16 Eylül 2012 Pazar

Sələfi Dəvətə Qarşı Parazit Edən Təqlidçilərə




Şeyx Muqbil b. Hadi əl-Vadii rahimehullah belə demişdir:

"Malik, Şafii, Əhməd kimi imamlar - Allah onlardan razı olsun - təqlidi caiz görməmişlər dediyimizə görə, İmam İbn Həzm rahimehullah da eyni şəkildə təqlid edilməz.  Onun "əl-İhkam Fi Usuli'l-Ahkam " kitabı, fiqh üsulu kitablarının ən gözəllərindən biri sayılar. Fiqh üsulu kitabları "bu caizdir", "bunu et", "bunu etmə", "bu vaciblik ifadə edər", "bu mübahlıq ifadə edər" vs. şeylər deyər. Əbu Məhəmməd b. Həzm rahimehullaha müxalif olaraq çox az dəlil gətirilmişdir. Çünki o Allahın kitabından və Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsindən dəlillər gətirər. Bununla birlikdə özünün səhih saydığı və səhih görməyib zəif saydığı hədislər vardır. Bu digər alimlərdə olduğu kimi, təshih və tad'if məsələsidir. Onun nəqli hüccettir. Amma öz anlayışı, eynilə anlayışlarından istifadə etdiyimiz digər alimlərdə olduğu kimidir. Onları təqlid etmərik. Çünki təqlid haramdır.

Müsəlmanın, Allahın dinində təqlid etməsi caiz deyil. Avam dahi olsa, Allahın kitabından və Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsindən soruşmalıdır. Avam da Allah Təalanın: bu ayələrinin əhatəsindədir: "Rəbbinizdən sizə endirilən bu Kitaba uyun; ONun xaricindəkiləri dostlar əldə edib də onlara uyğun gəlməyin. zatən nə qədər də az öyüd götürürsünüz." (7 Ə'RAF 3)
"Peyğəmbər sizə nəyi versə, onu götürün; nəyi nəhy etsə, ondan da çəkinin" (59 Həşr 7)

"ONun əmrinə müxalif çıxanlar, başlarına bir bəlanın gəlməsindən yaxud ağrılı bir əzaba uğramaqdan çəkinsinlər." (24 Nur 63) Avam bu dəlillərin əhatəsi içərisindəmi yoxsa deyilmi? Elə isə nə üçün: "Avam təqlid edər" deyirsiniz? Avam da Allah Təalanın bu ayəsinin əhatəsindədir:
"Allah və Rasülü bir şeyə hökm etdikləri zaman, mömin kişi və mömin qadının öz işlərində artıq başqa bir şeyi seçməyə haqqları yoxdur. Kim Allaha və Rəsuluna qarşı gəlersə, açıq-aşkar bir pozğunluğa düşmüş olar." (33 Əhzab 36)
Avamın öyrənməsi lazımdır. Alimə gedər və: "Bu məsələdə Allahın hökmü nədir?" deyə fətva soruşar. Sonra ona dəlil zikr edilər. Dəlili anlarsa anlıyar, anlamazsa ona bu məsələdə Allahın hökmü bu deyilmiş olar. Allaha həmd olsun avam bir çox kimsə görürük; kimisi işçi, kimisi hamballıq edir, kimisi cütçü, müxtəlif çətinliklər altında işləyen kəslər dəlil soruşurlar. Onlar, təhrif edən kəsləri aciz buraxırlar! Bəzən bir cütçü bir bidətçinin gabaqındə dayanaraq: "Bu məsələdə dəlilin nə?" deyir. Bidətçi nə deyəcək? O da: "Biz ancaq dəlilə tabe olarıq. Bizi dəlildən başqasıyla aciz buraxa bilməzsən" deyər. Mən hər Müsəlmana dəlili tələb etmələrini nəsihət verərəm.
Sizə soruşuram ey Allah üçün qardaşlarım! Avammı daha çox, yoxsa elm əhlimi? Əlbəttə avam çox. Niyə/səbəb əksəriyyətin kütləsini artıraq da onları kommunistlərin, baasçıların, Xristianların və İslam düşmənlərinin qucağına buraxaq? Niyə/səbəb onları Allahın kitabıyla və Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsiylə əlaqəyə keçirməyək? Nə üçün onlara Allahın özlərinə fərz etdiyi elm tələbini öyrətməyək? Rəsulullah sallallahu əleyhi və səlləm: "Elm tələbi hər Müsəlmana fərzdir" buyurur. Avamın xaricindəkilərəmi deyir? "Elm tələbi avam xaricində hər Müsəlmana fərzdir" demir!  Rəsulullah sallallahu əleyhi və səlləm: "Allah kimin xeyirini arzu etsə, onu dində fakih (anlayış sahibi) edər" buyurur. Avam xaricindəkilərimi deyir?!

Məhəmməd sallallahu əleyhi və selləmin ümmətini hər qışqıranın arxasına gedən, otlayan heyvanlar kimimi buraxaq? Əksinə onların aralarında onların Allaha kitabıyla ibadət edəcəklərini və Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsiylə ibadət edəcəklərini çattırməlıyık ki, bundan həm sohbət olduqlarının fərqinə varsınlar! Mövlud mərasimi təşkil edənlərdən, Allahdan başqasına dua edənlərdən, ölülərin türbələrini məhs edənlərdən, muncuqçu və tilsimçilərdən dəlilləri tələb etsinlər!

Ey cəmiyyətdə Allaha dəvət edən adam, nə olur? Nəbi sallallahu əleyhi və selləmin xütbəsinə avam, alim, cahil hər kəs qatılırdı. Məclislərinin çoxunda: "Allah mənim sözümü eşidib qavrayan, sonra eşitdiyi kimi nəql edən kimsəyə rəhmət etsin" deyirdi.

Yenə bir çox məclisində: "Burada olan, burada olmayana təbliğ etsin. Nə qədər fiqh daşıyan kimsə vardır ki, fakih deyil" buyurur, Nəbi sallallahu əleyhi və səlləm, təbliğ etməyə təşviq edirdi.

İşdə bu Müsəlmanın və Allaha dəvət edənin vəziyyətidir! Bu, dəvətini, siniflərdən bir sinifə təsis etməməkdir. Rəsulullah sallallahu əleyhi və səlləm haqqında Allah Azze və Celle belə buyurmuşdur: "Də ki Ey insanlar! Mən, sizin hamınıza birdən Allahın rəsuluyam" (7 Ə'RAF 158) O, Allahın bütün mükəlləflərə göndərilmiş rəsuludur! Bəzi dəvətlərdə, təqlid və pozğunluq dəvətçilərinin vəziyyətində olduğu kimi yalnız fəlan və filana xüsusi deyil! Şübhəsiz pozğunluq dəvətçilərinin çoxu geridə kor birliklər buraxmağı əhəmiyyət verirlər. Buna görə ədalət adı altında kommunizmə dəvət edirlər, onlar da razılıq edirlər. Azadlıq adı altında açılıb saçılmağa dəvət edirlər, onlar da razılıq edirlər, iqtisad/iqtisadiyyat adı altında sələmli (faizli) banklara dəvət edirlər, onlar da razılıq edirlər! Hər hansı bir ad altında fəsada dəvət edildiklərində razılıq edirlər!

Avam haqqında Allahdan qorxmamız və onların Allahın kitabı və Rəsulullah sallallahu əleyhi və selləmin sünnəsindən məsul olduqlarını hiss etdirməmiz lazımdır…"

Şeyx Muqbil b. Hadi, əl-Mukterah (s. 189-192) Tərcümə: Əbu Muaz əl-Çubukabadi.

Hiç yorum yok:

Yorum Gönder