8 Haziran 2014 Pazar

Məsləhət üçün vacib terk edilmez!



Bəzi insanlar məsləhət üçün vacibin terk edilməsinə Aişənin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisi dəlil qismində sitat gətirirlər. Hədisdə deyilir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Kəbəni dağıdıb İbrahimin inşa etdiyi
özüllərdə olduğu kimi yenidən inşa etməkdən çəkinmişdir. Onlar bunu dəlil kimi götürüb bildirirlər ki, vacib vəzifələri məsləhət üçün yerinə yetirməmək olar.
Lakin bu açıq-aşkar bir xətadır. Əgər bunu etmək Peyğəmbərə vacib olsaydı insanların qəlblərini yumşaltmaq xatirinə bunu etməkdən çəkinməzdi. Daha doğrusu, bunu yenidən inşa etmək caiz idi. Aşağıda
hədisin tam mətni və alimlərin
şərhləri verilir.

Aişəyə (Allah ondan razı olsun)
istinadən rəvayət olunan hədisdə Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) ona belə söylədiyi bildirilir: “Ey Aişə, camaat cahiliyyətdən təzə çıxmış olmasaydı,
əmr edərdim ki, Evi (Kəbəni)
uçurtsunlar və bundan
tamamlanmamış hissəni tamamlayar və (qapını) yer səviyyəsində yerləşdirər və iki qapı qoyardım, bir qapı şərq tərəfə, digəri isə qərb tərəfə. Beləcə bunu İbrahimin
(qoyduğu) özüllərdə olduğu kimi yenidən tikərdim”. [1]

Hədisin başqa bir versiyasında “Mən ehtiyat edirəm ki, bu (Kəbənin İbrahimin inşa etdiyi özüllərdə olduğu kimi yenidən inşa edilməsi) onların
ürəyincə olmaz (qəbul etməzlər)”.

Şeyxu-l İslam ibn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:

“Məlum məsələdir ki, Kəbə yer üzündə ən xeyirli vəqfdir. Əgər bunu dəyişdirmək vacib olsa idi (Peyğəmbər) bunu etməkdən çəkinməzdi. Bu yolla
aydın olur ki, bunu etmək caiz idi və Qüreyşin İslamda təzə olduğuna dair (Peyğəmbərin) sözü olmasa idi, bunu
etmək daha xeyirli olardı. Burada söhbət (Kəbənin) quruluşunun dəyişdirilməsindən gedir. Buradan aydın olur ki, ümumilikdə bu caizdir”. [2]

Həmçinin o (Allah ona rəhmət etsin) demişdir:
“İnsanları dindən qaçırtmamaq üçün Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) daha xeyirli olanı tərk etdi. Eynilə, əgər bir kəs namazda
Bismilləh kəlməsini ucadan söyləməyin müstəhəb olduğu rəyində olub bununla
belə bu cür etməyi məkruh görən insanlara namazda imamlıq edirsə və ya
əksinə, və nəticədə onların rəyinə müvafiq olanı edirsə bu halda o doğru olanı etmişdir”. [3]

Həmçinin demişdir:
“Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) daha xeyirli olanı tərk edib başqa bir seçim edərək hərəkət
edərdi. Çünki belə olduğu təqdirdə insanların adət-ənənələri ilə uyğunlaşma və onların qəlblərinin haqqa meyl etməsi nəzərdə tutulurdu.
Necə ki, Aişəyə (Allah ondan razı olsun ) demişdir: “Ey Aişə, camaat cahiliyyətdən təzə çıxmış olmasaydı,
əmr edərdim ki, Evi (Kəbəni)
uçurtsunlar və bundan
tamamlanmamış hissəni tamamlayar və (qapını) yer səviyyəsində yerləşdirər və iki qapı qoyardım, bir qapı şərq tərəfə, digəri isə qərb
tərəfə. Beləcə bunu İbrahimin
(qoyduğu) özüllərdə olduğu kimi yenidən tikərdim ”. Bu halda o (hərc- mərcliyə, anlaşmazlığa) yol verməmək
və insanların qəlblərini yumşaltmaq xatirinə xeyirli olanı tərk etdi”. [4]

[1] Hədisi Buxari (1509) və Muslim (1333) rəvayət etmişdir.
[2] Məcmu əl-Fətəvə (31/244).
[3] Məcmu əl-Fətəvə, (22/268,269).
[4] Məcmu əl-Fətəvə (26/91).

Hiç yorum yok:

Yorum Gönder