23 Ekim 2014 Perşembe

İmam Əbul-Hasen əl-Kerci el-Kassab'ın Müqayisə Haqqındaki Sözlerinden

İmam Əbul-Hasen əl-Kerci el-Kassab'ın (v. 360) Müqayisə Haqqındaki Sözlerinden


İmam Əbul-Hasen əl-Kerci, Nuketu'l-Kur'an'da (2/90) belə demişdir: ‘’Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir. Hər kəs harama meyl etmədən və həddi aşmadan bunlardan yeməyə məcbur olarsa, ona günah gəlməz. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir!.Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"- deməyin, çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir.’’ (Nəhl 114-117)



Bu ayələrdə Allahın anlamağa müvəffəq etdiyi, məcbur etmə və inadı bir tərəfə buraxan, halal və haram etmədə nəfsinin müqayisədən götürdüyü dada etibar etməyən kəslər üçün müqayisənin batil oluşuna dair hüccet açıqdır.



Bu ayə Allahın halal etdiyi bütün ruzilərə təşviqlə başlamaqda, bunun üzərimizdə bir nemət olduğunu xəbər verməkdə və şükr etməmizi əmr etməkdədir. Sonra haram qisiminə keçməkdə və belə buyurulmaqdadır: "O sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqası üçün kəsilən heyvanı haram etmişdir." Bunun xaricində qalan hər şey ruzi, halal və tayyibə daxil olub, şükr etməmiz lazım olan nemətlərdən sayılmışdır. Ayrı-seçkiliyə ibtida olaraq deyil, ancaq əvvəlki qisimdən istisna mənasında gedilmişdir. Allah Azze və Celle bununla da kifayətlənməmiş, arxasından belə buyurmuşdur: "Dilinizin uydurduğu yalana əsasən: "Bu halaldır, o haramdır!"- deməyin; çünki Allaha qarşı yalan uydurmuş olursunuz. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.İndi onlar az bir mənfəət əldə etmişlər, axirətdə isə onları ağrılı-acılı bir əzab gözləyir"



Özünə itaət edilməsi fərz qılınmış olan, halal və haram etməsi ancaq Allah Azze və Cellenin əmriylə olan Rəsulullah sallallahu əleyhi və səlləm xaricində, insanlardan heç kimin halal və tayyib ruzi cümləsindən istisna edilən bu dörd şeyə artdırma haqqı yoxdur. Rəsulullah sallallahu əleyhi və səlləm yırtıcı heyvanlardan azı dişi olanları, quşlardan pəncəli olanları və adla saylı olan bəzi şeyləri haram etmişdir. Yenə zinakarın qazancını, it ödənişini, heyvan cütləşdirmə ödənişini haram etmiş, etibarlı kəslərin rəvayətləriylə gələn hədislərində bəzi alış-verişləri qadağan etmişdir. Rəsulullah sallallahu əleyhi və selləm'dən nas olaraq tapdığımız hər şey bu dörd maddəyə qatılar. Haqqında nas olmayan şeyin haram qılınması kəslərin fikirləridir. Yaxşıca düşünən və ayənin incəliklərinə dalanlara görə ayənin hökmüylə bunlar böhtandır."




                         Tərcümə: Əbu Muaz

Hiç yorum yok:

Yorum Gönder