18 Mart 2015 Çarşamba

Münafiqlərlə Cihad

Münafiqlərlə Cihad

İbn Məsud radıyallahu ənh belə demişdir:

لَمَّا نَزَلَتْ: {يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ} أُمِرَ رَسُولُ اللهِ صَلى الله عَلَيه وَسَلم أَنْ يُجَاهِدَ بِيَدِهِ, فَإِنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِوَجْهٍ مُكَفَهِرٍّ

"Ey Nəbi! Kafirlərlə və münafiqlərlə cihad ət" (9 Tövbə 73) ayəsi endiyi zaman Rəsulullah sallallahu əleyhi və səlləm; əl ilə cihad etməsi, buna gücü çatmazsa onları asıq
sifətlə qarşılamaqla əmr olundu." Səhih. Taberi (11/566) Beyhaki, Şuabu'l-İman (7/38)

İmam Əbu Cəfər ət-Taberi dedi ki: "(Tövbə surəsi 73. Ayəsinə dair) Bu görüşlər içində mənə görə ən məqsədəuyğunu İbn Məsud radıyallahu ənh'in, Allah Təalanın, Nəbi sallallahu əleyhi və selləm'ə münafiqlərlə cihad etməyi əmr etdiyinə dair sözüdür. Bu, müşriklərlə cihadı əmr etməsinin bənzəridir.

Əgər biri: "Nəbi sallallahu əleyhi və səlləm səhabələri arasında olan münafiqləri bildiyi halda onları necə buraxdı?" deyəcək olsa, deyilər ki: "Şübhəsiz ki Allah Təala onlardan küfr sözünü ortaya açıqca qoyan kəslərlə döyüşməsini əmr etdi. O münafiqin zahire vurduğu şeyə görə davranılar.

Onlardan küfr sözünü söylədiklərindən xəbərdar olunanlar tutulduğu zaman inkar edər və bu sözdən dönərək: "Mən Müsəlmanım" desə diliylə İslamı göstərən hər kəs haqqında Allahın hökmü onun malının və qanının qoruma altında olmasıdır.  Etiqadında başqa bir şey gizləsə belə, onların sirləri Allah Azze və Celleyə buraxılar. Xalqın gizlilikləri araşdırmasına yol buraxılmamışdır.

Buna görə Nəbi sallallahu əleyhi və səlləm münafiqləri bilməsinə və Allahın özünü onların içlərində gizlədikləri şeylərdən və ürəklərindəki etiqadlardan xəbərdar etməsinə baxmayaraq, bu kəslərin səhabələri arasında olmasını təsdiqləmiş, onlarla olan cihadda, Allaha ortaq qoşan (kafirlərə) hərb açması kimi bir cihad yolunu tutmamışdır. Münafiqlərdən biri, Allahı küfr/inkar ehtiva edən bir sözündən xəbərdar olunub tutulunca, inkar etmiş, diliylə Müsəlman olduğunu göstərmişdir. Nəbi sallallahu əleyhi və səlləm də onu, daha əvvəl söylədiyi sözdən və içində gizlədiyi etiqaddan deyil, ancaq özünün hüzurunda söyləyərək ortaya qoyduğu sözlə məsul tutmuş və buna görə hökm vermişdir.


Allah hökmdə heç kimə insanların içlərində gizlədiyinə görə hökm etməyi mübah etməmişdir, içdə gizlənənin hökmünü tək özünə ayırmışdır." (Taberi Təfsiri 11/567)

Hiç yorum yok:

Yorum Gönder