15 Mart 2015 Pazar

Qad qamətis-saləh” cümləsi istisna olmaqla iqa­­mənin sözləri bir dəfə deyilir



٦٠۷ - حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ إِبْرَاهِيمَ حَدَّثَنَا خَالِدٌ عَنْ أَبِي قِلَابَةَ عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ أُمِرَ بِلَالٌ أَنْ يَشْفَعَ الْأَذَانَ وَأَنْ يُوتِرَ الْإِقَامَةَ قَالَ إِسْمَاعِيلُ فَذَكَرْتُ لِأَيُّوبَ فَقَالَ إِلَّا الْإِقَامَةَ
607. ... Ənəs ibn Malikdən (radıyallahu anhu): Bilala azanın sözlərini iki dəfə, iqamənin sözlərini isə bir dəfə oxumaq əmri verildi.
(Sənəddəki ravilərdən) İsmayıl dedi: Mən bunu Eyyuba (əs-Səxtiyani) dediyim zaman o dedi: “Qad qamətis-saləh” cümləsi bundan istisnadır.

Sahih Buxari 607


İqamənin sözlərinin cüt-cüt, yoxsa tək-tək deyilməsi məsələsi fəqihlər arasında ixilaflı məsələlərdəndir. Ənəs ibn Malikdən nəql edilən bu hədisə əsaslanan alimlər iqamənin sözlərinin azandan fərqli olaraq tək-tək deyilməsini bildirmişlər.
Həmçinin İmam Buxari də Ənəs hədisini nəql edərək görüşünün bu olduğunu bildirmişdir.

Hiç yorum yok:

Yorum Gönder