23 Ekim 2014 Perşembe

Yalanın Zərərləri

                                         Yalanın Zərərləri



                                                    İbn Qəyyim əl-Cevziyye

                                                 Tərcümə: Məhəmməd Şahin


Yalandan mütləq qaçın! Çünki yalan; bilinən şeylər haqqındakı təsəvvür və düşüncəni ifsad edər. Buna əlavə olaraq; bu bilinən şeylərin insanlara qarşı şəklini də ifsad edər. Çünki yalan; olmayan bir şeyi mövcud, mövcud olan bir şeyi yox, batilı haqq, haqqı batil olaraq, xeyiri şər və şəri də xeyr olaraq göstərər. Bu səbəbdən yalan, bir cəza olaraq, sahibinin düşüncə və elmini ifsad edər.

Üstəlik bu yalan, aldadılıb özünə bağlanılan qarşıdakı insanın nəfsində şəxsində təsəvvür edər. Bu səbəbdən onun düşüncə və elmini ifsad edər.

Yalançı kimsənin nəfsi, mövcud olan həqiqətdən üz çevirmiş, yoxluğa doğru getmiş və batildən təsirlənmişdir. Yalançının təsəvvür etmə gücü və iradəyə bağlı hər hərəkətin kökü olan elm gücü ifsada uğradığı zaman, bu hərəkətləri də ifsada uğrayar. Bu dəfə yalanın hökmü onlara sirayət edər və eynilə yalanın kökü və çıxış yerinin dil olduğu kimi, adamın hər yerində bu yalan ortaya çıxmağa başlar. Artıq bu vəziyyətdə dilindən və əməllərindən heç bir fayda görməz. Bunun üçündür ki yalan, hər pisliyin təməlidir.

Necə ki Peyğəmbər -sallallahu əleyhi və səlləm- bu mövzuda belə buyurmuşdur:

(( وَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ، وَإِنَّ الْفُجُورَ يَهْدِي إِلَى النَّارِ.)) [ رواه البخاري ومسلم أبو داود والترمذي لألفاظ مختلفة ]

"Şübhəsiz yalan (sahibini) günahlara (dümdüz yoldan sapmağa) aparar. Günahlar da (sahibini) atəşə (cəhənnəmə) aparar (çatdırar). "[1]

İmam Malikin rəvayət etdiyi hədisin ləfzi isə belədir:

إِنَّ عَبْدَ اللهِ بْنَ مَسْعُودٍ تكَانَ يَقُولُ: (( عَلَيْكُمْ بِالصِّدْقِ، فَإِنَّ الصِّدْقَ يَهْدِي إِلَى الْبِرِّ، وَالْبِرَّ يَهْدِي إِلَى الْجَنَّةِ، وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفُجُورِ، وَالْفُجُورَ يَهْدِي إِلَى النَّارِ. أَلَا تَرَى أَنَّهُ يُقَالُ: صَدَقَ وَبَرَّ، وَكَذَبَ وَفَجَرَ.)) [ رواه مالك ]

Abdullah b. Məsud -Allah ondan razı olsun- belə dərdi:

"(Söz və hərəkətlərinizdə) doğru olun (düzgünlükdən ayrılmayın). Çünki düzgünlük, (sahibini) yaxşılığa aparar. Yaxşılıq da (sahibini) cənnətə aparar. Yalandan qaçının. Çünki yalan, yalan (sahibini) günahlara (dümdüz yoldan sapmağa) aparar. Günahlar da (sahibini) atəşə (cəhənnəmə) aparar. (Doğru sözlü kimsə üçün): Doğru söyləyərək yaxşılıq qazandı (işlədi), (yalançı kimsə üçün də): Yalan danışaraq dümdüz yoldan sapdı (günah işlədi), deyildiyini bilməzsənmi? "[2]

Yalan, ilk olaraq insanın nəfsindən dilinə sirayət edər və onu ifsad edər. Daha sonra bədənin digər üzvlərinə sirayət edərək o azaların bütün əməllərini ifsad edər. Eynilə dilə sirayət etməsiylə sözlərini ifsad etməsi kimi. Artıq yalan; adamın sözlərinə, əməllərinə və halınının ümumisinə hakim olar, fəsadı onda möhkəm hala gətirər. Əgər Allah Təala bu kimsəyə, içərisindəki yerləşmiş yalan maddəsini çıxardıb atacaq düzgünlük dərmanını nəsib etməzsə, o təqdirdə bu yalan xəstəliyi bu kimsədə kökləşəcək.

İşdə bunun üçündür ki ürək əməllərinin hamısının təməli, düzgünlük olmuşdur.
Bu əməllərin ziddləri olan riya, özünü bəyənmişlik, qürur, öyünmə, təkəbburlənmə, təpədən baxma, acizlik, tənbəllik, ərinqəçlik və buna bənzər digər xüsusiyyətlərə gəlir isək; bunların təməli də yalan olmuşdur.

Bu səbəbdən görünən və ya görünməyən (zahiri və ya batini) hər saleh əməlin qaynağı, düzgünlükdür. Görünən və ya görünməyən (zahiri və ya batini) hər xarab (fasid) əməlin qaynağı da, yalan olmuşdur.

Allah Təala yalançını, məsləhətlərindən və mənfəətlərindən uzaq tutaraq cəzalandırmaqda, doğru sözlü olanı isə, həm dünya, həm də axirət məsləhətlərini düzəldə bilməsinə köməkçi olaraq mükafatlandırmaqdadır. Necə ki adamın dünya və axirət məsləhətlərinin düzəlməsi düzgünlük səbəbiylə olarkən, dünya və axirət məsləhətlərinin pozulması və zərər uğraması da, yalan səbəbiylə olmaqdadır.

Necə ki Allah Təala bu mövzuda belə buyurmuşdur:

‘’Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.’’[3]

Allah Təala yenə belə buyurmuşdur:

"Allah dedi: "Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün ağacları altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır". Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur. "[4]

Allah Təala yenə belə buyurmuşdur:

" itaət etsinlər və xoş söz söyləsinlər. Cihada qəti əmr verildiyi zaman Allaha sadiq qalsaydılar, əlbəttə ki, onlar üçün daha yaxşı olardı. "[5]

Allah Təala yenə belə buyurmuşdur:

"Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər evdə qalmaq üçün onlara icazə verilsin deyə gəldilər. Allaha və Onun Elçisinə yalan danışanlar isə evdə oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir." [6]





[1] Buxari, Müslim, Əbu Davud və Tirmizi fərqli lafızlarla rəvayət etmişlər.
[2] İmam Malik; "Muvatta; hədis nömrə: 1814. Dar'un-Nefais nəşri.
[3] Tövbə Surəsi: 119.
[4] Maidə Surəsi: 119.
[5] Məhəmməd Surəsi: 21.
[6] Tövbə Surəsi: 90.

Hiç yorum yok:

Yorum Gönder