16 Eylül 2012 Pazar

Şeyx Muqbilin Müqayisə Haqqındakı Fətvalarından





Sual 157: "Müqayisəni inkar edən dinin üçdə birini yox sayar" deyən kimsənin sözü doğrudurmu?


Cavab 157: Allah Subhanehu və Təala, kərim kitabında belə buyurur: "Bu gün dininizi kamala çatdırdım və üzərinizdəki nemətimi tamamladım. Və sizin üçün din olaraq İslamdan razı oldum." (5 Maidə 3) Allah Azze və Celle yenə belə buyurmuşdur: "Sizlərə nələri haram etdiyini açıqlamışdır." (6 Ən'am 119) Necə ki Allah Təala hər şeyi açıqlamışdır. Bundan sonra müqayisənin vəziyyətinə gələk. Müqayisə əhli, sərxoş ediciliyi səbəbiylə nebizi hamra (şəraba) müqayisə edirlər. Halbuki sən, Rəsulullah sallallahu əleyhi və selləmin "Hər sərxoşluq verən şey hamrdır, hər hamr da haramdır" buyurduğunu görürsən. Beləcə müqayisəyə ehtiyac qalmadığını öyrəndin. Dində ümumi dəlil gəlmişdir. Bəzən müqayisə səhabələri bu dəlildən xəbərdar ola bilmirlər. Allah köməkçimiz olsun. Əbu Məhəmməd b. Həzmin "İhkamu'l-İhkam" kitabında müqayisə haqqında yazdığı qisimi oxumanızı tövsiyə edərəm.

(Şeyx Mukbil b. Hadi, İcabetu's-Sail Alə Ehemmi'l-Mesail)

Sual 320- "Zahiri məzhəbindən olmaqla bilinən İbn Həzmin, əl-Muhalla kitabında söylədiyi hər söz alınarmı? Çünki siz əl-Muhalla kitabını tövsiyə edirsiniz."
Cavab 320-  İbn Həzmin əl-Muhalla kitabı, cerh və tə’dil kitabı və hədislərin səhihlik və zəiflikləri haqqında bir kitab olaraq mötəbərdir. Fiqh kitablarında bunlar tapılmaz. Sən el-Mugni'yə və ya Zeydilərin; Şerhu'l-Ezhar'ına ya da Hənəfilərin kitablarına baxdığında, hətta ən gözəl fiqh kitablarından sayılan Nevevinin el-Mecmusuna baxdığında hədislərə dair bu səhhət və zəiflik hökmlərini, cerh və tə’dil hökmlərini görə bilməzsən. Ancaq İbn Həzmin Kitab və Sünnəyə zidd olan fikirləri və ya bəzi imamlara hücumlarından biz bəriyik. Zahiri məzhəbinə gəlincə, biz hər müsəlmana zahiri olmasını nəsihət verərik. Necə ki Şövqəni rahimehullah, Bahru'l-Muhit sahibi Əbu Hayyanın bioqrafiyasında onun belə dediyini zikr edər: "Zahiri məzhəbini bilən bir kimsə onu tərk edə bilməz və ondan ayrı qala bilməz." Şövqəni deyər ki: "Çünki haqq, məni Əbu Məhəmməd b. Həzm rahimehullahın məzhəbinə bağlanmaqdan saxlamaz. Bizlər onu təqlid etməyə dəvət etmirik… Əgər təqlid caiz olsaydı, əlbəttə səhabələri - Allah onlardan razı olsun - təqlid edərdik."
Şeyx Mukbil, İcabetu's-Sail (s. 562)

Hiç yorum yok:

Yorum Gönder