Küfrün
Altında Bir Küfr Ayırımı Haqqında Qaidə
Tərcümə: Əbu Muaz
Sual: İbn Abbas radıyallahu ənh'imənin Allahın endirdikləri
ilə hökm etməyənlər haqqında söylədiyi "Küfrün altında bir küfr" sözü
haqqında bu ayırımı qaydası nədir?
Şeyx Məhəmməd Nasıruddin əl-Elbani rahimehullah dedi ki: "Bu
etiqadı küfr ilə (onun altında olan) əməli küfr ayırımıdır. Kimin ürəyində
etiqadı küfr varsa bu kimsə dindən çıxar. Kim də etiqadına müxalif olan əməli
küfr işlərsə, bu da küfrün altında bir küfrdür, o adam bununla kafir olmaz.
Burada dinləyicilərin bilmələri lazım olan incə bir nöqtə
vardır: Küfr iki növ olduğu kimi, nifaq da iki növdür. Bu gün insanlar arasında
iki növ küfr'dən bəhs edilir də, nifaqın da iki növ olduğundan bəhs edilmir. Halbuki
bu da əhəmiyyətli bir məsələdir. Kim könülündə küfrü gizləyirsə o etiqadı bir
küfrlə kafirdir elə deyilmi?"
Biri: "Bəli" dedi.
Şeyx belə davam etdi: "Lakin bu kimsə "Şahidlik edərəm
ki Allah'dan başqa ibadətə layiq haqq ilah yoxdur və Məhəmməd (sallallahu əleyhi
və səlləm) Allah'ın rəsuludur" deyir. Müsəlmanlarla birlikdə oruc tutmağa
davam edir. Bu onun nifaqını tamamlayır! O iç aləmində kafirdir, xaricdən Müsəlmandır.
Bura qədər aydın olduğunu sanıram. Bu, etiqadı küfrlə birlikdə əməli küfrün tam
əksinədir. Əməli küfr işləyən kimsə etiqadına görə səhih bir imana malikdir. Lakin
əməli kafirin əməlidir. Münafiq isə tam əksinədir, əməli Müsəlmanların əməlidir,
lakin etiqadı kafirlərin etiqadıdır. Müsəlmanların etiqadına sahib olan velakin
əməlinde kafirlərin əməlini işləyən kimsə təkfir edilməz. Çünki o müsəlmanların
etiqadında olub, əməli kafirlərin əməlidir. Bunu anladıqsa, bu şərh ilə
milyonlarla Müsəlmanı təkfir etmə problemini sonlandırmalıyıq.
İşdə o zaman Rəsulullah sallallahu əleyhi və selləm'in: "Qul
ilə küfr arasında və ya qul ilə şirk arasında namazın tərki vardır" hədisini
də anlamış olarıq. Namazı tərk edən küfr işləmişdir. Bu küfr etiqadı da ola
bilər, əməli bir küfr də ola bilər. Yaxşı bu və ya digəri nə vaxt söz mövzusu
olar? Əgər hər hansı bir yol ilə onun namazın qanuni (din qılınmış) olduğuna
iman etdiyini və özünün Allaha qarşı günah işlədiyini etiraf edib: "Allah
bizim tövbəmizi qəbul etsin" dediyini bilsək bu adam ürəyində Müsəlmanlarla
birlikdə iman edən biridir. Lakin o əməliylə kafirlərlə bərabərdir. Çünki
kafirlər namaz qılmazlar. İşdə bu, etiqadı küfr ilə əməli küfr arasındakı fərqdir."
əl-Hedyu vən-Nur (547/58 :17:00 - Tariku'l-İslam)
Əbu Muazın qeydi: Bu şərhdə Sələfdən gələn təyin etmələrə
müxalifət söz mövzusudur. Necə ki Huzeyfe radıyallahu ənh nifaq haqqında belə tərifdə
olmuşdur: "Münafiq İslam'ı dilə gətirən, lakin onunla əməl etməyəndir."
Səhih məvkuf . Əbu Nuaym, Sifətu'n-Nifaq (126) İbn Əbi Şeybe (15/115) İbn Əbi
Xətim Təfsir (10508)
Hasen əl-Bəsri də belə demişdir: "Nifaq
iki qisimdir. Biri Məhəmməd sallallahu əleyhi və selləm'i yalanlamaqdır ki bu
cür nifaq küfrdür. Digəri də adamın səhv və günahlarından ötəri içinə düşdüyü vəziyyətdir.
Beləsi bir adamın da bağışlanması ümid edilər "Səhih maktu. İbn Batta əl-İbane
(939) Taberi Tehzibu'l-Asar (1953) Əbu Nuaym Sifətu'n-Nifaq (127) Tirmizi sünəndə (2632) nolu rəvayətdən sonra isnadsız
olaraq zikr etmişdir.
* Buna görə Müsəlman olduğunu iddia etdiyi halda İslam şərtlərindən
olan namazı tərk edən kimsə nifaq üzrədir.
* Bu nifaq isə böyük nifaqdır. Çünki namazın tərkinin böyük
küfr olduğu üzərində səhabənin icması sabit olmuşdur.
* Böyük küfr yəni dindən çıxaran küfr, etiqadı küfrlə
birlikdə əməli küfrün olması halında söz mövzusu olar.
* Namazı tərk etmənin küfr olduğunu bildiyi halda, qəsdli
olaraq, etibarlı bir şərh söz mövzusu olmadan və ikrah altında olmadan namazı tərk
edən kimsə namazı tərk etməklə əslində etiqadı bir küfr də işləmiş olmaqdadır.
* Bununla birlikdə Müsəlman olduğunu da iddia etməkdə,
şahidlik sözlərini təsdiq etməkdədir. Əgər hüccet iqaməsini edəcək və lazımlı
sanksiyanı tətbiq edəcək bir İslam qazı'sı olsa idi, belə bir kimsə ya tövbə
edib namaza dönməyə məcbur qalar, yaxud küfründə israr edərək mürtəd olduğu
halda öldürülərdi.
* Lakin bu zamanda İslam dövləti mövcud olmadığı üçün
namazın tərkinin hökmünü öyrəndiyi halda, ikrah altında olmadan və qəsdən namazı
tərk edib, Müsəlmanlıq iddiasında davam edənlər ancaq münafiq mövqeyində olmaqdadırlar.
* Dünya hökmləri baxımından bir çox mövzuda fasiq Müsəlman
kimi rəftar görərlər, onlara qarşı diqqətli olunar və öldüklərində cənazə
namazlarını etmək lazım deyildir.
* Bununla birlikdə Müsəlman qəbiristanlığına basdırılarlar.
Allah ən yaxşı biləndir.
Hiç yorum yok:
Yorum Gönder