14 Kasım 2015 Cumartesi

Əbu Hureyre radıyallahu ənh'ə Kimlər Dil Uzadar?

Əbu Bəkr b. Yəhya, (Hafiz Məhəmməd b. İshak b. Huzeyme) dedi ki: "Əbu Hureyre radıyallahu ənh haqqında O'nun xəbərlərini rədd etmək üçün danışan kəslər ancaq Allahın ürəklərini korlaşdırdığı və buna bağlı olaraq xəbərlərin mənalarını anlamayan kəslərdir. Belə olan bir kimsə ya Muattıl (Allahın ad və sifətlərini ləğv edən) Cehmiyye'dən biridir ki, küfrün özü olan məzhəblərinə zidd gördükləri rəvayətini  bu Cehmi adam eşidində bu dəfə Əbu Hureyre radıyallahu ənh'ə söyüb saymağa qoyular. Allah Təalanın özünü uzaq tutduğu hallarla O'na böhtanda bulunarlar. Bundan məqsədləri isə çobanların və sıravi kəslərin gözlərini rəngləyərək guya, O'nun rəvayətləri ilə bir dəlilin isbat edilə bilməyəcəyini göstərməyə cəhd edərlər.

Ya da O'nun rəvayətlərini rəddədən adam bir Xaricidir. Məhəmməd sallallahu əleyhi və selləm'in ümmətinə qarşı qılınc çəkə biləcəyi fikirində olmaqla birlikdə heç bir xəlifəyə, heç bir imama itaəti də doğru qörməz. Pozğunluğun da özü olan məzhəblərinə zidd olan və Əbu Hureyre radıyallahu ənh'in Nəbi sallallahu əleyhi və selləm'dən nəql etdiyi rəvayətlərini eşitdikləri vaxt, O'nun rəvayətlərini hər hansı bir dəlil ilə də çürütmənin çarəsini tapa bilməyəcək olsa sığınacağı yer Əbu Hureyre radıyallahu ənh'ə dil uzadıb O'nu tənqid etmək olar.

Yaxud bu adam İslamdan və Müsəlmanlardan uzaqlaşmış (İtizal etmiş/Mutəzilə) Allah Azze və Cellenin qullar tərəfindən qazanılmadan əvvəl təqdir edib qəzaya bağlamış olduğu keçmişdəki qədərlərə uyğun gələn müsəlmanları təkfir edən, Qədəriyədən bir kimsədir. Belə bir kimsə Nəbi sallallahu əleyhi və selləm'dən qədərin sabit olduğuna dair rəvayət etmiş olduğu xəbərləri gördüyü təqdirdə küfr və şirkin də özü olan görüşünün doğruluğunu ortaya qoymaq üçün heç bir dəlil tapa bilməz. Belə bir kimsənin özüncə bütün dəlili Əbu Hureyre radıyallahu ənh'in nəql etdiyi rəvayətləri dəlil gətirmənin caiz ola bilməyəcəyini iddia etməkdən ibarətdir.

Yaxud Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini rədd edən kimsə guya fiqhlə məşğul olan və onu əsl öyrənəcəyi qaynaqlardan başqa yerdə axtaran cahil bir kimsədir. Bu adam, hər hansı bir dəlil və sənədə söykənmədən yalnız bir təqlid olmaq üzrə məzhəbini seçib, xəbərlərini izlədiyi kimsənin məzhəbinə zidd xüsuslarda Əbu Hureyre radıyallahu ənh'in rəvayətlərini eşidəcək olsa, Əbu Hureyre radıyallahu ənh haqqında danışmağa başlar və öz məzhəbinə müxalif olan rəvayətlərini çürütməyə cəhd edər. O'nun rəvayətləri öz məzhəbinə uyğun düşdüyü təqdirdə yenə O'nun rəvayətləriylə O'na müxalifətə dəlil göstərər.

Bu təriqətlərin bəziləri Əbu Hureyre radıyallahu ənh'in mənasını qavraya bilmədikləri bəzi rəvayətlərini reddetmişlerdir."[1]

İmam İbn Huzeymenin sözünü etdiyi bu kəslərin əksəriyyəti pozğunluğa düşməklə məşhur olmuşlar. Onların pozğunluqda olduqları da ümmətə gizli deyildir. Ancaq son olaraq sözünü etdiyi Fukaha qılığına girmiş cahil adam - ki o Əbu Hənifədir - müstəsna. Sonra bu adam  lovğalanaraq müqayisəyə zidd olduğu səbəbiylə Əbu Hureyre radıyallahu ənh'in sözünü rədd etməyə cəhd edər. Necə ki Fiqh Üsulu elminə müntesip bəzi kəslər bunu zikr edərlər. Bu kimilərin fikirləri qatqısız bir pozğunluqdur. Ayrıca İmam Zehebinin bu kimi kəslərə cavabını Siyeru A'lami'n-Nubela'da [2] görə bilərsiniz.




[1]  > Səhih məktu. Hakim, əl-Mustedrek (3/586)
[2]  > Siyeru A'ləm (2/620-621)

Hiç yorum yok:

Yorum Gönder