7 Mart 2015 Cumartesi

Nas və İcma İlə Namazın Tərki Küfürdür‏


Nas və İcma İlə Namazın Tərki Küfürdür


Allah Təala belə buyurmuşdur: "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"- dedikdə, İblisdən başqa hamısı səcdə etdi O imtina edib təkəbbür göstərdi və kafir oldu. Ayədə bəhs edilən üz çevirmə Allaha ibadətin özü və ən əhəmiyyətlisi olan səcdədən üz çevirməqdir.

"Siz Allaha səcdə qılın və Ona ibadət edin!" (53 Nəcm 62)

"Ey iman gətirənlər! Rüku edin, səcdəyə qapanın, Rəbbinizə ibadət edərək yaxşı işlər görün ki, bəlkə nicat tapasınız." (22 Həcc 77)

Bu üz çevirməq təkəbbür sifətidir. Necə ki Allah Təala belə buyurmuşdur: " Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar." (16 Nəhl 49)
İbadət; zillətdir. Necə ki "tarikun muabbed" deyilər. Yəni zəlil, tapdalanmış yol. Allah üçün səcdə zilləti sərgiləməkdir. Bu zilləti sərgiləməklə əmr olunan bundan üz çevirdiqdə böyüklənmiş olar. Beləcə namazı tərk edən kimsə kafirlərin bu sifətiylə xüsusiyyətlənmiş olar:

"Onlara: "Rüku edin!"- deyildiyi zaman rüku etməzlər." (77 Mursəlat 48)

Bu, Allahın məxluqatı yaratmadakı məqsədindən üz çevirmədir. Çünki belə buyurmuşdur: "Mən cinləri və insanları ancaq Mənə qulluk (ibadət) etmək üçün yaratdım." (51 Zariyat 56)
təkəbbürün və zorbalığın əsli ürəkdədir. Nəbi sallallahu əleyhi və səlləm yolun ortasından gedən və "yol geniş" deyən bir qadın haqqında "Onu buraxın o zorba bir qadındır" demiş sonra : "Bu (zorbalıq) ancaq ürəkdədir"[1]  buyurmuşdur. Yenə: "Kimin ürəyində zərrə ağırlığındə təkəbbür varsa cənnətə girə bilməz"[2]  buyurmuşdur. Lakin bir birlik Allahın hökmünə etirazlarını dilləriylə ortaya qoyar. Bu Allahın əmrinə qarşı təkəbbürnmədir.

Digər bir birlik namazdan və Allah üçün səcdələrdən üz çevirərək bunu üzvləriylə ortaya qoymuşlar. Bu da Allahın şəxsinə qarşı böyüklənmədir.

İblis isə Allah üçün səcdələrdən üz çevirmədi, əksinə Onun əmrinə üsyan etdi. Allahın əmrinə üsyan etdiyi üçün onun masiyeti küfrə vardı. ": "Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!" (17 İsra 61) dedi. təkəbbürü, haqqı rədd etməsini və insanların atasını kiçik görməsini dilində ortaya qoydu. Necə ki Nəbi sallallahu əleyhi və səlləm belə buyurmuşdur: "təkəbbür haqqı inkar etmək və insanları kiçik görməkdir. "[3]
Bu göstərir ki qürur üzvlərdə ortaya çıxmışdır. Yenə kiçik görmə də üzvlərlə meydana gələ bilər. Necə ki Allah Təala belə buyurmuşdur: "Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar," (83 Mutəffifin 29-31)

İblisin üz çevirib böyüklənərək kafirlərdən olması Allahın əmrinə qarşı böyüklənmədir. Namazı və Allah üçün səcdələri qəsdən tərk edərək Allah Subhanehu və Təalanın şəxsinə qarşı bu böyüklənmə isə daha təhlükəlidir.

Şeyhulislam rahimehullah Camiu'r-Resail vəl-Mesaildə (6/295) belə demişdir: "Allah Təala xatırladıldığı zaman səcdə etməyənin ayələrinə iman etməmiş olacağını xəbər verərək belə buyurmuşdur: "Ayələrimizə ancaq o kəslər iman gətirirlər ki, ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.
…" (32 Səcdə 15) Bu ayə Allah üçün səcdə etməyənin iman etmiş olmadığına dəlildir.

Bu da namazı tərk edənin kafir olduğunu göstərər."

Yenə ən qüvvətli dəlillərdən biri Nəbi sallallahu əleyhi və selləmin: "Qul ilə küfr arasında namazın tərki vardır" [4] hədisidir. Burada küfr sözü marife olaraq "əl-kufr" şəklində gəlmişdir. Yenə Rəsulullah sallallahu əleyhi və səlləm belə buyurmuşdur: "Aramızdakı əhd namazdır. Namazı tərk edən kafir olar. "[5] Burada nəzərdə tutulan dindən çıxaran böyük küfrdür.

Bu mövzuda səhabənin icması nəql edilmişdir.

Mücməl nəql:

1- Abdullah b. Şakik belə demişdir: "Məhəmməd sallallahu əleyhi və selləmin səhabələri namazın tərki xaricində əməllərdən birinin tərkini küfr görməzdilər. "[6]

2- Ebu'z-Zubeyr, Cabir radıyallahu ənhə "Siz aranızda günahları küfr görər idinizmi?" deyə soruşduqda belə demişdir: "Xeyr. Qul ilə küfr arasında ancaq namazın tərki vardır. "[7]  Mucahid də Cabir radıyallahu ənhdən bənzərini rəvayət etmişdir. [8]

3- Hasen əl-Bəsri rahimehullah dedi ki: "Mənə çatdığına görə Rəsulullah sallallahu əleyhi və selləmin səhabələri: "Qul ilə şirk qması və kafir olması arasında üzrsüz olaraq namazı tərk etməsi vardır" deyirdilər. "[9]

Mufassal nəql:

1- Misver b. Mahrame radıyallahu ənh, İbn Abbas radıyallahu ənhimə ilə birgə Ömər b. əl-Hattab radıyallahu ənhin yanına girdilər və: "Namaz ey möminlərin əmri!" Ömər radıyallahu ənh dedi ki: "Bəli, namazı tərk edənin İslamdan nəsibi yoxdur." Yarasından qan axdığı halda namazı etdi. "[10]
2- Əli radıyallahu ənhdən: "İslamın üç ayağı vardır. İman, namaz və camaat. İman olmadan namaz qəbul edilməz. İman edən də namaz edər. "[11]
3- İbn Məsud radıyallahu ənhin yanında: "Namazı tərk etdiyini heç görmədik" dedilər. Bunun üzərinə İbn Məsud dedi ki: "Namazın tərki küfrdür. "[12]
4- Ebu'd-Derda radıyallahu ənhdən: "Namazı olmayanın imanı yoxdur. "[13]
5- İbn Abbas radıyallahu ənhimədən: "Namazı tərk edən kafir olmuşdur. "[14]
6- Namazı tərk edənin kafir olduğu on altı səhabədən rəvayət edilmiş olub, buna müxalif çıxan bir səhabə bilinməməkdədir. İbnu'l-Qayyım belə demişdir: "Daha əvvəl bunun eynisi Muaz b. Cebel, Əbdürrəhman b. Avf və Əbu Hureyre radıyallahu ənhimdən zikr edilmişdi. Onlara müxalif olan bir səhabə bilinməməkdədir." 
Namazın tərkinin küfr olduğu xüsusu, Əbu Hənifə xaricində üç imamdan da nəql edilmişdir. Əbu Hənifə isə imanın tərifi barəsində sünnəyə müxalif çıxmışdır.
1- İmam Əhməd b. Hənbəlin namazı tərki küfr gördüyü məşhurdur. Bunu Abdus b. Malik, Əhməd b. Hənbəldən rəvayət etmişdir. Əhməd b. Hənbəlin Usulu's-Sunne adlı risaləsində bu xüsus bəyan edilməkdədir.
2- İbn Kəsr, Məryəm 59. Ayəsinin təfsirində (5/243) belə demişdir: "Buna görə sələfdən və xələfdən imamlar ki İmam Əhməddən və İmam Şafiidən məşhur olduğu kimi, namazı tərk edənin təkfir edilməsi fikirində olmuşlar." Bu fikiri Tahavi də Muşkilu'l-Asar'da İmam Şafiidən nəql etmişdir.
3- Əbul-Velid əl-Baci, el-Muntekada (3/122) Malikdən nəql edərək belə demişdir: "Yəhudiliyə və ya Xristianlığa irtidat edən mürtədin kəsdiyi et/yeyilməz. Bunu İbn Həbib rəvayət etmiş və belə demişdir: "Namazı tərk edənin və namazı yüngülə götürərək məhv edənin kəsdiyi et/yeyilməz. Çünki bu şəkildə o irtidada yaxınlaşmışdır." Yenə mənə dedi ki: "Malikin səhabələrinin hamısından anladığım da budur."


[1] Nəsəi Sunenu'l-Kubra (10315)
[2] Muslim (91)
[3] Muslim (91)
[4]  Muslim (82)
[5] Tirmizi (2809) İbn Macə (1079) Nəsəi (463) Əhməd (5/346)
[6] Tirmizi (2622)
[7]  Lalkai Etiqad (1537)
[8] İbn Batta əl-İbane (876)
[9]  İbn Batta əl-İbane (877) Lalkai Etiqad (1502, 1539) Hallal əs-Sunne (1372)
[10]  Muvatta (təharət 51) Abdurrazzak (579-581) Hallal, əs-Sunne (1371)
[11]  Lalkai Etiqad (4/908) İbn Əbi Şeybe İman (113)
[12]  Lalkai Etiqad (1534)
[13]  İbn Batta əl-İbane (887) Lalkai Etiqad (1536) Mervezi Təzimi Kadri's-Salat (945) Hallal əs-Sunne (1384)
[14]  Mervezi Təzimi Kadri's-Salat (939)

Hiç yorum yok:

Yorum Gönder