İdarəçilərə
Qarşı Cihad Olarmı? - Şeyx Mukbil b. Hadi
Sual: Nə üçün
bizlər xüsusilə Alah'ın dəlilləriylə endirdiyi hökmlərlə hökm etməyən
idarəçilərə qarşı cihad elan etmirik?
Şeyx Mukbil b. Hadi rahimehullah'ın cavabı: "Həqiqətən
cihad İslamın ən üstün şüarlarından sayılar. "Şübhəsiz ki Allah
möminlərin canlarını və mallarını satın almışdır, (bunun qarşılığında) onlara
cənnət vardır. Allah yolunda döyüşər, öldürər və öldürülərlər." Nəbi
sallallahu əleyhi və səlləm belə buyurar: "Kim döyüşə çıxmadan və könülündən
döyüşməyi keçirmədən ölsə cahiliyyə ölümüylə ölmüşdür."
Müsəlmanların bəzi idarəçilərində dindən bəzi qalıqlar
vardır. Kafir olduğu açıqca ortaya çıxmamışdır. Əgər Nəbi sallallahu əleyhi və
selləm'in Ubade b. əs-Samit radıyallahu ənh tərəfindən rəvayət edilən hədisində
olduğu kimi onun küfrü açıqca ortaya çıxsa, ki bu hədisdə belə deyilər:
"Rəsulullah sallallahu əleyhi və selləm'ə, çətinlikdə və asanlıqda,
məmnuniyyətdə və məmnunsuzluqda, dinləyib itaət etmək, yanımızda Allahdan bir
burhan olan açıq-aşkar küfr görməmiz halı xaricində, əmr sahibləriylə
çəkişməmək və harada olsaq olaq, Allah üçün heç bir qınayıcının qınamasından
qorxmadan haqqı söyləmək üzrə beyət etdik."
Əgər idarəçinin küfrü açıq-aşkar ortaya çıxarsa,
Müsəlmanların və xalqın vəziyyətini də araşdırmaq zəruridir. Vəziyyət xalqın
əleyhinə dönə bilər. Müsəlmanlar cihada ehildirlərmi, yoxsa deyildirlərmi
baxılar. Əksinə onlar mal toplamaya ehildirler. Çörək azaldığı zaman Başçıya
söyməyə hazırdır. Adını vermək istəmədiyim Misirli qardaşlardan bəzisinin sözü
xoşuma getdi. Dedilər ki: "Sən Sədat kafirdir" deyirsən. Dedi ki:
"Yalnız mənim Sədat kafir dediyimi görürsünüz. Gedin çörək batalyonlarına
baxın, insanların "Sədat kafirdir" dediklərini eşidəcəksiniz."
Xalq, çörək, şəkər, duz azaldığı zaman başçıları təkfir
etməyə hazırdır. Əgər onların ehtiyaclarını aradan qaldıracaq olsa: "Bu
raşid bir xəlifədir" deyərlər.
Sonra nəticəsinin nə olacağına baxılması lazımdır.
Müsəlmanların qanlarının tökülüb başa bir kommunist, bir baasçı və ya bir dünyəvi
keçərmi?
Biz Camiatu'l-İslamiyye'de ikən Məhəmməd adında Həbəşli bir
yoldaşım vardı. Ona: "Ey məhəmməd bu tətildə nə etdin?" dedim.
"Tüğyanın üzərinə getdik" dedi. Onların ölkəsində Xristianlar vardı
və onlara qarşı qiyam qaldırıb qovmuşlar idi. Az bir zaman sonra bir də nə
olsun, Habeşistanda qırmızı kommunizm!
Mən saqqalımıza
gülən kommunistlərin, baasçıların və ya Nasirilərin bizi təhrik etmələrinə
kədərlənirəm. Aden'dən İngilisləri Müsəlmanlar qovdu. Sonra kommunistlər başa
keçdi. Camal Abdunnasır - Allah ona rəhmət etməsin! - üçün beşik hazırlayan,
kresloya oturdan kimlər idi? Onlar İhvanu'l-Muslimun idi, sonra Camal onları
parçaladı. Hər bəlanın başı İran üçün Amerikan xidmətçisi bir sufi olan
Sibgatullah el-Muceddidi'yə mühit hazırlayan kim oldu? Yarım milyona yaxın
Müsəlmanları hüsrana uğratdılar. Allah niyyətlərinə görə onlara rəhmət etsin.
Allahdan niyyətlərinə görə onları şahidliklə ruzi verildirməsini ümid edirik.
Amerikanın özü üçün saqqallı kəslər seçib: "Saqqallılar
qafildir" demədiklərini haradan bilirik? Sonra onlara deyərlər ki:
"Bu başçıya baxın, xalqın malını necə xərcləyir, necə fəsad qapıları açır,
Allahın haram etdiyini necə halal sayır, xalqı zindana atmış kimi necə də
təzyiq edir!" Ta ki xalqı təsir edərək təhrik edərlər, sonra ondan daha
şərlisini gətirərlər. Bunu edə bilməzlərsə Amerikan dollarları dövrəyə girər.
Cahilicə ehtiras içində olan halqa yüz milyonlar verərlər, sonra istədiklərini
etdirərlər. "Zalımlara meyl etməyin yoxsa sizə atəş toxunar"
Nəbi sallallahu əleyhi və səlləm belə buyurmuşdur: "Mömin
bir dəlikdən iki dəfə dişlənilməz."
Bizə gəlincə yumruqlara doymuş hala gəldik, sonra yeni
dəvətçilər gəldi və: "Bəlkə də səmimilərdir" dedilər. Sonra da bir
çox Müsəlman ölkəsində olanlar olduqdan sonra ancaq anlaya bildik.
Əgər Müsəlmanlar ehil dirlərsə və yanlarında qüvvətlər,
aclıq, paltarsızlıq, yuxusuzluq, yorğunluq kimi çətinliklərə dözə biləcək
kişilər varsa, Harut və Marutdan daha ovsunlayıcı olan Amerikan dollarlarını
rədd edə bilirlərsə, ilk işin Amerikan dollarlarını rədd etmək üzrə Allaha söz
vermək olduğunu bilmələri lazımdır. Əks halsa əsla bacara bilməzlər.
"Sünnə əhli cihadda deyildirlər" deyənlər
təkəbbürlənən
kəslərdir. Sünnə əhli cihaddadır. Allaha dəvət davam edir, təhsil davam edir,
zalımlara qarşı, hizipçilere qarşı, kommunistlərə qarşı, baasçılara qarşı, nâsirilərə qarşı, hətta bütün cəmiyyətlərə
qarşı güclərinin çatdığı sərhəddə pisliyə qarşı çıxmaq davam edir! Bu
düşmənlərə, silahla qarşı dayanmaqdan daha çox zərər verir!
Bəzi camaatların bir polisi öldürdüyündə, onların Allaha
dəvət edən günahsız Müsəlmanlardan minlərlə dəvətçini həbs etdiklərini gördük.
Oyanıq olub mövzuları yaxşı düşünməmiz lazımdır.
Allah Nəbi sallallahu əleyhi və selləm'i göndərdiyində
cihadımı əmr etdi? Səhabələrin döyülüb gətirildiyini görmədimi? Hətta Hərəmdəki
hadisədə olduğu kimi Nəbi sallallahu əleyhi və selləm'ə təzyiq tətbiq
olunmadımı? Sonra hicrətə məcbur edilmədimi? Ta ki Allah ona zülm edənlərə
qarşı döyüşmə icazəsini endirdi. Yaxşı araşdırmamız zəruridir. Təqibçilərimizi
İhvanu'l-Muflisun'un "Cihad, cihad" deyərək qarışdırma etdikləri
kimi, qarışdırmamalı, gəncləri provake etdikdən sonra öndərlərimizi hədəf
olaraq verməməliyik. Sanki liderləri Allah yolunda cihada hazırlamaq üçün
dayanırmış da, sonra onları teatrlara, neşitlere, lətifələrə və buna bənzər
şeylərə istiqamətləndirir! Təqibçilərimizi və qardaşlarımızı aldatmamalıyıq! "Hamınız
çobansınız və hər biriniz sürüsündən məsuldur."
Qaynaq: Garatu'l-Eşrita (1/191-194)
Tərcümə Əbu Muaz
Hiç yorum yok:
Yorum Gönder