18 Mart 2015 Çarşamba

Müasir Xaricilər Əvvəlkilərdən də Şerlidirler!‏

Müasir Xaricilər Əvvəlkilərdən də Şerlidirler!
Müasir Xaricilər (Işid, ən-Nusra, əl-Qaidə vs.), Köhnə Xaricilərdən də Şərlidirlər!

1- Köhnə xaricilər kafirləri; "Döyüş halında olanlar, zimmət əhli və əmən verilənlər" olaraq təsnif edərəq ayırır, bu bölünməyə görə uyğun olan hüququ güdürdülər. Müasir xaricilər/təkfirçilər isə bütün kafirləri tək mərtəbədə; döyüş halında olan kafirlər mərtəbəsində sayır, haqqları güdmürlər. Hətta onların razılaşma, əmən və zimmətlərini etibarsız görürlər.

2- Köhnə xaricilər razılaşmağı pozmağı haram bilir, hətta bunu küfr və riddet/dinden çıxış sayırdılar. Müasir xaricilər isə razılaşmaları pozmağı vacib görürlər! Çünki onlara görə kafirin nə razılaşması, nə əmən verməsi nə də zimməti etibarlıdır!

3- Köhnə xaricilər zimmət əhli olan qeyri müslimlərin mallarını batil yolla yeməyi haram sayırdılar. Müasir xaricilər isə onların mallarını oğurlamağı və qəsb etməyi qanuni görür, bunları döyüş halındakı kafirlərdən alınan qənimətlər kimi qiymətləndirirlər!

4- Köhnə xaricilər intihar etməyi hər vəziyyətdə haram görür və intihar edən kimsənin cəhənnəmdə əbədi qalacaq bir kafir olduğuna inanırdılar. Müasir xaricilər isə əmən altındakı yüzlərlə Müsəlmanın, razılaşmalı və zımmi kafirlərin öldürülməsinə qarşılıq intihar etməyi caiz görür, hətta bu şəkildə intihar edənin şəhid olduğunu söyləyirlər!

Bu fərqləri düşünən kimsə anlar ki; köhnə xaricilərin vəziyyəti, müasir xaricilərdən daha əhvən idi. Necə ki elm əhlindən bir çox kimsə də bunu dilə gətirmişdir. Onlardan biri Şeyx Saleh əl-Fevzan, əl-İcabatu'l-Muhimme'de (s. 79) belə demişdir:

"Sual: Bu ölkələrdə partlatma hərəkətləri edənlərin xaricilər olduqları deyilə bilərmi?


Cavab: Bu yer üzündə fəsad çıxarmaqdır. Bu yer üzündə fəsad çıxarmaqdır. Əkinləri və nəsilləri həlak etməkdir. Günahsız qanlar haqqında həddi aşmaqdır. Müsəlmanları qorxutmaqdır. Bu isə xaricilərin etdiklərindən daha şiddətli bir şeydir. (Köhnə) Xaricilər belə belə şeylər etməzdilər. Xaricilər döyüş sahələrində çıxar, vuruşardılar. Amma bunlar yatmaqda olan, zəmanət altında olan insanlara gəlirlər və içindəkilərlə birlikdə evləri yıxırlar! Xaricilər bunları etmişlər idimi? Xeyr! Bu daha çox Qarmatilərin etdiklərinə bənzəməkdədir. Xaricilərə gəlincə; onlar qəddarlıq və xainlikdən uzaq idilər."  

Hiç yorum yok:

Yorum Gönder