11 Kasım 2014 Salı

Heç bir şəri dəlil olmadan müəyyən günlərə xüsusi məna vermək icazəli deyil!

Heç bir şəri dəlil olmadan müəyyən günlərə xüsusi məna vermək icazəli deyil!


Muhəmməd Saleh əl-Munəccid

Sual: Rəcəb ayının 13, 21, 22 və 27-ci günlərinin nə kimi əhəmiyyəti var?

Cavab: Həmd Allaha məxsusdur.
Bu günləri xüsusiləşdirmək barədə qətiyyən heç bir sübut-dəlil yoxdur. Rəcəb ayının bütün günləri heç bir istisna olmadan xüsusidir. Çünki Rəcəb
ayı Zul-Qadə, Zul-Hiccə və Muhərrəm ayları kimi haram aylardan bir aydır.
Sadəcə Rəcəb deyil, hər bir ayın 13-cü günü bu günlərdə oruc tutulması müstəhəb sayılan üç əyyəm əl-bid (ağ günlərdən) biridir. Bu günlərə Hicri təqvimi ilə hər ayın 13, 14 və 15-ci günləri
aiddir. Bidət əhlindən olan bir çoxları fikirləşirlər ki, müəyyən günlərdə nə isə bir xüsusilik (üstünlük, fəzilət) var və həmin günlərdə heç bir səhih əsas
yaxud dəlilə söykənmədən xüsusi ibadətlər edirlər. Onların əməlləri məqbul deyil, çünki onlar Allahın izni olmadan Onun dininə yenilik təqdim etmişlər.
Allahdan diləyimiz budur ki, bizə Sünnəyə riayət etməyə və bidətdən çəkinməyə müvəffəq etsin.

Allahın salamı və salavatı Peyğəmbərimiz
Muhəmmədə olsun.

Hiç yorum yok:

Yorum Gönder