12 Mayıs 2014 Pazartesi

İlan öz yuvasına necə qayıdırsa eləcə də din Ərəbistan Yarımadasına belə qayıdacaq” hədisi nə dərəcədə doğrudur?



Müəllif: Şeyx Saleh əl- Fəuzan 


Sual:  “İlan öz yuvasına necə qayıdırsa eləcə də din Ərəbistan Yarımadasına belə qayıdacaq” hədisi səhihdirmi? Bu hədisin tam mətni və mənası necədir?

Cavab:
Bu hədisi Tirmizi rəvayət edib və hədisin həsən olduğunu demişdir.
Hədisin mətninə gəlincə Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “İlan öz yuvasına qayıtdığı kimi din də Ərəbistan yarımadasına qayıdacaq. Din Ərəbistan yarımadasında, dişi dağ keçilərinin dağdakı sığınacağı kimi olacaq (Axırətə yaxın vaxtlarda müsəlmanlar zəif, kafirlər isə İslam ölkələrini işğal etdiyi bir zamanda din Ərəbistan yarımadasına qayıdacaqdır).Din qərib olaraq başlamış, yenə
qəribliyə dönəcəkdir. Qərib olanlara müjdə olsun. O kəslər ki, məndən sonra insanların korladıqları sünnələrimi islah edərlər”. Tirmizi bu hədisi sünən kitabında (7,288) Amr ibn Əuf ibn Zeyd ibn
Məlhəmədən, o atasından, o da babasından rəvayət etmişdir.


Hədisin mənası budur ki, axirətə yaxın bir vaxtda iman və din Ərəbistan yarımadasında cəm olacaq. Ov dağın təpəsinə dırmaşaraq özünü necə qoruyursa, din də bu yerlə qorunacaqdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) göndəriləndə din qərib olaraq başladığı kimi yenə qərib olaraq qayıdacaq. Kim dindən tutunarsa cənnətə daxil olar. İmam Muslim bu mənada digər bir hədis də rəvayət edib: “İslam qərib başlamış və qəribliyinə qayıdacaq. İlan öz yuvasında döndüyü kimi o da iki məscid (Kəbə və Mədinə məscidi) arasına dönəcəkdir.”



İmam Muslim bu hədisi (1, 131) İbn Ömərdən (Allah onlardan razı olsun) rəvayət etmişdir.


ən doğrusunu allah bilir.

Hiç yorum yok:

Yorum Gönder