16 Kasım 2014 Pazar

Cənnətlə müjdələnən səhabə

Cənnətlə müjdələnən səhabə

Ənəs rəvayət edir ki, biz Peyğəmbər ilə - ona və ailəsinə Allahın salavatı və salamı
olsun - birgə oturmuşduq. O dedi: “İndi buraya Cənnət əhlindən olan bir kişi
gələcək”. Bu vaxt ənsardan biri içəri daxil oldu. Onun saqqalından dəstəmazın suyu 
damırdı, sol əlində də ayaqqabılarını tutmuşdu. Ertəsi gün Pey­ğəmbər bir daha o sözləri 
dedi və yenə də həmin kişi içəri daxil oldu. Səhəri gün Peyğəmbər bir daha o sözləri dedi
və yenə də həmin kişi içəri daxil oldu. Peyğəmbər çıxıb getdikdən sonra, Abdullah ibn Amr
 ibnul-As həmin kişinin ardınca gedib ona çatdı və dedi: “Atamla aramızda inciklik olub və and
içmişəm ki, üç gün onun yanına getməyəcəyəm. Əgər izn versəydin, vaxt tamam oluncaya qədər sənin yanında qalardım”. Kişi: “Buyur!”- deyə razılığını bildirdi. Abdullah ibn Amr ibnul-As deyir ki, üç gecə onun evində qaldım və qeyri-adi bir şey görmədim. Ancaq onu gördüm ki,
Sübh namazınadək yuxudan oyandıqca və ya yatağında oyana bu yana çevrildikcə Allahı yad edir və Onu uca tuturdu. Beləliklə üç gün keçdi və onun etdikləri məni qane etmədi.
Mən dedim: “Ey Allahın qulu! Atamla aramızda heç bir söz-söhbət, inciklik olmamışdı. Mən sadəcə Peyğəmbərin sənin barəndə üç dəfə: “İndi bura Cənnət əhlindən olan bir kişi gələcək”
dediyini eşitdim və hər dəfə də sənin içəri daxil olduğunu gördüm. Sonra qərara gəldim ki, bir müddət yanında qalıb etdiyin əməllərə nəzər salım və mən də onları edim. Amma sənin elə də
əməl etdiyini görmədim. Bəs onda Peyğəmbərin sənin haqqında belə deməsi nəyə görə idi?”
Kişi dedi: “Gördüklərindən başqa bir şey etmirəm”. Abdullah çıxıb getmək istədikdə kişi ona dedi: “Gördüklərindən başqa bir şey etmirəm. Yalnız o istisnadır ki, mən heç bir müsəlmanı
aldatmıram, Allahın xeyir nəsib etdiyi heç bir kimsəyə həsəd aparmıram!” Abdullah dedi: “Səni o məqama çatdıran budur. Buna isə çatmaq asan iş de­yildir”.

(Məcməuz-Zəvaid, 8/78)


İmam Əhmədin Müsnedində rəvayət etdiyi hədisdə belə deyilir:
"Bir gün Rəsulullah sallallahu əleyhi və selləmin yanında otururduq.
"Cənnət əhlindən bir adam şuradan yanına gəlir" dedi.
Ənsardan bir adam çıxıb gəldi. Ayaqqabısını sol əlinə almış, aldığı dəstəmazdan ötəri saqqalından su damlıyordu, salam verdi.
Sabahısı gün olunca Rəsulullah sallallahu əleyhi və səlləm eyni şeyi söylədi və eyni adam eyni halda çıxıb gəldi.
Üçüncü gün olunca Rəsulullah sallallahu əleyhi və səlləm söylədiyini təkrarladı və eyni adam eyni halda çıxıb gəldi. Rəsulullah sallallahu əleyhi və səlləm qalxdıqdan sonra Abdullah b. Əmr b. As adamın arxasından getdi və özünə:
Atamla razılaşa bilmədim və evinə üç gün getməməyə and içdim, məni üçgün qonaq etsən yanına gəlirim, dedim. Olar, dedi. Ənəs deyər ki:
Abdullah, yanında üç gün qaldığını və gecə namazı üçün qalxdığını görmədiyini söylədi. Yalnız yatağa girdiyində Allahı xatırlayardı və səhər namazına qədər yatardı. Abdullah deyər ki, xeyr xaricində bir şey söylədiyini də görmədim. Üç gün sonunda adamın etdiklərini haradasa kiçik hesab etməyə başlamışdım.
Ey Allahın qulu, atamla mənim aramda bir ayrılıq və ya inciklik haqqında danışılan deyildi, yalnız Rəsulullahın üç dəfə cənnət əhlindən bir adam yanınıza gəlir, dediyini eşitdim, üçündə də sən çıxıb gəldin, nə əməl işlədiyini görmək və sənə uyğun gəlmək üçün yanında qalmaq istədim, çox əməl etdiyini də görmədim, Rəsulullah sallallahu əleyhi və selləmin söylədiyi dərəcəyə necə gəldin? dedim.
Belə dedi:
Gördüyündən başqa bir şey yoxdur. Yalnız, Allahın özünə verdiyi xeyrdən ötəri heç bir müsəlmana qarşı içimdə aldatma və qısqanma duyğusu daşımıram. Abdullah belə dedi:
Səni bu dərəcəyə yüksəldən və bizim də edə bilmədiyimiz budur".
(Əhməd (3/166)

Hiç yorum yok:

Yorum Gönder