31 Mayıs 2014 Cumartesi

Kafirlərdən oğurlamaq icazəlidir?

 Kafirlərdən oğurlamaq icazəlidirmi?

 Müəllif: Muhəmməd Saleh əl-Münəccid |


Sual: Kafir ölkəsində yaşayan bir müsəlmanın kafirlərdən oğurlaması haramdır? Mənim barəsində danışdığım adam əminəm ki, acından ölmür yaxud oğurladığı şeylərə ehtiyacı yoxdur. Qeyd etmək lazımdır ki, orada əmin-aman yaşamaq mümkündür. Yəni, fərd üçün bu ölkədə müsəlman kimi yaşamaq təhlükəsizdir və çox təqib yoxdur.

Cavab:

Həmd Allaha məxsusdur.

Heç kəsə gizli deyil ki, oğurluq etmək böyük günahdır və Allah-Təala buna görə oğurluq edənin əlini kəsməyi bir cəza olaraq əmr edib. Şəriətdə malın kişiyə yaxud qadına, azyaşlıya yaxud böyüyə, müsəlman yaxud kafirə məxsus olması fərq etmir. Şəriətdə yeganə istisna müsəlmanlarla müharibə halında olan kafirlərin malı ilə bağlıdır.

Müsəlman əmanət (etibarlılıq), əhdə vəfa və gözəl əxlaqda gözəl nümunə olmalıdır. Müsəlmanlara bu cür keyfiyyətlər olduqda bu bir çox kafirin İslam dinini qəbul etməsinə səbəb olmuşdur, çünki onlar İslamın gözəlliyini və müsəlmanların gözəl əxlaqına şahid olmuşlar.

İstər müsəlman ölkəsində, istərsə də kafir ölkəsində kafirlərin malını halal hesab edən müsəlman kafirlərin lehinə yaxşı xidmət edir və İslam və müsəlmanlar barədə onlarda təhrif olunmuş təsəvvür yaratmağa kömək edir və nəticə etibarilə İslama həmlələr edənlərə kömək etmiş olur.

Müsəlman bir şəxs kafir ölkəsində daxil olduqda bu halda onlarla sülh müqaviləsi (əhd) bağlayır-bu halda onun ölkəyə daxil olması üçün ona verilən viza. Deməli, bu halda onların malını qeyri-qanuni yolla mənimsəyirsə, oğru olmasından əlavə də əhdi pozmuş sayılır.

Kafirlərdən oğurladığı mal haramdır. Rəvayət olunur ki, Muğirə ibn Şubə cahiliyyə dövründə bəzi adamlarla oturub dururdu. O, həmin adamları öldürüb mallarını götürdü. Sonra gəlib İslamı qəbul etdi. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi: “İslamına gəldikdə bunu qəbul edirəm, mala gəldikdə isə mən bundan uzağam”. Əbu Davudun rəvayət etdiyi hədisdə belə deyilir: “Sənin İslamına gəldikdə bunu qəbul edirik. Xəyanət yolu ilə əldə olunan mala gəldikdə bizim buna ehtiyacımız yoxdur”.[1]

əl-Hafiz ibn Həcər demişdir:

“Mala gəldikdə mən bundan uzağam” ifadəsi o deməkdir ki, mən bu mala toxunmaram, çünki bu mal xəyanətlə yolu ilə əldə olunub. Hədisdən öyrənirik ki, kafirlər sizə etibar etdikləri və sizə əmin-amanlıq verdikləri zaman xəyanət yolu ilə onların malını mənimsəmək icazəli deyil. Çünki insanlar səfərdə yol-yoldaşlı olduqda onlar qarşılıqlı etimad əsasında bunu edirlər və bu etimada xəyanət etmək olmaz, fərqi yoxdur həmin şəxs müsəlmandır yoxsa kafir. Kafirlərin malları yalnız döyüş və müharibdə halaldır. Ola bilsin ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin malın yiyələrinin müsəlman olacağı və daha sonra mallarını onlara geri qaytaracağı ümidi ilə ona malı saxlamağa icazə vermişdir.[2]

əl-Şafi, rahiməhullah, demişdir:

“Müsəlman bir şəxs dar əl-hərbə sülh şəraitində daxil olursa və onların mal-dövlətini mənimsəmək fürsəti ilə rastlaşırsa, bu halda onun bu malı istər az, istərsə də çox olsun, götürməsi icazəli deyil. Çünki həmin müsəlman onlar tərəfindən əmin-amanlıqdadır və ona görə də onlardan onun tərəfindən əmin olmalıdırlar. Çünki ona əmin-amanlıq verdikləri halda onların malından nəyisə götürmək icazəli deyil. Müsəlmanların və əhli zimmənin[3] malından şəriətə görə götürülməsi icazəli olan hallar istisnadır. Mal-dövlət bir neçə səbəbdən haram ola bilər:



Malın yiyəsi müsəlmandırsa;
Malın yiyəsi müsəlman dövlətin himayəsi altında yaşayan qeyri-müsəlmandırsa;
Mal yiyəsi ilə sülh müqaviləsi bağlanıbsa müqavilənin müddəti başa çatana kimi; Bu insanlar əhdin müddəti başa çatana kimi onların mal-dövlətinin toxunulmazlığından söhbət gedirsə bu halda onlar zimmə əhli hökmündədirlər.[4]


əl-Sərəx'si, Allah ona rəhmət etsin, demişdir:

“Müsəlman bir kəsin sülh şəraitində olduğu tərəflərə xəyanət etməsi düzgün deyil, çünki xəyanət etmək haramdır. Peyğəmbər, sallallahu aleyhi və səlləm demişdir: “Qiyamət günü hər xainin yanında bayraq olacaq və bu bayraqla onun xain olduğu məlum olacaq”. Əgər müsəlman bir kəs onlara xəyanət edib onların malını oğurlayırsa və bunları müsəlman ölkəsinə gətirirsə, bunu alan müsəlmanın bundan xəbəri varsa bu malı almaq icazəli deyil. Çünki həmin adam bunu natəmiz qazanc şəklində mənimsəmişdir və ondan bu malı almaq onu daha da təşviq edir ki, müsəlman birinin bunu etməsi düzgün deyil. Bu məsələdə təməl qayda Muğirə ibn Şubənin, Allah ondan razı olsun, hədisidir. Belə ki, o yoldaşlarını öldürmüş və onların malını Mədinəyə gətirmiş və müsəlmanlığı qəbul etmişdi. Allahın Rəsulu sallallahu aleyhi və səlləm'den onun malından xums götürməyini istəmişdi və ona belə cavab vermişdi: “İslamına gəldikdə qəbul edirik, xəyanət yolu ilə əldə etdiyin mala gəldikdə bizim buna ehtiyacımız yoxdur”.[5]


en doğrusunu allah bilir.


[1] Buxari, 2583; Əbu Davud, 2765; Şeyx əl-Albani Səhih Əbi Davud əsərində (2403) səhih deyə təsnif edib.

[2] Fəth əl-Bari, 5/341.

[3] Müsəlman dövlətin himayəsində yaşayan qeyri-müsəlmanlar.

[4] əl-Umm, 4/284.

[5] əl-Məbsut, 10/96.Abraş, Kel ve Kör

Hiç yorum yok:

Yorum Gönder