16 Kasım 2014 Pazar

Səhabələrin Bir Ayet Bir Hədis Eşidib Qardaşlarına Çatdırması!


Ükbə bin Amir (radiyallâhuanh) belə nəql edir:
Dəvələrimizi növbə ilə otarırdıq. Bir gün növbə mənə gəlib çatdı. Vəzifəmi yerinə yetirdim. Dəvələri axşam gətirib bağla­dıq­dan sonra peyğəmbərimizin yanına getdim. Allah Rəsulu -səllal­lahu əleyhi və səlləm- ayaqüstə insanlarla söhbət edirdi. Bu mübarək sözlərinə yetişdim:
“Yaxşıca dəstəmaz alıb, sonra iki rükət namaz qılan və na­ma­za bütün ruhu və mənliyi ilə yönələn bir müsəlmana cənnət vacib olar!”
Bunları eşitdikdə:
“-Bu necə də gözəldir!” -dedim.
Qarşımda duran bir nəfər:
“-Bundan əvvəl söylədikləri bundan da gözəl idi!” -dedi.
Baxanda onun Ömər olduğunu gördüm. O, sözünə belə davam etdi:
“-Görürəm ki, indi gəlmisən. Bundan əvvəl Peyğəmbərimiz -səllallahu əleyhi və səlləm- belə buyurdu:
«Sizdən hər kim gözəl dəstəmaz alıb sonra da “Əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh”- deyərsə, ona cənnətin səkkiz qapısı da açılar. Hansından istəsə, oradan cənnətə girər.»” (Müslim, Təharət, 17)

Hiç yorum yok:

Yorum Gönder