Siqaret Ən Çox Neyə Yarar?
İndidən mənə bir çox xeyr qazandırdığına inanıram. Hətta
bundan heç şübhə etmirəm.
Siqaret çəkdiyimi dillərinə dolayan bir çox insanın
gerçək üzlərini tanıdım. Təbii ki məni tənqid etmələrindən ötəri deyil! Özümü tənqid
oluna bilməz görəcək bir nəfsin şərindən Allaha sığınaram.
"Allah üçün siqaretə buğz edirmiş!"
… Kimisi nə qədər səmimi olduğuna inandıra bilmək
üçün kənara çəkib nəsihət verər.
… Kimisi arxadan çəkişdirər, əleyhimdə istifadə edə
biləcəyi ilk fürsətdə insanların yanında üzümə qarşı ifadəyə cəsarətində olar və "İşdə baxın, mən yüzünə də söylədim"
deyə özünü rahatlaşdırar, nə qədər mərd olduğunu da(!) isbatlar.
Mən siqaretlə birlikdə yanar, onunla birlikdə tüstüləyərəm.
İnsan zənn etdiyim bir çoxunun, hər dəfə odla yandırıb üzərinə basmama
baxmayaraq, yenə hər dəfə mənim üçün özünü yandırmağa gələn siqaret qədər dəyəri
olmadığını seyr edər dayanaram.
Niyə mi dəyərsiz? Niyə mi saxtakar? Niyə mi münafiq
bunlar?
Siqaretə Allah üçün buğz etdiklərini söyləyirlər ya,
işdə ən böyük saxtakarlıq bu!
Bu sözümdən bu kəsləri xaric tuturam: Bəzi kəslər
vardır, məsələnin şəri hökmünü bilməz, alimlərin bir çoxunun siqaretə haram
dediyini eşitmişdir, dəlilləri təhqiq etməmişdir, haram olan hər şeyə həqiqətən
buğz etdiyi kimi, siqareti də haram zənn etdiyi üçün buğz edər. Özü üçün istədiyi
xeyiri mənim üçün də istiyər, nəsihət verər vs. sözüm əsla bu kəslərə deyildir!
Bu saxtakar dediyim bəzılərının "Siqaretə Allah
üçün buğz edirəm" dedikləri yalandır! Təbiətləri iyrənmişdir, ondan buğz
edir. İnsanların tənqidlərinə dözə bilməmişdir, siqareti buraxmışdır, ondan buğz
edir.
Yoxsa heç kim bir şeydən Allah'dan daha çox buğz edə
bilməz. O Allah Azze və Celle ki, milyonlarla qulu siqaret mübtəla olmasına
baxmayaraq siqaretə buğz etdiyinə dair tək bir ayə endirməmiş, rəsulunun dilindən
tək bir hədis dedirtməmişdir!
Allah'dan və rəsulundan; haram qılındığına dair əlində
heç bir bürhan olmadan Allah üçün buğz etdiyini iddia edən bu kəslər, Allahın
kitabında, rəsulunun sünnəsində ağır təhdidlər və lənətlərlə gəlmiş günahlardan
Allah üçün buğz etməməkdədirlər. İşdə saxtakarlıq budur! Fərdi olaraq nifrət
etdiyi bir obyektə, Allahı, dini arqumentləri alət etmək budur!
Əsrin müasir fahişəxanaları halına gəlmiş məktəblərə,
liseylərə, universitetlərə uşaqlarını göndərməyə Allah üçün buğz etməz! Niyə buğz
etsin ki, insanların çoxu, uşağını məktəbə göndərəni qınamaz, əksinə göndərməyən
topa tutular! Öküzlərin altlarında buzovlar axtarılar, tapıla bilməzsə,
buzovlar tutulub öküzlərin altlarına soxular.
Müsəlmanın qeybət edilməsindən Allah üçün buğz etməz,
qeybət edənin əlindən tutub küncə çəkərək nəsihət verəcək ürəyi yoxdur. Yaxud
ona "sus qeybət edirsən" deyəcək mərdlikdə deyil. Çünki bundan nəfsi
də həzz almaqdadır. Lakin siqaretə Allah üçün buğz etdiyini söyləyər, istər
ictimai, istər gizlicə, bundan ötəri hər cür nəsihəti edər!
Qadınların üzlərini açmalarına Allah üçün buğz edə
bilməz, bunu fısktan belə saymaz. Çünki kitab, sünnə və səhabə icması bunun
haramlığında ittifaq etmiş olsa da "Alimlər ixtilaf etmişlər" Siqaretə
isə Allah üçün buğz edər! Çünki haqqında kitab və sünnədən dəlil olmasa da kimi
bəzi bir qisim alimlərin fətvaları bəyimizin hevası ilə ittifaq etmişdir!
Allahın dininə müqayisəyi soxuşdurana, halal və
haramlar icad edənlərə Allah üçün buğz edə bilməz. Lakin siqaret çəkənə buğz
etmək asandır, nə həyatı nə ölümü Allah üçün ola bilmişdir, lakin siqaretə buğz
etməsi heç olmasa Allah üçün(!) oluversindir!
Evlərdə, toylarda, seminarlarda, konfranslarda, müxtəlif
məkanlarda qadın-kişi qarışmasına, iclaslarında, qonaqlıqlarında hərəmlik
salamlıq edilməməsinə Allah üçün buğz etməz bəyimiz! Çünki özü də bu mövzuda nəfsinə
uyğun gəlməkdən geri dayana bilməməkdə, "edə bilmirik, edə bilmirik"
uydurmalarıyla özünü ovutmaqdadır. Müəllim qılığındakı toramanların qadınların
hüzurunə çıxaraq dərs etməsinə də Allah üçün buğz edə bilməz. Hətta "Qadın
dahi kişilərin hüzurunə çıxıb dərs verə bilər" deyilməsinə də Allah üçün
buğz edə bilməz.
Biri də çıxıb "bu dəyyusluqdur, əgər dəyyusluq
deyilsə əvvəl öz qarını, qızını çıxar kişilərə dərs etsin" şəklində nəbəvi
üslubla xəbərdarlıq etdiyində dərhal Allahı xatırlayar, Allah üçün buğz etməyə
başlıyar! Amma kimə? "İllərdir Tövhid dəvətinə (Həqiqətdə isə tövhidi yox
etməyə) xidmət etmiş müəllimimizə dil uzatmağa cürət edən bu üslubsuz(!
)a" Allah üçün(!) hirslənər, dini üçün buğz etməyə başlıyar! Qeybəti də
caiz görülər artıq bunun, onsuz da siqaret çəkməklə alenen günah işləyən bir
fasiq olduğu ağla geliverir birdən onun! Pisliyi deşip iylətməsiylə siqaretinin
tüstüsünə dözüm edilə bilərdi. Lakin bu haramların, bu pisliklərin qoxusunu
basdırmaqdadır siqaretin iyrənc (!) qoxusu! Buna dözüm edilə bilməz!
Sizi bilməm! Siqaret mənim çox xeyirimi artırdı.
İnsanları tanıdım. Hər küncdə qeybətimi edib, işləməyə gücümün çatmadığı əməllərin
savablarını mənə göndərdilər. Bu vəziyyətdən çox məmnunum. Məmnun olmadığım tək
şey, mənə bu qədər çox xeyr qazandıran insanların özlərinin bu xeyrdən nəsibsiz
qalmaları.
Buna görə səmimi olaraq nəsihət verirəm: gəlin, Allahın
buğz etmədiyi bir şeyə "Allah üçün buğz etdiyinizi" iddia edərək dini
istifadə etməyin.
Dəvətin sahibi olan Allahın tənqid etmədiyi siqaretə
"Dəvətə mane olur" kimi yalanlarla saxtakarlıq etməyə qalxmayın.
Sizin kimi düşünənlər xaricində dəvətə mane olan bir ünsür yox. Və Allaha həmd
olsun ki içdiyim siqaret, sizin kimi maneələri məndən uzaqlaşdırmaqdadır.
Nəfsiniz üçün iyrəndiyiniz siqaretdən - ki siqaretdən
iyrənmək də hər kəsin ən təbii haqqıdır, dini bu mövzuda alət etmədiyi müddətcə
- o qədər çox buğz etdiniz ki, Allah üçün buğz ətməniz lazım olan bir çox
haramlara, bidətlərə buğz edə bilmirsiniz belə. Dərnəklərdən çıxa bilmir, məscidə
yanaşa bilmirsiniz. Əgər buğz haqq üçün edilməzsə işdə belə batil üçün buğz etməyə
başlıyarsınız! Kim bilər bu etdiklərinizdən bir də savab ümid edirsiniz!
Bu xarab zehniyyətinizin məhsuludur ki; "Namazın
tərki küfrdür" demənin insanları uzaqlaşdırdığını kəşf etdiniz. Mərhəmətiniz
qabardı(!) Bu kimi sözlərin dəvətə zərər verdiyini söyləməyə başladınız.
"Niyə üç məzhəb imamının buna küfr deməməsini istifadə etmirik"
dediniz, yenə ilana sarıldınız. Namazı tərk edən bir çox "Sələfi(!) görməyə
başladım! Daha neleer neleeer…
Demək ki Allah üçün buğz etdiyiniz tək şey siqaret
deyil! Siz Allah rəsulunun sözlərinə də "Allah"(!) üçün buğz etməyi
bacara bilən bir birliksiniz. Eynilə Rəsulullah sallallahu əleyhi və selləmin
"dəyyus" tərifinə olanca qisasınızla buğz etdiyiniz kimi -
Nə deyək!!!
Buğz edilən şeylər içində ən məzlumu siqaret! Siqaret
qəribədir! Eynilə mənim kimi... Onun dərdini mən anlıyıram... Dərdimin ortağıyla
tək buraxın bizi! Narahat edilmək istəmirik.
Sözümün sonunda ürəyi olana, zikrə qulaq asana və
sözün ən gözəlinə tabe olana bu hədisləri zikr edəcəyəm:
Abdullah b. Məsud radıyallahu ənhdən: Rəsulullah
sallallahu əleyhi və səlləm belə buyurdu: "Şübhəsiz İblis Ərəb torpaqlarında
bütlərə ibadət edilməsindən ümid kəsmişdir. Lakin bundan aşağı olan kiçik
gördüyünüz lakin həlak edici günahlar olan əməllərinizdən razı olar. Gücünüz
çatdığı qədəriylə haqsızlıqlardan çəkinin. Çünki qul qiyamət günündə özünü
qazandıracaq zənn etdiyi yaxşılıqlarla gəlir. Davamlı bir qul: "Ya rəbbi
şübhəsiz filan mənə haqsızlıq etdi" deyər dayanar. Ona: "Bunun yaxşılıqlarından
götür" deyilər. Ta ki onun bir yaxşılığı qalmaz."
Səhih. Hakim (2/32) Beyhaki Şuabu'l-İman
(6/51)
Ənəs radıyallahu ənhdən: Rəsulullah sallallahu əleyhi
və səlləm belə buyurdu: "Qiyamət günündə qüsurlu davranan və həddi aşan
idarəçilər gətirilər. Allah Təala belə buyurar: "Sizlər ərzimin gözətçiləri
və sürülərimin çobanları idiniz. İstədiyimdə (ədalətlə hökm vermək) sizlərin əlində
idi." Hökm vermədə zülm edib həddindən artıq gedənə belə deyilər: "Həddindən
artıq getməyinə səni kim məcbur etdi?" Hakim: "Ey rəbbim! Sənin adına
hirsləndim" deyər. Allah Azze və Celle ona: "Sənin hirsin məndən
dahamı çox?" buyurar. Hökm vermədə zəiflik göstərən hakimə isə:
"Etdiyin şeyə səni nə məcbur etdi?" deyilər. Hakim: "Qullarına
ağrıdım ey rəbbim" deyər. Allah Azze və Celle ona: "Sən qullarıma məndən
dahamı çox mərhəmətlisən? Alın aparın bunları! Cəhənnəm dirəklərindən birinə bağlayın"
buyurar."
Hasen. İbn Ebid dünya, əl-Əhval (241)
Huzeyfe radıyallahu ənhdən: Rəsulullah sallallahu əleyhi
və səlləm belə buyurdu: "Qiyamət günü ədalətli və zalım idarəçilər gətiriləcək
və cəhənnəm körpüsü üzərində dayanacaqlar. Allah Təala onlara belə xitab edəcək:
"Mənim əsl istədiyim sizlərsiniz; hökm verərkən zalım davranan, rüşvət
alan və tərəflərdən azərkəşlik edən hər kəs yetmiş illik cəhənnəm
uçurumuna diyirlənsin. Hər hansı bir adam bir adamı on adam üzərinə əmir edər də, o kəslər içərisində təyin etdiyi adamdan
daha üstün olan biri olsa Allah Təalanı və Rəsulunu aldatmış olar. Cəzanı lazım
olduğundan çox tətbiq edən kimsə hüzura gətirilib özünə belə deyiləcək: "Qulum! Nə üçün
sənə əmr etdiyimdən çox cəza tətbiq etdin?" O da: "Hirsləndim"
deyəcək. Bunun üzərinə belə deyiləcək: "Sənin hirsin mənim hirsimdən dahamı
güclü idi?" Daha sonra Allah Təalanın qoyduğu cəzanı kifayət qədər tətbiq
etməyən kimsə çağırılıb özünə belə deyiləcək: "Qulum! Nə üçün cəzanı tam tətbiq
etmədin?" O da: "Günahkara ağrıdım" deyəcək. Bunun üzərinə özünə
Allah Təala belə deyəcək: "Sənin rəhmətin, mənim rəhmətindən dahamı güclü
idi?" Daha sonra əmr edilib ikisi də cəhənnəmə atılacaq."
Hasen ligayrihi. Əbu Ya'la'dan naxlən: İbn Həcər,
Metalibu'l-Aliye (2153-55)
Hiç yorum yok:
Yorum Gönder