4 Aralık 2014 Perşembe

Haqq Özünə Açıqca Bəlli Olmayan Kimsə Əksəriyyətin Fikirinə Uyğun gələ bilər mi?‏




Haqq Özünə Açıqca Bəlli Olmayan Kimsə Əksəriyyətin Fikirinə Uyğun gələ bilər mi?



Şeyx əl-Elbani rahimehullah əl-Akidetu't-Tahaviyye tə'likində (80-81) belə demişdir: "Müsəlmanın dəlilə zidd olduğunu anladığı görüşlərə müxalif çıxması şazlık deyildir. Xətə edənlərin əksinə, cumxurun fikirinə zidd belə olsa bu şazlık deyildir.  Çünki nə kitabda nə də sünnədə cumxurun (əksəriyyətin), dəlil tapılmadığı vəziyyətdə müxaliflərindən daha doğru yolda olacaqlarını göstərən bir dəlil yoxdur!


Bəli, Müsəlmanlar bir şeydə, bildikləri bir ixtilaf olmadan ittifaq etsələr, buna tabe olmaq lazımdır. Çünki Allah Təala belə buyurmuşdur: "Hər kəs, özü üçün doğru yol açıq-aşkar bəlli olduqdan sonra,  rəsula müxalif çıxar və möminlərin yolundan başqa bir yola tabe olsa, onu girdiyi yolda buraxarıq və cəhənnəmə soxarıq. Ora nə pis bir yerdir" (Nisa 115) Amma ixtilaf halında kitab və sünnəyə müraciət etmək Vəcibdir. Haqq kimə bəlli olsa, ona tabe olması lazımdır. Kimə də müəyyən olmazsa, istər cumxurun kavline uyğun gəlsin, istər zidd olsun, ürəyindən fətva istəsin. Heç kimin özünə haqqın bəlli olmadığı hər mövzuda cumxuri ola biləcəyinə inanmıram. Əksinə könülünün sakitləşməsinə və genişləməsinə görə bəzən cumxura uyğun düşər, bəzən müxalif çıxar. Rəsulullah sallallahu əleyhi və səlləm: "Müftilər sənə fətva versə də sən ürəyindən fətva istə" buyurarkən nə qədər də doğru söyləmiş!



Əbu Muaz 



Hiç yorum yok:

Yorum Gönder