18 Mart 2015 Çarşamba

Bidətçiliyə Hükmetmek‏

Bidətçiliyə Hükmetmek
Şeyx Məhəmməd Bazemul




Tərcümə: Əbu Muaz

Sual: "Şeyximiz, Allah sizə lütf etsin, sizə və elminizə bərəkət versin. Bir sualım var. İki alim cerh etmə, bid'ətlə ittiham və çəkindirmə barəsində ixtilaf etdiyində çəkindirməyi bidətlə ittihama çevirən qeyd nədir? Sələfi bir kimsənin fikirlərdən birini seçən qardaşlarına qarşı rəftarı necə olmalıdır?


Cavab:   Sualda cerh etmə (tecrih), bid'ətçiliklə günahlandırma (tebdi') və çəkindirmə (tahzir) sözləri zikr edilməkdədir.

Tecrih; cerh etməkdən gəlir. Bu adamın dindəki ədaləti və ya yaddaşı barəsində tənqid olunmasıdır. Hər tecrih (cerh etmə) tebdi' (bid'ətçiliklə günahlandırma) demək deyil. Lakin hər tebdi' bir cerh etmədir.

Bir kimsəni bid'ətindən ötəri bid'ətçiliklə günahlandırmaq vəziyyətlərə görə fərqlidir:
Bəzən bir sözü və ya bir hərəkəti bid'ət olmaqla xarakterizə edir və o zaman özünün çıxardığı və ya işlədiyi bid'ətdən ötəri ona bid'ət sahibi deyilər.

Bəzən də şəxsin özü bid'ət ilə xarakterizə edir və ona "Mubtedi': bid'ətçi" deyilər. Bu da özünə hüccet qoyulub inad etməsi və hevasına uyğun gəlib haqqa dönməməsi halında olar. Bu kimsə heva və bid'ət əhlidir.

Tahzir; bir şəxsdən, bir məsələdən, bir hökmdən, bir üslubdan və ya bir fikirdən çəkindirmək deməkdir. Şəxsin cerh edilmiş bir bid'ətçi olması lazım deyil. Bu mövzuda adama yumşaq və ya şiddətli yaxud təcili olaraq çəkindirmə edilə bilər. Adamın sözündə çox istifadə etdiyi bir ibare ələ alınaraq çəkindirilə bilər və ya onun bid'ət və ya pozğunluğundan çəkindirilə bilər.

Elm tələbəsinin bir şəxs haqqında vəziyyətin həqiqətini öyrənmək üçün bir alimə və ya özündən daha yaxşı bilən birinə müraciət etməsi lazımdır.
Alimlər bu mövzuda şəxsin vəziyyəti haqqındakı öz məlumatlarına görə ixtilaf edə bilərlər, o adamın vəziyyətindən xəbərdar olmağa bilərlər. Bu insanlar haqqındakı məlumata görə dəyişiklik ərz edə bilər.
Buna görə sual sahibinə nəsihətim; sözün sahibi olan alimə müraciət etməsi və davamlı olaraq tesebbütte tapılmasıdır. (Sözün sahibi olan alimin özündən soruşmasıdır.) Bu məsələlərdəki ixtilafı qaldırmaq üçün ən uyğun yol budur.

Elm tələbəsi bu məsələlərdə elm əhlinə tabe olmalıdır. Ən salamatlıqlısı budur. Öz başına tələsik edib vəziyyət almamalıdır. Bu mövzunu istiqamətləndirə bildiyi qədəriylə alimlərə buraxmalıdır.


Allah'dan hər kəs üçün müvəffəqiyyət və düzgünlük diləyirəm.

Hiç yorum yok:

Yorum Gönder