30 Haziran 2014 Pazartesi

Cəhalətin Təkfirə Mane Oluşuna Dəlalət Edən Bəzi Naslar və Elm Əhlinin Bəyanı

   

          İmam Buxari (3479) və Muslim (2934-2935) Huzeyfe radıyallahu ənhdən rəvayət edirlər:


سمعت رسول الله e يقوم : "أن رجلا حضره الموت، فلما يئس من الحياة أوصى أهله : إذا أنا مت فاجمعوا لي حطبا كثيراً وأوقدوا فيه نارا حتى إذا أكلت لحمي وخلصت إلى عظمي فامتحشت، فخذوها فاطحونها ثم انظروا يوما راحا فذروة في اليم، ففعلوا، فقال له : لما فعلت ذلك ؟ قال : من خشيتك . فغفر الله له


"Rəsulullah sallallahu əleyhi və selləmin belə buyurduğunu eşitdim: "Bir adam ölüm halında ikən həyatından ümidini üzdüqdə ailəsinə vəsiyyət edərək belə dedi: "Öldüyüm zaman mənim üçün çox odun yığın, atəş yaxın. Ta ki atəş ətimi yesin və sümüklərimə çatıb kömür kimi etsin. Onu da götürüb öyüdün. Sonra küləkli bir gün gözləyin və sovurun." Onlar da bunu etdilər. (Allah Təala) ona: "Niyə belə etdin?" dedi. Adam: "Sənin qorxundan" dedi. Bunun üzərinə Allah onu bağışladı."

İmam Əbu Məhəmməd b. Həzm rahimehullah dedi ki: "Bu insan, öldüyü zaman Allah Azze və Cellenin özünün küllərini bir araya gətirib diriltməyə güc çatdıracağı barəsində cahillik etdi. Allah onu özünə iman etməsindən, qorxmasından ötəri cahilliyi səbəbiylə bağışladı." (İbn Həzm, əl-Fasl 3/205)

Şeyhulislam İbn Teymiyye rahimehullah bu hədislə əlaqədar qeyd olaraq bu şərhi etmişdir: "Mən daim bu hədisi xatırladaram… Bu adam Allahın qüdrəti və özünün zərrələrini qaytarması haqqında şekke düşdü. Hətta küllərinin qaytarılmayacağına etiqad etmişdi. Müsəlmanların ittifaqıyla bu bir küfrdür. Lakin adam cahil idi, bunu bilmirdi. Bununla birlikdə Allaha iman edir və özünü cəzalandırmasından qorxurdu. Buna görə bağışlandı." (Mecmuu'l-Fetava 11/409)

 Yenə başqa bir yerdə belə demişdir: "Bu adam Allah Təalanın parçalara ayrılmış bu cüzləri bu şəkildə qaytarmağa qədr olmadığını zənn etdi. Allah Təalanın qüdrətini inkar və dağılmış bədənlərin qaytarmasını inkar bir küfrdür. Lakin o Allaha və O'nun əmrinə iman etmək və O'ndan qorxmaqla birlikdə bu barədə bir cahil idi. Bu zənni pozğun və səhvli idi. Allah onu buna görə (cahil olması səbəbiylə) bağışladı. Hədis, adamın bu işi etdiyi zaman bədəninin qaytarılmamasına arzusu barəsində açıqdır. Bu mövzuda ən kiçik bir tərəddüd küfrdür. Əgər peyğəmbərlik hücceti qoyulmuş da adam bunu inkar etmişsə onun küfrünə hökm edilər." (Mecmuu'l-Fetava 11/409)

Əhli Sünnənin hatibi Əbu Məhəmməd İbn Kuteybe rahimehullah belə demişdir: "Bu adam Allah'a iman və təsdiq etmiş, O'ndan qorxmaqdadır… Ancaq Allah'ın sifətlərin bir sifəti haqqında cahildir. Yandırılıb küllərinin sovrulmasıyla Allah Təaladan xilas olacağını zənn etdi. Allah Təala onun niyyətini və özünün əzabından qorxmasını bildiyindən ötəri, sifətlərindən biri olan bu sifət haqqındakı cahilliyi üzündən onu bağışladı." (Şərhi Muhtelifi'l-Hadis 136)

Allame Şeyx Mukbil b. Hadi əl-Vadii rahimehullah belə demişdir: "Bu hədis, adamın cəhaləti səbəbiylə üzrlü olacağına bir dəlildir." (Fadaih və Nasaih s. 185)

Əbu Vakid əl-Leysi hədisi haqqında Şeyx Suleyman b. Abdillah b. Məhəmməd b. Abdilvehhab rahimehullah, Şərhi Kitabi't-Tevhid'de (s. 152) belə demişdir: "Bəzi səhabələr bunu gözəl zənn etdilər və Nəbi sallallahu əleyhi və selləmdən özləri üçün zətu envat əldə etməsini tələb etdilər. Ta ki Nəbi sallallahu əleyhi və səlləm onların bu sözlərinin, İsrailoğullarının: "Bizə də bir ilah əldə et" sözləri kimi olduğunu açıqladı. Yaxşı ya özlərinə cahilliyin qələbə çaldığı başqa kəslərin vəziyyəti necə olar?"

Abdullah b. Əbi Evfa radıyallahu ənhdən: "Muaz radıyallahu ənh Şamdan dönüncə Nəbi sallallahu əleyhi və selləmə səcdə etdi…" Baxın.: əl-Elbani İrvau'l-Galil (7/56) və ayrıca; Allah'dan başqasına səcdə təklifi və cəhalətin bəhanə olması adlı risaləmə baxın.
Bu hədis haqqında Allame Şövqəni rahimehullah belə demişdir: "Kim cəhalətlə Allah'dan başqasına səcdə etsə o təkfir edilməz." (Neylu'l-Evtar 6/210)

Şeyhulislam İbn Teymiyye rahimehullah, şeyxlərin və kralların qarşısında etdikləri kimi, bəzi insanların yeri öpmələri, səcdədə olduğu kimi baş qaldırmaları haqqında, az əvvəl işarə edilən Muaz radıyallahu ənh hədisiylə fətva verərək belə demişdir: "Caiz deyil… Bunu din əldə edərək və yaxınlıq təmin etmək üçün etmək ən böyük münkərlərdəndir. Belə bir şeyin yaxınlıq təmin etdiyinə və din əldə edilə biləcəyinə etiqad edən pozğundur, həddindən artıqdır. Əksinə ona bunun dindən və yaxınlıq səbəblərindən olmadığı açıqlanar. Əgər israr etsə tövbə etdirilər. Əks halda (yəni tövbə etməzsə) öldürülər." (Baxın.: Mecmuu'l-Fetava 1/372)

Möminlərin anası Aişə radıyallahu ənhədən: "Rəsulullah sallallahu əleyhi və səlləm Əbu Cehm b. Huzeyfeni zəkat məmuru olaraq göndərdi. Zəkatı barəsində özüylə mübahisə edən birini Əbu Cehm döydü və başını yaraladı. Qəbiləsi Rəsulullah sallallahu əleyhi və selləmə gəlib: "Ey Allah'ın rəsulu! Qisas istəyərik" dedilər. Rəsulullah sallallahu əleyhi və səlləm: "Qisas yerinə bunu bunu alın" buyurdu. Yenə razı olmadılar. Rəsulullah sallallahu əleyhi və səlləm: təkrar "bunu bunu alın" buyurdu. Yenə razı olmadılar. Rəsulullah sallallahu əleyhi və səlləm təkrar: "bunu bunu alın" buyurdu. Bu dəfə razı oldular…." (İbn Carud əl-Munteka (845) İbn Hibban (10/339) Əhməd (6/232) Əbu Davud (4534) İbn Macə (2638) səhihdir.)

Bu hədis haqqında Əbu Məhəmməd b. Həzm rahimehullah belə demişdir: "Bu xəbərdə cahilin üzrlü olması və onun İslamdan çıxmayacağı vardır. Əgər üzərinə hüccet iqaməsi edilmiş alim bir kimsə bunu etsəydi əlbəttə kafir olardı. Çünki bu kəslər Nəbi sallallahu əleyhi və selləmi yalanlamışlar. Rəsulullah sallallahu əleyhi və selləmin mücerret olaraq yalanlanmasının küfr olmasında ixtilaf yoxdur. Lakin onlar cahillikləri və bədəvi oluşları səbəbiylə, cəhalətlə üzrlü hesab edildilər və təkfir edilmədilər." (əl-Muhalla 10/410-411)

Allame Şemsuddin İbni'l-Kayyım rahimehullah belə demişdir: "Hüccet qoyulmamasıyla birlikdə cahillik küfrü və məlumatına çatma imkanı tapılmamasına gəlincə, Allah bu kəslər rəsulların hücceti iqamə olana qədər əzabı qaldırmışdır." (Tariku'l-Hicreteyn 384)



                                       Əbu Muaz əl-Çubukabadi

Hiç yorum yok:

Yorum Gönder