20 Eylül 2012 Perşembe

İki Əlamətdən Birinin Digərinə Dəlil Gətirilməsi Müqayisədirmi?





İbnu'l-Qayyım rahimehullah, müqayisəçilərin, istidlal növlərindən biri olaraq belə zikr etmişdir: İki əlamətdən birini digərinə dəlil gətirmək, bir-birinin eynisi olan iki şeyin hökmünü bərabərləmektir. Buna, yandırma və tüstüsü nümunə vermişlər. Hər iki əlamət də bir-birlərinə dəlalət edərlər. Bu da birbirnin eyni olan iki şeyi eşitlemektir.
İbnu'l-Qayyım'ın sözlərindən aydın olan budur ki, bir təsirin varlığı, digər təsirin varlığına dəlalət edər. Hər ikisinin də tək şeyə əlamət olması, bir-birinin eyni olan iki şeyin hökmünün bərabərlənməsidir.

Bu səhv bir düşüncədir. Belə ki:

Müqayisəçilərin müdafiə etdikləri şey: bir-birindən fərqli iki şeyin, aralarında ortaq bir xəstəlik tapılması səbəbiylə birinin hökmünü, digərinə tətbiq etməkdir.
İbn Qayyımın burada zikr etdiyi şey isə, eyni hökmdə olan iki hərəkətin, əlamətlərinin eyni nəticəni verməsidir. Sərxoş edici içki içmənin haram olduğuna dair nas vardır. Müqayisə əhli, içki içmənin necə içki içmə cezası hökmüne müqayisə edildiyini araşdırmazlar. Onlar ancaq şərab içmənin necə başqa içki içməyə müqayisə ediləcəyini araşdırarlar.

Mərciməyin hökmünü araşdırdığımızda, bunun myəyilməsininmi  hökmünümü, yoxsa çoxluqla satışının hökmünümü araşdırdığımızı açıklamamız lazımdır
Yandırmaq, bir şey üzərində atəşin əlamətini buraxar. O zaman yandırmanın hökmünü və bu əlamətin mövcud olub olmadığını araşdırarıq. Bir şey atəşdən təsirlənmişsə, yanmanın mövcud olduğunu söyləyərik. Tüstü də atəşin digər bir əlamətidir. Atəşin əlaməti tüstü şəklində də ola bilər. Hər ikisi də atəşin əlamətidir. Atəş və tüstü eyni hökmdədir. Bəziləri bunu müqayisə zənn edər. İbnu'l-Qayyım'ın zikr etdiyi bu məseldə ağıl sahiblərindən iki adam dahi ixtilaf etməz. Bunu kimsə söyləməmişdir. Ancaq Allah Azze və Cellenin yalnız atəşi yandırıcı və tüstü çıxarıcı etdiyini bildiyimizə görə, bir şeyin yanmış olduğunu gördüyümüzdə onun üzərində atəş olduğunu anlarıq. Atəş davam etdikcə ondan tüstü də çıxar.

Əgər Allah Azze və Celle bir şeyi atəşin təsiriylə dondurmanı diləsəydi, donma ilə yanmanın eyni şey olduğunu söyləyəcəkdilər. Bundan asan nə var! Yenə bunun da müqayisə olduğunu deməliyik.

Əgər bizim üçün orucu pozulan hər kəsin üzərinə altmış gün kəffarə lazım olacağına dair bir nas olsaydı və orucu pozulan hər kəsin üzərinə bir gün qəza lazım olduğuna dair başqa bir nas olsaydı, bir kimsənin kəffarə olaraq altmış gün oruc tutduğunu gördüyümüzdə, qəti olaraq anlardıq ki, ona bir gün də qəza lazımdır. Bunun ziddi də səhihdir. Bu müqayisə deyil. Müqayisə ancaq budur: Allah Azze və Celle, Ramazan ayında yoldaşıyla cima edənə altmış gün kəffarəni vacib etmişdir. Sonra cima edən kimsəyə qəza lazım olub lazım olmadığının hökmünə deyil, Ramazanda yeyən, qeybət edən və ya bunun xaricində hər hansı bir günah işləyənin kəffarəsinin hökmünə baxılar. Necə ki bəziləri, Ramazan ayında yemək yeyərək orucunu pozanın hökmünü, cima edənə kəffarə lazım olması hökmünə müqayisə edərək, "nəticədə ikisi də orucu pozmaqdadır, elə isə yeyərək oruc pozan da kəffarə olaraq altmış gün tutar" deyərlər. Lakin Rəsulullah sallallahu əleyhi və səlləm, cima ilə oruc pozana kəffarə əmr etdiyi halda, yemə və ya içmə ilə oruc pozana kəffarə əmr etdiyi nəql edilməmişdir. Şübhəsiz din kamildir. Əgər yeyərək oruc pozmaqdan ötəri kəffarə gərəksə idi, eynilə cimadan ötəri kəffarə lazım olduğunun açıqlandığı kimi, bunun da açıqlanması lazım idi. Çünki ramazanda cimadan çəkinmək, yemə və içmədən çəkinməkdən daha asandır. Müqayisəçilərin qaidələrinə görə dahi belə bir müqayisə batildir. Çünki əsl ilə fer arasında bərabərlik yoxdur. Cima başqa şey, yemə və içmə başqa bir şeydir. Necə ki bu müqayisənin batil oluşunu isbat edən rəvayət də gəlmişdir ancaq, bu mövzunu qiymətləndirmənin yeri bura deyil.

Amma İbnu'l-Qayyım rahimehullah'ın zikr etdiyi şəkil bunları tələb edir:

Atəşin kitabın yanmasına səbəb olduğunu bilərik. Bu şahid olunan bir şeydir və sanki nas kimidir. Sonra başqa bir şəxs gəlir, həyatında dəmirin yandığına şahid olmamışdır və "atəş dəmir üzərində yanma təsiri edərmi?" deyə soruşar. Müqayisə ilə: "yanar" deyərik. Ancaq müqayisə etməzsək: Allah Azze və Cellenin atəşin alovlandırdığı hər şeyi yanıcı etdiyini isbat etməmiz lazımdır. Əgər dəmir üzərində atəş alovlandırdığımızda yansa, anlarıq ki Allah Azze və Celle bunu diləmişdir. Əgər başqa bir şey diləmişsə o olar. İşdə bu nassa tabe olmaq və müqayisəni inkar etməkdir.



              Əbu Muaz Seyfullah Erdoğmuş

Hiç yorum yok:

Yorum Gönder