18 Mart 2015 Çarşamba

Qarşı Çıxdığımız Hizipçilik Nədir? Şeyx Mukbil b. Hadi‏

Qarşı Çıxdığımız Hizipçilik Nədir? Şeyx Mukbil b. Hadi

Sual: Bəzi hizipçiler bizim hizipçiliği və mənasını bilməməklə günahlandırır. Bizə görə hizipçinin, bir məsələdə belə olsa bizə müxalif olan hər kəs olduğunu söyləyərək günahlandırırlar. Bizim müxaliflərimizə gözəl rəftar etmədiyimizi söyləyir və bizdən hizipçiliği təsvir etməmizi istəyirlər. Ey fəzilətli şeyx! Bizə bir şəxsin hizipçi olduğuna necə hökm edilə biləcəyini açıqlayarsınızmı? Hizipçilik nədir və hizipçi kimdir? Qınanan hizipçiliğin şərtləri nələrdir? Allah sizə xeyirli garşılıq versin.

Şeyx Mukbil b. Hadi rahimehullah'ın cavabı: Ey qardaşlar, onlar bizdən hizipçiyi bir gulyabani kimi yaxud buynuzları olan bir öküz şəklində təsvir etməmizi istəyirlər. Xeyr ey qardaşlar! Məsələ təfəkkür və vela və bera məsələsidir. Onlarla birlikdə olanlara vela (yaxınlıq göstərmək), onlarla birlikdə olmayana bera (uzaq dayanmaq) istəyirlər. Bu insanlar Allah Subhanehu və Təaladan qorxmurlar! Sünnə əhlindən uzaqlaşdırıb sünnə əhlini tənqid etməyi mümkün görürlər. Vallah! Vallah! Əgər Allah Subhanehu və Təala sünnəni qaim etməsəydi, şiə Əhli sünnə əleyhinə yalan danışardı, sufilər əhli sünnə əleyhinə yalan danışardı, İhvanu'l-Muflisin Əhli sünnə üzərinə yalan danışardı, Hikmət dərnəyi sahibləri Əhli sünnə əleyhinə yalan danışardı, əhsan dərnəyi Əhli Sünnə əleyhinə yalan danışardı, kommunistlər əhli sünnə əleyhinə yalan danışardı. Hətta əgər sünnə əhli onların söylədiklərindən və etdiklərindən qafil olsaydı, onlar hər şeyi gətirər və: "(Mukbil b. Hadi) el-Vadini "əs-Savaik ale'l-ekkaliyne bil-melaık (qaşıqla yemək yeyənlərə təəccüblü ildırımlar) deyə risalə yazdı deyərlər. Bizə üzərində qaşıqlar olan halal yemək gətirdiklərində inşallah yeyərik, Allah'a həmd olsun. Bununla birlikdə əllərlə yeməyi tövsiyə edərik. Bizlər əllərlə yeməyi tövsiyə edərik amma qaşıqla yeməyi nə haram edər nə də məkruh sayarıq. Kommunistlər, baasçılar və sufilər haqqımızda: "Sünnə əhli banan və xiyar satın almazlar, qadınların süd sağmasını caiz görməzlər" deyirlər. Ey qafillər! Danışdığınız bu sözləri sünnə əhlini tanıyan kimsə qəbul etməz. Allah köməkçimiz olsun, Allah köməkçimiz olsun.

Allaha həmd olsun sünnə əhli, Allahın halal etdiyi şeyi haram saymaz. Cəmiyyətlə birlikdə endirim etməz, cəmiyyətlə birlikdə haramı mübah saymaz. Əksinə onlar kitab və sünnəyə yapışarlar.

Hizipçilerin vela və berası yalan və aldatmacadır. Aden"də zahid və təqva sahibi olaraq bildiyim və haqqımda danışmasını üzrlü hesab etdiyim biri var. O hər biri burdan Saa'de'ye qədər olan bir çox yalanlar söyləyir. Bu yalanlardan biri; "bizim burada institut varmış!" Aden"li olan qardaşlarımız institutu bilməzlər, bura dəvət edilirmiş! Sünnə əhli özünə verilməyənlə doymuş görünməz! Etmədikləri şeylə öyünməyi istəməzlər! Mən onların günahsız olduğunu nəzərdə tutmuram. Onlar da bəşərdir. Elm tələbəsi səhv də edər, isabət də edər. Bildiyi də vardır, bilmədiyi də vardır. Allah köməkçimiz olsun.

Bu mövzuda şübhə atan iddia sahibi kimdir ey qardaşlar! Bir sünnə əhli ona gəldiyi zaman sünni olar! Məsuliyyətlərin halı bu. Məsullar bunu dərs verir! Onların yanına getsənsə, sən sünni sənsə sənə özlərinin də sünnə əhli olduğunu göstərərlər. Qəbilə şeyxlərinin və başqalarının çoxunun halı budur. Ancaq akletmeyen kar və dilsizlərdir. İşdə hizipçiliğin vela və berası budur.

Sünnə əhlinin velası (yaxınlıq göstərməsi) də Allah üçündür, berası (uzaqlaşması) da Allah üçündür. Sünnə əhlinə görə ağ ilə qara, ərəb ilə acem, tacir ilə kasıb arasında fərq yoxdur. Yenə dəvət barəsində kişi ilə qadın fərqi güdməz. Hər birinə haqqını verər.

İhvanu'l-Muflisin'in dəvəti, ey mədənilərin, tacirlərin və məsulların qardaşları! Allah üçün heyrət! Ey qardaşlar! Özünə yaxınlaşmaq mümkün olan tacirlərə onlarla birlikdə kim səbr edər! Ona ayaqqabılarıyla yaxınlaşmaq lazımdırsa, ayaqqabılarıyla yaxınlaşar, kədərində başından sonuna qədər onun yanında gözətçi olar. Ta ki bir sünnə əhli gəlib də onlarla danışmasın! Onlar, tacirlərin və özlərinə razılıq edən qəbilə şeyxlərinin xidmətçiləri kimidirlər.

Ən əhəmiyyətlisi, hizipçiler qarışdırma edərək belə deyərlər: "Sünnə əhli hizipçiliği bilmir!" Allaha həmd olsun Şamdan, Yeməni"dən, şərqdən, qərbdən bütün insanlar sünnə əhlinin Hizipçiliğe nifrət etdiyini öyrəndilər. Bəziləri  məsələni açıqlamır da: "Birliyi pozurlar, alimləri tənqid edirlər" və daha başqa sözlər edirlər. Lakin bizlər deyirik ki: toz qalxınca altlarındakının atmı yoxsa eşşəkmi olduğunu görəcəklər. Gerçəklər ya bu gün, ya sabah, ya da sabahısı gün ortaya çıxacaq. Kömək istənəcək olan Allah'dır.

Qaynaq: Hadramut'dan ər-Riydetu'ş-Şarkiyye xalqının sualları kaseti

Link:




Tərcümə: Əbu Muaz

Hiç yorum yok:

Yorum Gönder