4 Aralık 2014 Perşembe

Şeyx Saleh el-Fevzana Surətlər Məsələsində Edilən Bir Böhtanın Reddi‏






Şeyx Saleh el-Fevzana Surətlər Məsələsində Edilən Bir Böhtanın Reddi



Şeyx Saleh el-Fevzanın - Allah onu hıfzeylesin - bəzi peyk kanalları və ya video qeydlərində görülməsi səbəbiylə, "Sələfi" qılığında saxtakarlıq edən bəzi yalançılar Şeyxin video və fotoşəkil surətlərinin haram olduğu fikirindən döndüyü böhtanını Türkiyədə dilləndirmişlər. Şeyx Fevzana edilən bu böhtandan özünün bəri olduğunu göstərən fətvalarını tərcümə edirəm:

Fətva nömrə: 2484



Şeyx Fevzana belə soruşuldu: "Qiymətli şeyx, Allah sizə səlamətlıq versin. Sizin peyk kanallarına çıxmayacağınıza dair sözünüzü eşitmişdik. Bu fikirinizdən döndünüzmü?

Cavab: Mən peyk kanallarına çıxmıram. Çıxmadım və inşallah çıxmayacağam da.
Fətva nömrə: 7396


Sual: Qiymətli şeyx! Allah sizi müvəffəq etsin. Sizə bir çox sual soruşuldu və cavab verdiniz. Jurnallarda sizin məqaləniz və şəkiliniz nəşr olundu. Yenə bəzi peyk kanallarında konfransınız nəşr olundu. Bu sizin surət etmənin caiz olduğunu söylədiyinizə bir dəlildirmi?

Cavab: Bu mənim onlara bunu əmr etdiyimi və tələb etdiyimi göstərməz. Onlar özləri bunu edirlər. Şeyx İbn Bəzin də şəkilini çəkirdilər lakin o bunu haram görürdü və edənlərdən narahat idi. Yığıncaqlarda onun şəkilini çəkirdilər. Bunun günahı özlərinədir. Bunun günahı şəkilini çəkənlərədir.
Bizə gəlincə, biz də bundan razı deyilik və onlara bunu əmr etmiş deyilik. Onlar bunu bizə məsləhətləşmədən edirlər.

Fətva nömrə: 2822



Sual: Mecdu'l-İslamiyye kanalı haqqındakı görüşün nədir?
Cavab: Mən burada kanalları bilmirəm. Bilmədiyim şey haqqında da hökm verə bilməm.


Sual: Şəkil çəkilən bir məkanda fotoşəkilini çəkdirmənin hökmü nədir?


Cavab: Caiz deyil. Bu harama kömək etmək və günah bir işi etməyə kömək olar. Adam dayanıb və şəkilini çəkdirsə bundan razı deməkdir və o günah və düşmənlikdə köməkləşmişdir. Lakin özü bilmədən şəkilini çəksələr bunun günahı çəkənlərədir. Özü buna nəzərdə tutmamışdır və bilməməkdədir.
Qaynaq: Şərhi Kitabi't-Tevhid haşiyəsi kaset 59 dəqiqə: 15)

Sual: "İordaniyada Kanatu'l-Eser adında bir peyk kanalı çıxdı. Bu kanalın sahibləri sizin bu kanalı teziskiyə etdiyinizi söyləyirlər. Bu doğrudurmu?

Cavab: Vallah onları da bilmirəm, kanalların heç birini də bilmirəm. Lakin bu gün onları yalana sarılmağa və yalan danışaraq böhtan atmağa məcbur edən şey nədir? Allaha sığınarıq! Allah Azze və Celledən heçmi utanmırlar, heçmi qorxmurlar?!

Qaynaq: əl-Furqan Beynə Evliyai'r-Rahman və Evliyai'ş-Şeytan kitabının şərhi, 4 Rebiu'l-Êvvel 1430 hicri dəqiqə: 46:40



Bəziləri: "Şeyx Fevzanı əl-Mecdu'l-İlmiyye kanalında gözlərimlə gördüm" deyə bilər.

Cavab:
1- Şeyx Fevzanın surət etməyi və peyk kanallarına çıxmağı haram gördüyünə dair fətvalarını nəql etdik.
2- Şeyx Fevzan tək sözlə: "Peyk kanallarına çıxmıram, çıxmadım və inşallah çıxmayacağam" deyirdi.
3- Şeyx Fevzan özünün surətinin, icazəsi olmadan çəkildiyini açıqlamışdır.
4- Şeyx Fevzan özünün surətinin çəkildiyini və ya o məkanda kamera olduğunu bilməməkdədir.
5- Şeyx Fevzan Kanatu'l-Eser adlı peyk kanalını teziskiyə etdiyi böhtanını yalanlamışdır.

Allah, Allame Fevzanı böhtançılardan mühafizə etsin.

Bu fətvalar, Şebeketu's-Sehab'dan nəql edilərək tərcümə edilmişdir.


Əbu Muaz.

Hiç yorum yok:

Yorum Gönder