4 Ocak 2015 Pazar

Batil, Haqq Surətində Gəlir, Lakin Haqq Batil Surətində Gelmez‏




              Batil, Haqq Surətində Gəlir, Lakin Haqq Batil Surətində Gelmez


Batılı Haqq Surətinə Soxub Adını Dəyişdirmələri Batıl Əhlinin Batillərini Təqdim etmə Vəsilələrindəndir.

Şeyx Məhəmməd Bazemul

Tərcümə: Əbu Muaz



Ribanı (fayda) deyə adlandırmaları, mitinq və qiyamları; yaxşılığı əmr və pisliyi qadağan etmə olaraq adlandırmaları, Mudahene'ni (yaltaqçılığı); şəri siyasət deyə adlandırmaları kimi.

İbnu'l-Qayyım rahimehullah İgasetu'l-Lehfan'da (2/80-82) belə demişdir: "Batil hiylələr; dini akidleri faydasız, boş şeylər halına gətirmişdir. Çünki bu hiylələri edən kimsə, bu hökmlərin qoyulma səbəblərini nəzərdə tutmaz. Hətta onun bu hökmlərin həqiqətini nəzərdə tutmaqla əsla əlaqəsi olmaz. Onun məqsədi yalnız qadağan edilmiş olan şeyə çatmaqdır. Beləcə hiylələri, qadağan edilən pislikləri işləyə bilmək üçün bir örtü və özüylə gizlənə biləcəyi bir qalxan əldə edər. Beləcə dini dəyişdirərək bu qadağanın əhatəsindən çıxarar.

Necə ki Cehmiler etdikləri tətilə (Allah'ın ad və sifətlərini ləğv etməyə); "tənzih" adını vermişlər.
Münafiqlər, nifaqın adını dəyişdirərək; lütfkarlıq (yaxşılıq), uyğunluq, aqıl və mihribanlık adını vermişlər.

Zalımlar və facirler zülm və düşmənliyin adını dəyişdirərək; siyasət və günahkarları cəzalandırmaq adını vermişlər.
Vergiçilər və xəracçılar verginin/xəracın adını dəyişdirib; mücahidlərə kömək, cəbhələrə dəstək və qalaları abadlıq adını vermişlər.

Rafıziler ilhadın, küfrün,  Rəsulullah sallallahu əleyhi və selləm'in hizbi, dostları və köməkçiləri olan səhabə'lərə söymənin adını dəyişdirərək; Əhli Beyt sevgisi adını, onlara fanatizm etməyə də; onlara dostluq adını vermişlər.

İbahiler və təsəvvüfə nisbət edilən fasiqlər, bidətlərinin və şatahatlarının adını dəyişdirərək; fakr, zühd, hallar, bacarıqlar, muhabbetullah və bənzər adlar vermişlər.

İttihatçılar (vəhdəti vücudçulər) ən böyük küfr və sapmanın adını dəyişdirərək; tövhid adını vermişlər. Varlıq birdir, iki deyil, o da yalnız Allah'dır, yaradıcı və yaradılan deyə iki ayrı varlıq yoxdur, rəb və qul deyə bir şey yoxdur, əksinə bütün varlıq tək bir şeydir, o da rəbbin həqiqətidir" demişlər.


Qədərilər; Allah Təalanın bütün varlıqlar, onların şəxsləri və hərəkətləri üzərindəki əhatəli qüdrətini inkar etmənin adını dəyişdirərək ədalət adını vermişlər, belə demişlər; "Əgər rəb, qullarının bütün hərəkətlərini təqdir etmiş olsaydı, onlara zülmətmiş olardı" Beləcə qədəri yalanlamalarına "ədalət" adını vermişlər.

Cehmilər Allah Subahnehunun sifətlərinin kamalını inkar etməyə "tövhid" adını vermişlər və belə demişlər: "Əgər Allah Subhanehunun eşitmə, görə, qüdrət, həyat, iradə, kəlam sifətləri olsaydı, O tək olmaz, bir çox ilahlar olardı"(!)

Şəhvətlərinə uyğun gələn fasiqlər, günah və üsyanlarının adını dəyişdirərək; ümid, Allah Təalaya gözəl zənndə olmaq, O'nun bağışlamayacağı şəklində pis zənndə olmamaq adını vermişlər və belə demişlər: "Üsyan və şəhvətlərdən uzaqlaşmaq Allah Təalanın bağışlayıcılığına qarşı pis zənn bəsləməkdir. O'na comərdlik, kərəm və bağışlayıcılığın ziddini nisbət etməkdir."

Xaricilər idarəçilərlə vuruşma və onlara qarşı qiyamın adını dəyişdirərək; yaxşılığı əmr etmə və pisliyi qadağan etmə (ya da bu gün dedikləri kimi: cihad) adını vermişlər.

Bidət sahiblərinin hamısı bidətlərinin adını dəyişdirərək bidətlərinə görə fərqli adlar vermişlər.

Müşriklər şirklərinin adını dəyişdirərək; "Allah üçün təzim, Allah'a yaxınlaşmaq üçün vəsilə və şəfaətçilər əldə etmə" adını vermişlər, əldə etdikləri ilahların özlərini Allah'a yaxınlaşdırdığını iddia etmişlər.
Hər batil sahibi batilini rəvaca gətirə bilmək üçün ona haqq olan adlar vermişdir.


Məqsəd; haram hiylələrin və tələlərin əhli, batil olan ünsürləri qanuni olan adlar altında təqdim etməkdədir. Beləcə həqiqətləri və məqsədləri yerində olmadan batillər icra edilməkdədir."

Hiç yorum yok:

Yorum Gönder