18 Mart 2015 Çarşamba

Şeytanın batili Süslemesi‏

Şeytanın batili Süslemesi

İbnu'l-Qəyyim rahimehullah belə deyir:

"Şeytanın hiylələrindən biri də budur: İnsanı tələyə salmaq üçün, ağılı daim ovsunlamasıdır. Onun cadusundan ancaq Allahın dilədiyi kəslər xilas ola bilər.
* Şeytan ona, zərərli hərəkəti bəzəkli göstərər. Hətta ona, özünə ən faydalı şey olduğu zənnini verər.
* Ən faydalı olan hərəkətdən nifrət etdirər və ona bunu zərərliymiş kimi göstərər.
Lə ilahə illəllah! Nə qədər insan bu caduyla fitnələrə düşmüşdür!
* Nə qədər ürək ilə; islam, iman və əhsan arasına girmişdir!
* Nə qədər batili cilalamış və onu gözəl surətdə göstərmişdir!
* Nə qədər haqqı ləkələyib onu ədəbsiz şəklə soxmuşdur!
* Nə qədər vasvası kəslərə saxta şeyləri təchiz edib bəzəmişdir.
* Nə qədər dəyərsiz şeyləri arif dolananlara uddurmuşdur.
* Ağılları ovsunlayıb, müxtəlif hevalar və dəyərsiz fikirlər üzərində israrla dayanmağa təşviq edən, onlara hər pozğunluğun yollarını tutduran, həlakdan sonra həlaka sürüyən odur.
* İnsanlara, bütlərə tapınmağı, qohumluq bağını kəsməyi, qız uşaqlarını diri diri torpağa basdırmağı və anayla evlənməyi gözəl göstərən odur.
* Onlara, küfr, günah və üsyana baxmayaraq cənnəti əldə etməyi vəd edər.
* Şirki onlara; təzim/hörmət şəklində təqdim edər,
* Rəb Təalanın yuxarıda olması, kitablarındakı kəlamını və digər sifətlərini inkar etməyi, tənzih etmək şəklində təqdim edər.
* Yaxşılığı əmr edib pislikdən qadağan etməyi tərk etməyi; insanlara sevgi göstərmək və onlara gözəl əxlaqla rəftar etmək olaraq təqdim edər. Bu barədə: "Siz özünüzə baxın" (Maidə, 105) ayəsini istifadə edər.
* Rəsulullah sallallahu əleyhi və selləm'in gətirdiklərindən üz çevirməyi; daha yaxşı biləni təqlid etmək sözüylə bəziyər.
* Allahın dinində nifaq və yağçılığı; ağıllılıq və qul ilə insanlar arasında məşhur olan dolanışıq olaraq bəziyər. "[1]


[1] İğasetu'l-Lehfan, (1/110)

Hiç yorum yok:

Yorum Gönder