Allah'ın elçisi (sallallahu aleyhi ve sellem) söyləmişdir: “Sizdən əvvəlki xalqlarda üç nəfər səfərə çıxmaq məqsədilə yola düzəlmişlər. Gecə yatmaq vaxtı gəlib çatdıqda bir mağaraya rast gəlmiş və gecələmək üçün ora girmişlər. Bu zaman Dağdan bir qaya qoparaq mağaranın ağzını örtmüşdü. Onlar: “Bizi buradan ancaq saleh əməllərinizlə Allaha edilən dualar xilas edə bilər” – demişlər. Birincisi söhbətə belə başlamışdır: – Allahım, mənim çox qoca valideynlərim var idi. Onlardan qabaq nə ailəmdən, nə xidmətçilərimdən, nə də kölələrimdən heç kimə bir şey yedirtməzdim (axşamlar süd içirtməzdim). Bir gün (heyvanların otlaması və ya odun yığmaq üçün) ağaclıq axtarmaq fikrinə düşməyim məni yubatdı və mən heyvanları sağıb qayıdanda onların artıq yuxuya getdiklərini gördüm. Nə onları oyatmağa qıydım, nə də onlardan qabaq ailəmə və kölələrimə süd verməyə ürəyim gəldi. Uşaqlar ayağıma dolaşaraq acından ağladıqları halda, mən əlimdə qab sübh açılana qədər onların oyanmasını gözlədim. Sonra oyandılar, südlərini içdilər. Allahım! Əgər bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizim bu qayadan çıxmağımızı asanlaşdır. Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış: Qaya bir qədər aralanmışsa da, onlar oradan çıxa bilməmişlər. Aralarından ikincisi başlamış: – Allahım, bir əmim qızı var idi. Mən onu hamıdan çox sevirdim. Hətta ona qarşı olan bu sevgim bir kişinin qadına olan sevgisindən də artıq idi. Ondan özünü istədim, amma o buna razı olmadı. Bir il bərk quraqlıq oldu, torpaq yararsız hala gəldi, məhsul qıtlığı başladı.
Bu vaxt yanıma gəldi. Məndən yüz iyirmi dinar istədi. Mən də özünü mənə təslim etməsi şərti ilə pulu
ona verdim. Razılaşdı. Ona yaxınlıq etmə ərəfəsində “Allahdan qorx! Haqsızlıq edərək (qanuni nikaha girmədən) bakirəliyimi pozma, bunu sənə halal etmirəm” – dedi. Mən də onu hamıdan çox sevdiyim halda ona sahib olmaq fikrindən döndüm və ondan uzaqlaşdım. Verdiyim qızılları da geri götürmədim. Allahım, əgər
mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi düşdüyümüz bu çətinlikdən qurtar! Qaya bir qədər də aralanmış, lakin bu yenə də onların çıxa bilmələri üçün kifayət etməmişdir. Onlardan üçüncüsü demişdir:
– Allahım! Mən bir neçə adamı işə götürmüşdüm. Hamısının da haqqını vermişdim, yalnız onlardan biri haqqını almadan getmişdi. Onun pulunu işlədib dövriyyəyə buraxdım. Nəhayət, onun bu pulu ilə malım xeyli
çoxaldı. Bir müddətdən sonra yanıma gəlib: Ey Allahın qulu! Haqqımı ver, – dedi. Mən də:– Gördüyün bu dəvələr, inəklər, qoyunlar, kölələr hamısı sənin haqqındandır, – dedim. O təəccüblənərək:
– Məni ələ salma, – dedi. Mən də:
– Səni ələ salmıram, - dedim. O,
hamısını özü ilə götürüb apardı,heç nə də saxlamadı. Allahım, əgər mən bu işi Sənin rizana layiq olmaq üçün etmişəmsə, bizi buradan qurtar!” Bundan sonra qaya tamamilə aralanmış və nəhayət onlar çıxıb gedə bilmişlər”.
(Buxari, 4/369, 370, Müslim, 2743-cü hədis.)
‘’Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur. Kim üz döndərsə! Biz ki səni onların üzərində gözətçi olaraq göndərməmişik’’(Nisa 80) ''De: "Bu mənim yolumdur. Mən və mənə tabe olan açıq aşkar bir dəlillə allaha çağırırıq. Allah pakdır, müqəddəsdir Mən isə müşriklərdən deyiləm(Yusuf 108)'' Nəbi Sallallahu Əleyhi və Səlləm belə buyurmuşdur: Kim mənim sünnəmdən üz çevirsə o kimsə məndən deyildir." (Buxari, Nigah 1, Müslim, Nigah 5)
Sayfalar
- Ana Səhifə
- İslama Giriş və Ondan Çıxış
- Ey Menhecimize Dil Uzadan Ahmak! Dön və Deyəcəklərimə Yaxşı Bax!
- MÜQAYİSƏ VƏ RƏY ƏHLİNƏ REDDIYYE
- İMAN əl - KƏBİR -İman və İslam-
- VİDA XÜTBƏSİ
- Qurbanlıqlara Diqqət!
- Əl-Fəth surəsi 24.cü ayənin nazil olma səbəbi
- HUTBETÜL HƏCCƏ
- Məsləhət ilə Nas Arasındakı Əlaqə
- Miskinlərin Güzgüsü
- Təqlid və Müqayisəyə Çağıran Bidət Əhlinə Raddiye
- SİQARETİN HÖKMÜ
- Halal Bəllidir Haram də Bəllidir Hədisi
- Siqareti Haram Sayan Fakihlerin Üsul Səhvi
- səcdə və cəhalət məsələsi
- Haqqı bilməyən Əhlini Bilərmi ? Mirası Bilməyən Va...
- Allahın Endirdiklərindən Başqasıyla Hökm edənlər B...
- Fitnələr Haqqında Vasiyet
Hiç yorum yok:
Yorum Gönder