7 Nisan 2010 Çarşamba

RUBUBİYET TÖVHİDİ

Bîsmilləhirrəhmanirrəhîym

Qiymətli qardaşlarım ! Allaha imanın birinci əsası rububiyet tövhididir…. Yəni bu mövzuda ONA iman edib və bu barədə ONU birlə-mektir.
Rububiyet Tövhidinin İcmalı mənası budur : Allahın hər şeyin Rəbbi olduğuna və Ondan başqa da Rəbb olmadığına etiqad etməkdir.
Rububiyet Tövhidinin təfsili mənası isə : Məxluqatı yaradan, ruzini verən, onların sahibi olub tərbiyə edən, göydən yerə qədər bütün işləri idarə edən varlıq olərək bilinməsi və birlənməsi deməkdir…
Rəbb : Rəbb sözü lüğətdə, sahib olma, tərbiyə etmə və işləri idarə etmə kimi mənalara gəlir.
Allahın məxluqatı üzərindəki rububiyeti isə ; ONun məxluqatı var edici, onların sahibi, onlara həyat verici, vəfat etdirici, fayda və zərər verici, bolluqda və darlıqda dua edənlərin duasına cavab verici, onlara gücü çatan, dilədiyinə dilədiyi qədər verən və dilədiyini də məhrum buraxan bir məbud olaraq birlənməsi deməkdir…. Yaratma ONA aid olduğu kimi əmr vermə də yalnız ONA aittir...Rabbimiz belə buyurar : " Yaxşı bilin ki, yaratma və əmr vermə ONundur..... "(Ə"rəf /54)
Bu tövhid budağına ; Allahın qədərinə iman etmək də girər. Yəni hər hadisənin Allahu təalanın məlumatı, iradəsi və qüdrəti daxilində olduğuna iman bu qisimdəndir…. Başqa bir ifadəylə söyləyəcək olsaq bu tövhidin mənası budur ;
Allahu təala bu kainatda var etmə, kainatın işlərini idarə etmə, pozma, etmə, yaşatma, öldürmə, artırma, azaltma kimi hərəkətləri edən fail olduğuna və bu hərəkətlərdə ONA heç bir varlığın ortaq olmadığına iman etməkdir.
Quran da rububiyet tövhidinin zikr edilmədiyi surə hardasa yox kimidir…. Bu tövhid budağı, digər tövhidin budaqlarına nisbətən təməl daş kimidir…. Çünki yaradan, işləri idarə edən və hər şeyin sahibi olan olan bir varlıq, ibadətlərlə boyun büküb özünə yönelinmeye tək haqq sahibi deməkdir…. Bunları ONdan başqa heç bir məxluq haqq edə bilməz..
O, həmd edilməyə, şükr edilməyə, dua edilməyə, ümid edilməyə, qorxulmağa, təvəkkül edilməyə, istənməyə və bunlar kimi bütün ibadətlərə haqqıyla layiq olan bir zatdır.
İbadətlərin ən kiçiyindən ən böyüyünə qədər hamısı, yaratma və əmr vermə haqqına sahib olan Allahındır…. Yaradan, bütün işləri idarə edən və hər şeyin sahibi olan Allah, cəlal, camal və kamal sifətlərlə sifətlənməyə haqqıyla layiq olan varlıqdır… Bu sifətlər yalnız və yalnız Aləmlərin rəbbi olan Allaha məxsusdur…. Çünki həyatı əzəli olmayan, yaradamayan və hər şeyə güc çatdıra bilməyən bir varlığın rububiyeti mümkün deyil….
Bundan ötəridir ki ; Allaha həmd etmə ,ibadət etmə, bağlanma, təslim olma kimi xüsuslardan bəhs edilərkən Quran bu tövhidi dilə gətirmişdir.
Və yenə Quranda Allahın gözəl adları və uca sifətləri izah edilərkən də rububiyet tövhidindən bəhs edilib onun şərhi edilmişdi.
Müsəlmanlar Allaha həmd mövqesində etdikləri namazlarının hər rükətində ;
" Həmd aləmlərin Rəbbi Allah üçündür. " (Fatihə : 2 ) Ayəsini oxuyarlar.
Və yenə Allaha təslim olma və Ona bağlanma mövzusunda :
" …………Də ki hidayət ancaq Allahın hidayətidir. Bizə aləmlərin Rəbbinə təslim olmamız əmr edildi. " (Ən"am : 71) Ayəsini oxuyarlar.
Allaha təvəccöh və ixlasla yönəlmə mövzusunda :
" Də ki mənim namazım, qurbanım, həyatım və ölümüm həmişə aləmlərin Rəbbi Allah üçündür. " (Ən"am : 162) Ayəsini oxuyarlar.
Allahdan başqa varlıqların vəlayətini - yəni dostluğunu - rədd edib yalnız Allahın vəlayətini qəbul edib ONA sığınma mövzusunda da :
" Də ki, göyləri və yeri yoxdan var edən, bəsləyən, lakin özü beslənməyən Allahdan başqa vəlimi əldə edim ? Mən Müsəlman olanların ilki olmaqla əmr olundum…… " (Ən"am / 14) Ayəsini oxuyarlar.
Rəbblərinə dua mövzusunda da :
" …….. Yaxşı bilin ki yaratma və əmr - vermə - ONundur. Aləmlərin Rəbbi Allah nə ucadır. Rəbbinizə yalvararaq və gizlicə dua edin, çünki 0 həddi aşanları sevməz. " (Əraf /54 .55) Ayələrini oxuyarlar.
yoldaşı və ortağı olmayan Rəbblərinə ibadət mövzusununda da :
" Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə qulluq edin ki qorunasınız. 0 Rəbb ki, yeri sizin üçün döşək, göyü də bina etdi. Göydən su endirdi, onunla sizə ruzi olaraq müxtəlif məhsullar çıxardı. Elə isə sizdə bilərək Allaha ortaqlar qoşmayın. " (Bəqərə /21 .22) Ayələrini oxuyarlar.
Göylərin, yerin və onların içindəkilərin yaradıcısı olan Allah, ilah və dost edilməyə, təslim olunmağa, dua edilməyə və özünə yönəlməyə tək layiq varlıqdır….
Quranı kərim Allahın, göylərə, yerə və onların içindəkilərə sahib olma və onları idarə etmə şəklində ifadə edilən rububiyetini, Onun gözəl adları və uca sifətlərini birləşdirmiş və Bəqərə surəsində belə buyurmuşdur :
" O Allah ki özündən başqa ilah yoxdur. Daim diri və varlıqlarını qoruyub güdəndir. Özünü nə bir mürgüləmə nə də yuxu tutmaz. Göylərdə və yerdə olanların hamısı ONundur. ONun icazəsi olmadan özünün qatında kim şəfaət edə bilər ? Onların önlərində və arxalarında olanı bilir.O"nun elmindən, özünün dilədiyindən başqa bir şey qavraya bilməzlər. Onun kürsüsü, göyləri və yeri örtmüşdür. Onları qorumaq özünə ağır gəlməz. 0 ucadır, böyükdür. "(Bəqərə/255)
Göyləri və yeri yaradan zat, ölməyəcək olan tək diri varlıqdır. 0 uca varlıq ki ; Qəyyimdir. - yəni qoruyub güdəndir - Alimdir. - hər şeyi haqqıyla biləndir - Xəfızdir. - ən yaxşı şəkildə güdüb mühafizə edəndir - Aliyyu'l-Ağladır. - ucaların ucasıdır.

Hiç yorum yok:

Yorum Gönder