İslama Giriş və ONdan
Çıxış
Bismilləh.
Həmd Allah üçündür, salat və salam Allahın rəsulu Muhəmmədə,
ailəsi və səhabələrinin üzərinə olsun.
Bundan sonra: Ey müsəlman qardaşım! Allah bizə də,
sənə də mərhəmət etsin. Bunu yaxşı bil ki hər müsəlman kişi və qadın bu üç
əsası bilmək məcburiyyətindədir:
Qul, rəbbini, dinini və nəbisi Muhəmməd sallallahu
əleyhi və selləmi bilməlidir.
Rəbbimiz: Bizim də, bütün aləmlərin də rəbbi olan
Allah Azze və Celledir. ONdan başqa özünə ibadət etdiyimiz bir şey yoxdur.
Dinimiz: İslamdır. Bu, Allahı birleyerek, ONA boyun
əyərək itaət etmək, şirkdən və şirk əhlindən uzaqlaşmaq surətiylə təslim
olmaqdır.
Nəbimiz: Ərəblərin Qureyş qəbiləsindən; Muhəmməd b.
Abdillah b. Abdilmuttalib b. Haşim sallallahu əleyhi və selləmdir. O
Halilu'r-Rahman İbrahim aleyhissələmin oğulu olan İsmayıl aleyhissələmin
soyundandır.
Dinin
əsli və qaidəsi bu iki şeydir:
Birincisi: Ortaq qoşmadan yalnız Allaha qulluq etmək və bunun
üçün çalışmaq, bunun üçün dostluq etmək və bunu tərk edənləri təkfir etməkdir.
İkincisi: Allaha qulluqda şirkdən çəkindirmək, bu mövzuda sərt
davranmaq və bundan ötəri düşmənlik etməkdir.
La
ilahə illəllah Sözünün Şərtləri
1- Elm: Dilin söylədiyi "La ilahə illəllah" sözü ilə
nəyin rədd edildiyinin və nəyin qəbul edildiyinin ürək ilə bilinməsi lazımdır.
Allah Təala belə buyurmuşdur: "Bil
ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur" (47 Muhəmməd 19)
Bu ayədə, bilmək, la ilahə illah sözündən əvvəl zikr edilmişdir.
Yenə Allah Azze və Celle belə buyurmuşdur: "Bilərək haqqa şahidlik edənlər müstəsna"
(43
Zuxruf 86) Yenə bu ayədə haqq söz olan
"la ilahə
illəllah"a bilərək şahidlik etmək zikr edilmişdir.
Yəni; Allahdan başqa özünə ibadət edilməyə layiq haqq
məbud yoxdur. İbadət: Allahın sevdiyi və razı olduğu; gizlidə və açıqda deyilən
söz və edilən əməllərdir.
2- Yəqin: Şübhə və tərəddüdü ortadan qaldıran tam bir
məlumatdır. Allah Təala belə buyurmuşdur: "Möminlər yalnız Allaha və
Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə
düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri
(imanlarında) sadiq olanlardır!" (49 Hucurat 15)
Cunade b. Əbi Umeyye, Ubade b. Samit radıyallahu
ənhdən rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurdu:
"Hər kim: "Allahdan başqa ibadətə layiq haqq ilah olmayıb, ONun bir
olduğuna, Muhəmmədin ONun qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və
qulunun oğulu olduğuna, ONun, Məryəmə buraxdığı sözü və özündən bir ruh
olduğuna, cənnət və cəhənnəmin haqq olduğuna şahidlik etsə, Allah onu, səkkiz
qapısından dilədiyindən cənnətə soxar. "1
3- İxlas: Bu şirki ortadan qaldıran səmimiyyətdir.
Allah Təala belə buyurmuşdur: "Bil ki, xalis din ancaq Allaha məxsusdur."
(39 Zumər 3)
Yenə belə buyurmuşdur: "Halbuki onlara əmr
edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, batildən haqqa
dönərək ibadət etsinlər, namaz qılıb
zəkat versinlər. Doğru-düzgün din budur!" (98 Beyyinə 5)
Mahmud b. ər-Rebi belə dedi: "İtban b. Malik
radıyallahu ənhin belə dediyini eşitdim: "Biri: "Malik b. et-Duhşum
harada?" deyə soruşduqda, başqa biri: "O aramızda bir münafiqdir.
Allahı və rəsulunu sevməz" dedi. Bunun üzərinə Nəbi sallallahu əleyhi və
səlləm: "Nə üçün ona belə deyirsiniz? O:
"Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur" deyərək, bununla
Allahın razılığını istəmədimi?" Adam: "Bəli" dedi. Rəsulullah
sallallahu əleyhi və səlləm buyurdu ki: "Şübhəsiz bu sözü yerinə yetirən
qula qiyamət günü Allah cəhənnəmi haram edər. "2
Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət
edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "La ilahə
illəllah" deyənlərdən, ürəyində arpa ağırlınca xeyr olanların cəhənnəmdən
çıxarılması əmr edilər. Sonra "la illahe illəllah" deyənlərdən ürəyində
zərrə ağırlığındə xeyr olanların cəhənnəmdən çıxarılması əmr edilər. Sonra
"la ilahə illəllah" deyənlərdən ürəyində buğda dənəsi ağırlığındə
xeyr olanların çıxarılması əmr edilər. "3
4- Söhbət: La ilahə illəllah sözünü və bu sözün
dəlalət etdiyi şeyləri sevmək və bundan sevinc duyməkdır. Allah Təala belə buyurmuşdur: "İnsanların
içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi
sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha
qüvvətlidir." (2 Bəqərə 165)
Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət
edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: ""Bu üç şey
kimdə olsa imanın dadını alar: Allah və rəsulunu, bu ikisi xaricindəki hər
şeydən daha çox sevən, bir kimsəni yalnız Allah üçün sevən və Allah özünü ondan
qurtardıqdan sonra küfrə dönməkdən eynilə atəşə atılmaqdan nifrət etdiyi kimi
nifrət edən. "4
5- Sədaqət: Yalanı ortadan qaldıran və münafiqliyə
mane olan düzgünlükdür. Allah Təala belə buyurmuşdur: "Sınanacaqlar ki, Şübhəsiz
ki, Allah düz danışanları da, yalançıları da çox gözəl tanıyar!" (29 Ənkəbut 3)
"Haqqı gətirən və onu təsdiq edənlər isə əsl
müttəqilərdir." (39 Zumər 33)
6- Haqqlarını yerinə yetirmək: Bu, Allah üçün
səmimiyyətlə və ONun razılığını tələb edərək fərz əməlləri yerinə yetirməkdir.
Allah Təala belə buyurmuşdur: ") Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən
əvvəl Ona təslim olun." (39 Zumər 54)
"Kim yaxşı əməl sahibi olub özünü Allaha
təslim edərsə, o artıq ən möhkəm ipdən yapışmış olur." (31 Loğman
22)
7- Qəbul: Rəddin zidd ididir. La ilahə illəllah
sözünü bilərək söyləyən, lakin bu sözün gərəklərini, fanatizm və təkəbbürlənmə
səbəbiylə qəbul etməyən kimsə bu şərti yerinə yetirməmiş olar. Allah Təala belə
buyurmuşdur: "Onlara: “Allahdan başqa haqq ilah yoxdur!” deyildiyi
zaman təkəbbür göstərirdilər." (37 Saffat 35)
İslamı Pozan Şeylər
Ey
müsəlman qardaşım! Bil ki İslamı pozan şeylərin ən əhəmiyyətliləri bunlardır:
Birincisi:
Allah Təalaya İbadətdə Ortaq Qoşmaq
Allah Təala belə buyurmuşdur: "Şübhə yoxdur
ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa
olan günahlarını bağışlar." (4 Nisa 48)
Allahdan başqası üçün qurban kəsmək, məsələn cinlər
üçün və ya qəbir üçün qurban kəsmək şirkdəndir.
Əbu Vail, Abdullah b. Məsud radıyallahu ənhdən
rəvayət edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "Kim
Allaha ortaq qoşduğu halda ölsə cəhənnəmə girər." İbn Məsud radıyallahu
ənh dedi ki: "Mən də belə deyirəm: Kim Allaha heç bir şeyi ortaq qoşmadan
ölsə, cənnətə girər. "5
İkincisi:
Allah ilə Arasında Vasitə Əldə etmək
Bu vasitəsilərə dua etmək, onlardan istəkdə tapılmaq
və onlara təvəkkül etmək.
Allah Təala belə buyurmuşdur: "Biz Kitabı
sənə haqq olaraq nazil etdik. Buna görə sən də dini məhz Allaha aid edərək
yalnız Ona ibadət et!.Bil ki, xalis din ancaq Allaha məxsusdur. Allahı
qoyub özlərinə dost tutanlar: “Biz
onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər).
Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü)
onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola
müvəffəq etməz!" (39 Zumər
2-3)
"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə
də bir zərər verə bilən bütlərə ibadət edir və: “Bunlar Allah yanında bizdən
ötrü şəfaət edənlərdir!” deyirlər. De: “Allaha göylərdə və yerdə (Özünə şərik)
bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən
uzaqdır və ucadır!”(10 Yunus 18)
Üçüncüsü:
Müşrikləri Təkfir Etməmək, Onların Kafir Olduqlarından Şübhə Etmək və ya
Yollarını Doğru Görmək Küfrdür
Allah Təala belə buyurmuşdur: "Kitabdan bir
pay verilənləri görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də:
“Bunlar möminlərdən daha doğru yoldadırlar”, deyirlər. Onlar Allahın lənət
etdiyi kimsələrdir. Allahın lənət etdiyi kimsəyə isə heç bir kömək edən tapa
bilməzsən!" (4 Nisa
51-52)
"Şübhəsiz ki: “Allah Məryəm oğlu Məsihdir!”
deyənlər kafir oldular. Halbuki Məsih
belə demişdi: “Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan
Allaha ibadət edin! Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər.
Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!”Allah üçün
üçüncüsüdür!” deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan
başqa heç bir ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan
kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir." (5
Maidə 72-73)
Dördüncüsü:
Nəbi sallallahu əleyhi və selləmin Yolundan Başqasının Daha Mükəmməl Olduğuna,
Başqasının Hökmünün Daha Gözəl Olduğuna İnanmaq
Məsələn tagutların hökmünü, Rəsulullah sallallahu
əleyhi və selləmin hökmündən üstün görən kafir olar.
Allah Təala belə buyurmuşdur: "Sənə nazil
edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri
görmürsənmi? Onlar Tağutun hüzurunda mühakimə olunmaq istəyirlər. Halbuki
onlara inanmamaları əmr olunmuşdur. Şeytan isə onları (doğru yoldan) çox uzaq
olan zəlalətə sürükləmək istər." (4 Nisa 60)
Beşincisi:
Rəsulullah sallallahu əleyhi və selləmin Gətirdiyi Bir Şeyə Hirslənən, Onunla
Əməl Edir Olsa dahi Kafir Olar
Allah Təala belə buyurmuşdur: "Amma, xeyr!
Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim
təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə
tam bir itaətlə boyun əyməyincə, iman gətirmiş olmazlar." (4 Nisa 65)
Katade, Ənəs b. Malik radıyallahu ənhdən rəvayət
edir: Rəsulullah sallallahu əleyhi və səlləm buyurdu ki: "Heç biriniz,
məni uşağından, atasından və bütün insanlardan daha çox sevmədikcə iman etmiş
olmaz. "6
Altıncısı:
Dindən Bir Şeylə, Savabıyla və ya Cəzasıyla istehza (Lağ) Edən Kafir Olar
Allah Təala belə buyurmuşdur: "De: “Allaha,
Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!.üzr istəməyin. Siz iman
gətirdikdən sonra artıq kafir oldunuz." (9 Tövbə 65-66)
"Allah Kitabda sizə nazil etmişdir ki,
Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz
zaman müşriklər başqa bir söhbətə girişməyənə qədər onlarla bir yerdə
əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah
münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!."
(4
Nisa 140)
Yeddincisi:
Sehr (Cadu) Etmək və ya Bundan Razı Olmaq Küfrdür
Allah Təala belə buyurmuşdur: "Halbuki bu iki
mələk: "Biz ancaq bir imtahanıq, kafir olma!"
demədikcə, heç kimə bir şey öyrətməzdilər" (2 Bəqərə 102)
Səkkizincisi:
Müşriklərə Dəstək Olmaq və Müsəlmanlara Qarşı Onlara Kömək etmək
Allah Təala belə buyurmuşdur: "Ey iman
gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa,
onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş
olarlar. De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz,
qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza
gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan
daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru
yola yönəltməz!." (9 Tövbə
23-24)
"Onlar özləri kafir olduqları kimi, sizin də
kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda hicrət
etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan (hicrət
etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan
özünüzə nə bir dost, nə də bir köməkçi tutun!." (4 Nisa 89)
"Munafiqlərə müjdə ver ki, onlardan ötrü
şiddətli əzab var.O münafiqlər ki, möminləri qoyub kafirləri dost tuturlar.
(İzzət və) qüdrəti onların yanındamı axtarırlar? Şübhəsiz ki, (izzət və) qüdrət
tamamilə Allaha məxsusdur!." (4 Nisa 138-139)
"İsrail oğullarından kafir olanlara həm
Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu. Bu onların üsyan
etmələrinə və həddi aşmalarına görə idi.Onlar etdikləri pis əməldən əl
çəkmirdilər. Onların gördükləri iş necə də pis idi!.Onların bir çoxunun
kafirlərlə dostluq etdiyini görürsən. Gör nəfslərinin əvvəlcədən onlar üçün
hazırladığı şey necə pisdir ki, Allahın onlara qəzəbi tutmuşdur. Onlar əbədi
əzaba düçar olanlardır!.Əgər onlar Allaha, Peyğəmbərə və ona nazil olana
inansaydılar, onları özlərinə dost tutmazdılar. Lakin onların çoxu itaətdən
çıxmış fasiqdirlər!." (5 Maidə
78-81)
"İman gətirib hicrət edənlər, Allah yolunda
malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər
(ənsar) məhz onlar bir-birinə dostdurlar (varisdirlər). İman gətirib hicrət
etməyənlərə gəldikdə isə, onlar hicrət etməyənə qədər sizin heç bir şeydə
onlara varisliyiniz yoxdur. Lakin əgər onlar din yolunda sizdən kömək
istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla,
onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!. Kafirlər
də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları etməsəniz, yer
üzündə böyük bir fitnə-fəsad olar.İman gətirib köçənlər, Allah yolunda cihad
edənlər (mühacirlər) və sığınacaq verib kömək edənlər (ənsar) məhz onlar həqiqi
möminlərdir. Onları bağışlanma və tükənməz ruzi gözləyir!.Sonradan iman gətirib
hicrət edənlər və sizinlə bərabər döyüşənlər də sizdəndirlər. Qohumlar Allahın
Kitabında bir-birinə daha uyğundurlar. Həqiqətən, Allah hər şeyi biləndir!."
(8
Ənfal 72-75)
"Möminlər möminləri buraxıb kafirləri dost
tutmasınlar! Bunu edən kəs Allahdan heç
bir şey gözləməsin. Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız
(çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha
tərəfdir!.De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız
(fərqi yoxdur), Allah onu bilir. Çünki O, göylərdə və yerdə nə varsa bilir.
Allah hər şeyə qadirdir!." (3 Ali-İmran
28-29)
"Ey iman gətirənlər! Möminləri qoyub
kafirləri dost tutmayın! Məgər Allaha öz əleyhinizə açıq bir dəlilmi vermək
istəyirsiniz?.Əlbəttə, münafiqlərin yeri Cəhənnəmin ən aşağı təbəqəsindədir.
Sən heç vaxt onlara yardım edən tapmazsan!.Tövbə edənlər, özlərini islah edib
düzəldənlər, Allahdan möhkəm yapışanlar və Allah qarşısında dinini
təmizləyənlər müstəsnadır. Çünki onlar möminlərə bərabərdirlər. Möminlərə isə
Allah böyük mükafat verəcəkdir!.
Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!." (4 Nisa 144-147)
Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!." (4 Nisa 144-147)
"Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri
(özünüzə) dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla
dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönəltməz!.Ona
görə də qəlblərində mərəz (nifaq xəstəliyi) olanları onların (yəhudi və
xaçpərəstlərin) içində vurnuxan və: “Bizə bir fəlakət üz verməsindən qorxuruq”,
- deyən görərsən. Amma, ola bilsin ki, Allah (möminlərə) bir zəfər gətirsin və
Öz tərəfindən elə bir iş qursun ki, onlar (münafiqlər) ürəklərində
gizlətdiklərindən peşman olsunlar."
(5
Maidə 51-52)
"Ey iman gətirənlər! Sizdən əvvəl kitab
verilmiş olanlardan dininizi oyun-oyuncaq hesab edənləri və kafirləri özünüzə
dost tutmayın. Əgər möminsinizsə Allahdan qorxun!.Siz (bir-birinizi) namaza
çağırdığınız zaman onlar onu oyun-oyuncaq sayarlar. Bu, onların anlamaz bir
tayfa olmalarındandır." (5 Maidə
57-58)
"Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə
də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı
inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha
iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər
siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa. Siz
onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz
hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o, şübhəsiz ki, haqq yoldan azmışdır!
2 - Əgər onlar sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər." (60 Mumtəhinə 1-2)
2 - Əgər onlar sizi ələ keçirsələr (sizə qələbə çalsalar), sizə düşmən olar, sizə pisliklə əl və dil uzadar, sizin kafir olmanızı istəyərlər." (60 Mumtəhinə 1-2)
Doqquzuncusu:
Bəzi İnsanların Muhəmməd Sallallahu əleyhi və selləmin Şəriətinin Xaricinə Çıxa
biləcəyinə İnanan Kafirdir
Allah Təala belə buyurmuşdur: "Kim islamdan
başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs
axirətdə zərər çəkənlərdən olar!.İman gətirdikdən, Rəsulun haqq olduğuna
şəhadət verdikdən və özlərinə aşkar dəlillər gəldikdən sonra kafir olan tayfanı
Allah necə doğru yola yönəldər? Allah zalımlar dəstəsini haqq yola
yönəltməz!.Onların cəzası, həqiqətən, Allahın, mələklərin və bütün insanların
lənətinə düçar olmaqdır!.Onlar bu lənət içərisində əbədi olaraq qalacaqlar.
Əzabları əskilmədiyi kimi, onlara baxılmayacaqdır!. Yalnız bundan sonra tövbə
edərək düzələn şəxslər (bağışlanarlar). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm
edəndir!.İman gətirəndən sonra kafir olan və küfrlərini daha da artıran
şəxslərin tövbələri əsla qəbul olunmaz. (Doğru yoldan) azanlar məhz onlardır!.
Şübhəsiz ki, kafir olub kafir kimi ölənlərdən hər birinin dünya dolusu qızılı
ola və onu fidyə verə, yenə də qəbul olunmaz. Onları dəhşətli bir əzab
gözləyir. Onlara heç bir kömək edən olmaz!." (3 Ali-İmran 85-91)
Onuncusu:
Allahın Dinindən Üz çevirmək, Onu Öyrənməmək və Onunla Əməl Etməmək
Allah Təala belə buyurmuşdur: "Rəbbinin
ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsdən daha
zalım kim ola bilər?!." (32 Səcdə 22)
"(Ey kitab əhli!) O vaxtı yadınıza gətirin
ki, Allah peyğəmbərlərdən: “Sizə verdiyim kitab və hikmətdən sonra, sizdə olanı
təsdiq edən bir peyğəmbər gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”, -
deyə əhd almış və onlara: “Bunu təsdiq edib, ağır olan əhdimi qəbul etdinizmi?
demişdi. Onlar da: “Təsdiq etdik!” deyə cavab vermişdilər.Allah: “Elə isə şahid
olun! Mən də sizinlə bərabər şahidlərdənəm”, - deyə buyurmuşdu!. Bundan sonra
üz döndərən kəslər fasiqlərdir .Necə ola bilər ki, onlar (kitab əhli) Allahın
dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar
istər-istəməz Ona (Allaha) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar."
(3
Ali-İmran 81-83)
"İtaət etmək və gözəl bir söz demək. İş
qətiləşdiyi zaman Allaha (verdikləri vədə) sadiq olsaydılar, sözsüz ki, onlar
üçün daha yaxşı olardı!. Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən
yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq
tellərini qırmaq gözlənilməzmi?!.Onlar (münafiqlər, fitnə-fəsad törədənlər)
Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!."
(47
Muhəmməd 21-23)
"Allahdan və Onun Peyğəmbərindən böyük həcc
günü insanlara bir bildiriş! Allahın və Onun Peyğəmbərinin müşriklərlə heç bir
əlaqəsi yoxdur. Əgər tövbə etsəniz, bu sizin üçün xeyirli olar. Əgər üz
döndərsəniz, bilin ki, Allahın əzabından qaçıb canınızı qurtara
bilməzsiniz.Kafir olanları şiddətli bir əzabla müjdələ!." (9 Tövbə 3)
"Ey iman gətirənlər! Allaha itaət edin,
Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxartmayın!. Kafir olanları,
insanları Allah yolundan döndərənləri, sonra da kafir kimi ölənləri, şübhəsiz
ki, Allah bağışlamayacaqdır!. Buna görə də zəiflik göstərməyin və (kafirlərə)
üstün (qalib) gəldiyiniz zaman (onları) sülhə dəvət etməyin. Allah sizinlədir.
O sizin əməllərinizi boş (mükafatsız) buraxmaz!." (47 Muhəmməd 33-35)
"De: “Əgər siz Allahı sevirsinizsə, mənim
ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah
bağışlayandır, mərhəmətlidir!. De: “Allaha və Peyğəmbərə itaət edin! Əgər üz
döndərərsinizsə, şübhəsiz ki, Allah da kafirləri sevməz!." (3 Ali-İmran
31-32)
Ey Müsəlman qardaşım! Allah səni haqqa hidayət etsin.
Bil ki, İslamı pozan bu maddələri, zarafatla, ciddi olaraq və ya qorxuyla
işləmək arasında fərq yoxdur. Ancaq ikrah edilərək məcbur edilən bunun
xaricindədir. Bunların hər biri böyük təhlükədir. Çoxu da meydana gəlməkdədir!
Müsəlmanın bunlardan çəkinməsi və özü üçün bunlardan qorxması lazımdır.
Qəzəbini və can yandırıcı əzabını tələb edən işlərdən Allaha sığınarıq.
1
Buxari və Muslim rəvayət etmişlər.
2
Buxari və Muslim rəvayət etmişlər.
3
Buxari və Muslim rəvayət etmişlər.
4
Buxari (16) Muslim (43)
5
Buxari və Muslim rəvayət etmişlər.
6
Buxari və Muslim rəvayət etmişlər.
Əbu Muaz əl-Çubukabadi
Əbu Muaz əl-Çubukabadi
Hiç yorum yok:
Yorum Gönder