16 Kasım 2014 Pazar

Allah Rəsulunun gətirdiyi hidayətin məsəli!


Əbu Musa rəvayət edir ki, Peyğəmbər -ona və ailəsinə Allahın salavatı və salamı
olsun - belə demişdir:
“Allahın mənim va­sitəmlə göndərdiyi doğru yol göstəricisi
(hidayət) və elm, torpağa düşən bol yağmura bənzəyir. Bu torpağın bir qismi
münbit olduğundan, suyu canına çəkib növbənöv bitkilər və çoxlu otlar
yetişdirir; bir qismi də quru olduğundan, suyu üstündə saxlayır və
Allah da onunla insanları faydalandırır. Onlar bu sudan içir, üstəlik heyvanlarını
və əkin sahələrini də sulayırlar; bu yağışın düşdüyü elə bir yer də vardır ki,
ora hamar olduğundan, nə suyu üstündə saxlayır, nə də bir bitki yetişdirir.
Bu, Allahın dinini dərk edən, Allahın mənim vasitəmlə göndərdiyindən
faydalanan, elm öyrənən və bunu başqalarına öyrədən kimsə ilə buna tərəf
başını belə qaldırmayan və Allahın mənim vasitəmlə göndərdiyi doğru yol
göstəricisini qəbul etməyən kimsənin məsəlidir.”

(əl-Buxari, 79).

Hiç yorum yok:

Yorum Gönder