və səninlə
vuruşmazdıq. Elə isə yaz Məhəmməd ibn Abdullah!
Rasulullah sallallahu
əleyhi və səlləm Baxmayaraq
ki, siz məni təkzib edirsiniz, amma Allah’a and olsun ki, həqiqətən, mən
Allah’ın elçisiyəm! dedi və katibinə Məhəmməd ibn Abdullah yazmağı əmr etdi.
Zuhri deyir ki,Rasulullah sallallahu əleyhi və səlləm Suheylin
dediklərilə razılaşdı, çünki o Nəfsim əlində olana (Allah’a) and olsun ki,
müşriklər Allah’ın haram buyurduqlarına riayət etməklə məndən hər nə istəsələr
onlara istədiklərini verəcəyəm! deyə söz vermişdi.
Sonra Rasulullah sallallahu əleyhi və səlləm ona ilk şərtini
təklif edib dedi Allah’ın evini təvaf etməyə bizə əngəl törətməyəcəksiniz!.
Suheyl dedi Xeyr! Allah’a and olsun ki, bu dəfə təvaf etməyə sizə izn
verməyəcəyik. Çünki, ərəblər müsəlmanlar bizim müqavimətimizi qırdılar və bizi
məcbur etdilər deyə şayiələr buraxacaqlar. Elə isə gələn ildən etibarən gəlib
istədiyiniz qədər Allah’ın evini ziyarət edə bilərsiniz.
Əli radıyallahu ənh onun dediklərini
yazdı. Sonra Suheyl ikinci şərti təklif edib dedi Bizim tərəfdən sənin yanına
gələn hər bir kişini hətta sənin dinini qəbul etsə belə - geri qaytarmalısan!.
Müsəlmanlar heyrətlə dedilər Subhanəllah! Müsəlman olub yanımıza gəlmiş
bir kimsə müşriklərə qaytarıla bilərmi?!.
Onlar bu məsələni müzakirə edərkən Əbu Cəndəl ibn Suheyl ibn Amr radıyallahu ənh ayaqları
qandallanmış vəziyyətdə onların yanına gəldi. (Əbu Cəndəl radıyallahu ənh İslam dinini
qəbul etdiyi üçün Məkkəlilər onu həbs etmişdilər.) O, Məkkənin aşağısında həbs
olunduğu yerdən qaçmış və nəhayət özünü müsəlmanlara çatdırmışdı. Bu vaxt
Suheyl dedi Ey Məhəmməd! Bu müqavilənin ilk maddəsinə əsasən onu mənə
qaytarmalısan!.
Rasulullah sallallahu
əleyhi və səlləm dedi
Biz hələ müqaviləni tamamlamamışıq. O dedi Allah’a and olsun ki, belə olduğu
təqdirdə mən də sənin heç bir təklifinlə razılaşmayacağam!. Rasulullah sallallahu əleyhi və səlləm dedi Sən Əbu
Cəndəli radıyallahu ənh bu müqavilədən
istisna et və onu mənə bağışla! o dedi Mən onu qoyduğumuz şərtdən istisna
edib sənə bağışlaya bilmərəm! Rasulullah sallallahu əleyhi və səlləm Sən gəl razı ol,
onu mənə bağışla! dedi. Suheyl qətiyyətlə rədd edib dedi Mən heç cür sənin
dediyinə əməl edə bilmərəm.
Bu zaman Mikrəz dedi onu özünüzdə saxlamağa sənə icazə verdik!. (Müqavilə
bağlayan Suheyl ibn Amr isə buna razılıq vermədi.) Əbu Cəndəl dedi Ey Müsəlman
camaatı! Artıq müsəlman olub sığınacaq tapmaq üçün sizin yanınıza gəldim.
İndi də məni müşriklərə təhvil verirlər? Mənim əzab-əziyyətlərə məruz
qaldığımı görmürsünüzmü?.
O, Allah yolunda muşriklərin çox şiddətli işgəncələrinə məruz qalmışdı.
Ömər ibn əl-Xəttab radıyallahu
ənh deyir
ki, o zaman mən gəlib Rasulullah sallallahu əleyhi və səlləm’ə dedim
Məgər sən Allah’ın
haqq Rasulu deyilsənmi? O
Bəli! deyə cavab verdi. Mən dedim Məgər biz haqq yolunda, düşmənlərimiz isə
batil yolda deyillərmi? O yenə Bəli! dedi. Mən Elə isə nə üçün nöqsan və
qüsurların dinimizə daxil olmasına imkan verməliyik? deyə soruşdum və o dedi
Həqiqətən, mən Allah’ın elçisiyəm və heç vaxt Ona asi olmuram! Məhz Allah mənə
yardım edir! Mən dedim Məgər sən bizə Bu yaxınlarda Allah’ın evinə gedib onu
təvaf edəcəyik! deyə xəbər verməmişdin? O dedi Elədir! Məgər mən sənə
məhz bu il təvaf edəcəyimizi xəbər vermişdim? Mən Xeyr! deyə cavab verdikdə o
dedi (Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!.
Sonra mən Əbu Bəkr radıyallahu
ənh’ın yanına gəlib
dedim Məgər bu adam Allah’ın haqq Rasulu deyilmi? O
Elədir! deyə cavab verdi. Mən dedim Məgər biz haqq yolunda, düşmənlərimiz isə
batil yolda deyillərmi? O Elədir! deyə cavab verdi. Mən Elə isə nə üçün nöqsan
və qüsurların dinimizə daxil olmasına imkan verməliyik? dedim. Əbu Bəkr radıyallahu ənh dedi Ey insan!
Həqiqətən, o, Allah’ın elçisidir və heç vaxt Rəbbinə asi olmur! Allah onun yardımçısıdır.
Elə isə onun sünnəsindən yapış (əmr və qadağalarına riayət et!) Allah’a and
olsun ki, o haqq üzərindədir! Mən dedim Məgər o bizə Bu yaxınlarda Allah’ın
evinə gedib onu təvaf edəcəyik! deyə xəbər verməmişdimi? Əbu Bəkr radıyallahu ənh dedi Elədir!
Məgər o sənə məhz bu il təvaf edəcəyini xəbər vermişdi? Mən Xeyr! deyə cavab
verdikdə o dedi (Yaxın zamanda) Sən mütləq gedib Kəbəni təvaf edəcəksən!.
Zuhri xəbər verir ki, Ömər radıyallahu
ənh demişdi
Ona görə də
[14] mən
çoxlu xeyirxah işlər gördüm!.
Rasulullah sallallahu
əleyhi və səlləm sülh
müqaviləsini bağladıqdan sonra səhabələrinə Qalxın, qurbanlarınızı kəsin,
başınızı qırxdırın! deyə əmr etdi.
Allah’a and olsun ki, Rasulullah sallallahu əleyhi və səlləm bunu üç dəfə
təkrar etdi, lakin səhabələrdən heç biri ayağa qalxmadı.[15] Səhabələrin
yerlərindən tərpənmədiyini görən Rasulullah sallallahu əleyhi və səlləm Ummu Sələmənin radıyallahu ənh”in yanına daxil oldu
və onların bu etinasızlığını ona xəbər verdi. Ummu Sələmə radıyallahu ənh’ə dedi Ey Allah’ın
elçisi! İstəyirsənsə onlar sənin əmrinə tabe olsunlar, bayıra çıx, sonra
qurbanlıq dəvələrini kəsməyincə və dəlləyini çağırıb başını qırxdırmayınca
onlara bir kəlmə belə demə!
O
bayıra çıxıb qurbanlıq dəvələrini kəsdi, dəlləyini (Xuzəa qəbiləsindən olan
Xərraş ibn Ümeyyə radıyallahu
ənh’i çağırıb
başını qırxdırdı və onlara heç bir söz demədi! Bunu görən səhabələr dərhal
qalxıb qurbanlıq dəvələrini kəsdilər və bir-birilərinin başlarını qırxmağa
başladılar. Hətta iş o yerə çatdı ki, (onun əmrini daha tez yerinə yetirmək
üçün baş vermiş dartışma nəticəsində) səhabələr bilmədən az qala bir-birilərini
öldürmüşdülər.
Sonra
mömin qadınlar Rasulullah sallallahu əleyhi və səlləm’in yanına hicret etdi ve uca Allah bu ayəni
nazıl etdi :
“Ey iman qətirənlər! Mömin qadinlar
hicrət edib sizin yaniniza gəldikləri zaman onları imtihana çəkin. Allah
onların imanını daha yaxşı bilir. Əqər bunların mömin olduqlarını bilsəniz,
onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara
halaldırlar.kafirlərin bu qadınlara sərf etdikləri mehri özlərinə qaytarın.
Həmin qadınların mehirlərini özlərinə verdiyiniz halda onlarla evlənməyinizdə
sizə heç bir günah yoxdur. Kafir qadınlarınızı kəbin altında saxlamayın, sərf
etdiyiniz mehri tələb edin. Qoy onlar da mömin qadınlara sərf etdikləri mehri
sizdən tələb etsinlər. Allahın hökmü budur.O sizin aranızda hökm verir. Allah
biləndir,müdirkdir.”
[16]
Bu ayə nazil olduqdan sonra Ömər radıyallahu
ənh iki
müşrik zövcəsini boşadı və onlardan birini Müaviyə ibn Əbi Süfyan, digərini
isə Səfvan ibn Ümeyyə aldı. Rasulullah sallallahu
əleyhi və səlləm Mədinəyə
gəldikdən sonra müsəlman olmuş qüreyşli Əbu Bəsir (Utbə ibn Useyd əs-Səqəfi) radıyallahu ənh onun
yanına gəldi. Qüreyş də onu geri qaytarmaq üçün iki kişi göndərdi və onlar
Rasulullah sallallahu
əleyhi və səlləm’in yanına gəlib
Bizimlə bağladığın sülh müqaviləsinə görə Əbu Bəsir radıyallahu ənh’ı geri
qaytar! deyə ona müraciət etdilər. O, Əbu Bəsir radıyallahu ənh’ı həmin
iki kişiyə təhvil verdi. Onlar Əbu Bəsir radıyallahu
ənh’lə Məkkəyə
yola düşdülər və nəhayət gəlib zul-Hüleyfəyə çatdılar. Burada onlar (xurcunlarındakı)
xurmadan yemək üçün dayandılar. Əbu Bəsir radıyallahu
ənh onlardan
birinə (Xuney ibn Cabirə) Ey filankəs, Allah’a and olsun ki, sənin bu qılıncın
çox gözəldir! dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi Doğrudan da bu
çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm. Əbu Bəsir radıyallahu ənh Göstər
görüm necə qılıncdır dedi, sonra fürsət tapıb qılıncı onun əlindən aldı və
nəfəsi kəsilənə qədər qılıncla onu vurdu. O birisi isə (başqa rəvayətdə
Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu.
Rasulullah sallallahu
əleyhi və səlləm onun
vahimə içində yüyürə-yüyürə gəldiyini görüb Bu adam nədənsə qorxub! dedi. O,
Rasulullah sallallahu
əleyhi və səlləm’in yanına gəlib dedi Allah’a and olsun ki,
yoldaşım öldürüldü! (Qorumasanız) mən də öldürüləcəyəm.
Bu vaxt Əbu Bəsir radıyallahu
ənh gəlib
dedi Ey Allah’ın Rasulu! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə yetirməyə
yardım etdi və sən də məni müşriklərə təhvil verdin. sonra isə Allah məni
onların əlindən xilas etdi.
Rasulullah sallallahu
əleyhi və səlləm dedi
Vay bunun anasının halına!
[17] Bu,
müharibə alovunu qızışdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy
olsa (o zaman müharibə alovu qızışacaq və sülh müqaviləsi pozulacaq).
Əbu Bəsir radıyallahu
ənh bunu
eşitdikdə onun yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən
çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu
Cəndəl ibn Suheyl radıyallahu
ənh də
ona qoşuldu. Daha sonra isə Məkkə müşriklərindən yaxa qurtaran hər bir
müsəlman ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər.
Vallahi onlar hər dəfə Qüreyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər
tutduqda, karvanın qabağını kəsər və onları öldürüb mallarını götürərdilər.
Bu təhlükəni görən Qüreyş öz tərəfindən bir nümayəndəni (Əbu Süfyanı radıyallahu ənh Rasulullah sallallahu əleyhi və səlləm’in yanına
göndərdi. Bu dəfə Qüreyş Rasulullah sallallahu
əleyhi və səlləm’i Allah’a
and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların
ticarət karvanlarını Əbu Bəsir radıyallahu
ənh və
onun camaatından qorumaq üçün) ona yalvarırdı. onlar Rasulullah sallallahu əleyhi və səlləm Bundan
sonra müsəlman olaraq Məkkədən Mədinəyə hicrət etmiş hər bir şəxs əmin ola
bilər (geri gətirilməyəcəkdir.) deyə xəbər göndərmişdilər.
Rasulullah sallallahu
əleyhi və səlləm səhabələrdən
birini (bu xoş xəbəri çatdırmaq üçün) Əbu Bəsir və onun camaatının yanına
göndərdi və Uca Allah bu ayələri nazil etdi:
Sizi onların
üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini
sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi
Görəndir....ayəsindən...Kafirlər öz qəlbində
təkəbbürlüyə cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə
və möminlərə mənəvi rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu.
Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir…..
[18] ayəsinə
qədər.
Onların təkəbbür və təəssübü, Hüdeybiyyə
müqaviləsinə Bismillahir-Rəhmanir-Rəhim,
Muhəmmədun-rəsulullah
sözlərini yazmaqdan imtina etmələri və həmin il (hicrətin altıncı ilində)
müsəlmanların Məkkəyə daxil olub Allah’ın evini ziyarət etməyə razılıq
verməmələri idi.
Bu
hədisi həmçinin Buxari Səhihi’hində 6-cı cild, səh. 257) Abdurrəzaq
Müsənnəf’ində 5-ci cild, səh. 342), Əhməd Müsnəd’ində 4-cü cild, səh. 331) və
ibn Cərir Təfsir’ində 26-cı cild, səh. 101) rəvayət etmişlərdir.
3 ( Burada ya haram sayılan yerdə
döyüşməmək, ya da qohumluq əlaqələrini mökəmləndirmək qəsd edilir. Fəthul Bari
5/396. )
4 ( Məkkə və onun ətrafına Tihamə deyilir.
Həmçinin burada yaşayanlara isə Tihaməlilər deyilir. Fəthul-Bari 5/397. )
5 (Onların hər ikisi Qüreyş tayfasının ulu
babalarındandır. Bunu deməklə o, «onların nəslindən olanları Məkkədə tərk edib
gəlmişəm demək istəyir. Fəthul-Bari 5/398. )
7 ( Bu hədisi Əbu Zərr radıyallahu ənh bu ləfz ilə rəvayət etmişdir.
Lakin başqa ravilər Əhməd və ibn İshaqın əsərlərində qeyd olunduğu
kimi Mən sizin övladınız, sizdə mənim valideynim hesab olunmursunuzmu?
ləfzi ilə rəvayət etmişlər. Bu ləfz daha səhihdir. Fəthul Bari, 5/399.
10 ( Təlbiyə etmək - yəni, ləbbeykə Allahummə ləbbeykə demək. Mucəmul-Vəsit
814. )
14 ( Ömər ilk radıyallahu ənh dəfədən Rasulullah sallallahu əleyhi və səlləm’in əmri ilə razılaşmadığı üçün, xətasının kəffarəsi olaraq bir çox
saleh əməllər etdi. Fəthul Bari 5/408. )
15 ( Səhabələr ya bu əmrin müstəhəb
olduğunu başa düşmüş, ya müqavilənin pozulacağına dair Allah tərəfindən vəhy
nazil olacağına güman etmiş, yaxud da xüsusən onlara həmin il Məkkəyə daxil
olub ziyarət edəcəklərinə izn veriləcəyinə ümid etmişlər və buna görə də dərhal
onun əmrini yerinə yetirməmişlər. Fəthul Bari 5/409. )
17( Bu ifadə zahiri mənasından təhqirə
bənzəyir, lakin ərəblər onu tərif üçün də deyirlər Fəthul Bari 5/412. )
Hiç yorum yok:
Yorum Gönder