14 Haziran 2014 Cumartesi

Müasir Sələfi Şeyxləri Təqlid Caizmi?

                                Müasir Sələfi Şeyxləri Təqlid Caizmi?


                                              Fətva Sahibi: Saleh b. Abdillah əl-Bəkri

                                                           Tərcümə: Əbu Muaz

Sual: "Sünnə şeyxlərini xüsusilə icma etdikləri zaman təqlid etmənin sələfi menhec olduğunu
zənn edənlər haqqında nə deyərsiniz?"

Şeyx Saleh b. Abdillah el-Bekri(Hafizehullah)ın cavabı: 

Şərqdən qərbə ümmətin hamısı bir hadisə müxalifət üzərində birləşməzlər. Belə bir icma olmaz. Əksinə bu Şeyhulislam (İbn Teymiyye) və İbn Qəyyimin dedikləri kimi xarab bir iddiadır. İcmanın mənası nədir? Əs-sənəni belə demişdir: "İcma; ümmətin yer üzünün hər tərəfindən, Yemənidən, Səadiyədən və digər bütün alimlərdən müçtehit alimlərinin söz birliyi etməsidir." Şeyhu'l-İslam Məhəmməd b. Abdilvehhaba bir çox alimlər qarşı çıxmışdır. İbn Teymiyyeyə bir çox alimlər qarşı çıxmışdır. Alimin sözünü ancaq Allahın kitabından və ya Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsindən bir dəlil ilə qəbul edərik. Bu dindir. Əks halda qəbirində sorğulandığı zaman "O mu, o mu, o mu? İnsanlar bir şey deyirdi mən də onu söylədim" deyən şübhəçi münafiq kimi olarıq. Alimlərin əksəriyyəti fitnədə pozğunluq üzrə ola bilər. Yaxud səhv üzərində ola bilərlər. Buna dair bir çox hekayələr vardır. Məsələn fakihlerin çoxu Haccaca qarşı qiyam qaldırdıqlarında "Basrada Hasen əl-Bəsri və İbn Sirin xaricində hər kəs qiyam qaldırdı" dedilər. Əksəriyyət huruc etmişdi. Hasen əl-Bəsri isə onlara qarşı çıxırdı. Sonra onlardan peşman olan oldu. Əksəriyyət haqq üzrə və ya batil üzrə olmanın dəlili deyil. Sələf belə deyərdi: "Camaat; tək başına dahi olsansa, haqqa uyğun gəlməyindir" Bəziləri "Bir diyarın xalqı, öz yoldaşlarını daha yaxşı bilər" deyərlər. Bunu söylədiyiniz zaman: "Özlərinə müxalif olan şəxs: "Mən öz diyarımdan olan yoldaşlarımı daha yaxşı bilərəm" deyər. Lakin onlara həsəd, nəfsi dəstəkləmə və daha başqa şeylər girmiş ola bilər. Cerh və Təd'il məsələsi dəlillər və bürhanlar üzərinə quruludur. Sapdırma, zənnlər və təqlid üzərinə qurulu deyil. Dəlilsiz olaraq ismətlərə dan edilə bilməz. Dəlil və burhanlar tapılması zəruridir. İmam Əbu Davud əs-Sicistani, oğulu Əbu Bəkri tənqid edərdi. Hədis əhli onun bu sözünü qəbul etməmişlər, "O, öz oğulunu daha yaxşı bilər" deməmişlər. Buxari rahimehullah ilə diyarındakı bəzi alimlər arasında problemlər olmuşdu. Hətta Buxari rahimehullah diyarını tərk etmək məcburiyyətində qaldı. Biri üz adam haqqında danışar, yanında haqlı olduğuna dəlil vardır, onun sözünü qəbul edərik. üz adam da biri haqqında da dəlilsiz olaraq danışarlar. Onların sözünü qəbul etmərik. Etibar çoxluğa deyil, haqqadır. Haqq və dəlil varsa buna etibar edilər. İmam Malik rahimehullah Mədinə xalqının hərəkətini (Fəilini) hüccet görərdi. Çünki orada   Səhabələrin uşaqları vardı. Lakin alimlər bu barədə ona müxalif çıxmışlar. Hüccet; kitab, sünnə və saleh sələfin üzərində olduqlarıdır. Bu mövzuda bir çox naslar vardır və mən bunları "əl-Cerh Davabituhu və ta YukbəlMəta Yurad Sifətu Ehlih" adlı risaləmdə cem etdim. İmam Əhmədə Harran bölgəsindən biri soruşuldu. İmam Əhməd: "Sikadır" dedi. Dedilər ki: "Harranlılar onu tənqid edirlər" İmam Əhməd: "Harranlıların bir kimsədən razı olmaları çox nadirdir" dedi. Şövqəni rahimehullah əl-Bedru't-Tali kitabında ölkəsinin alimlərindən şikayətçi idi. belə deyərdi: "Yeməni'nin xalqı alimlərini salırlar" Sualda bəhs edilən sözü ancaq bir cahil söyləyər. Bu terrordur! Bu da terrorun bir növüdür!.






Hiç yorum yok:

Yorum Gönder