7 Mart 2015 Cumartesi

Namazın Tərkinin Küfr Oluşundakı İcma Haqqında Şübhənin Aradan qaldırılması

Namazın Tərkinin Küfr Oluşundakı İcma Haqqında Şübhənin Aradan qaldırılması

Mürcieyə uyğunlaşma göstərən bəzi zəif kəslərin namazın tərkinin küfr olmadığını isbat üçün nəşr etdikləri bəzi risalələrdə, Bişr b. El-Mufaddalın Səid b. Iyas el-Ceriri'dən rəvayətinin zəif sayılmağa çalışıldığı ilə əlaqədar sual soruşulması üzərinə, bu şübhəyə bu cavabı verməm lazımlı oldu:

İbn Hibban dedi ki: "Səid b. Iyas əl-Cəriri vəfatından üç il əvvəl ihtilata uğradı lakin ihtilatı hədsiz olmamışdır. Buna görə onu es-Sikatda zikr edirəm"
Abdullah b. Əhməd dedi ki: "Atam dedi ki: İbn Uleyyeyə "əl-Cəriri ihtilata uğradımı?" dedim. Dedi ki: "Xeyr, yalnız qocaldı və həssaslaşdı."

əl-İcli dedi ki: "Basralıdır. Sikadır. Ömürünün sonlarında ihtilata uğradı. İhtilatından sonra rəvayət edənlər; Yezid b. Harun, İbnu'l-Mubarek, İbn Əbi Adiy, kimi kiçiklər (etbau't-tabiinin kiçikləri) ihtilatından sonra rəvayət etmişlər. Ondan səhih olaraq rəvayət edənlərdən; Hammad b. Sələmə, əs-Sevri, Şöbə, İbn Uleyye və abdula'la O'ndan eşitməsi ən səhih olanlardır. Bunlar ihtilatından səkkiz il əvvəl rəvayət etmişlər."

Əbu Ubeyd əl-Acurri də: "Cəriri'dən ən çox rəvayət edən İsmayıl b. Uleyyedir. Eyyuba (əs-Sahtiyani) çatan hər kəsin Cəriridən eşitməsi ceyyiddir" demişdir.
Cəriri 144 ilində vəfat etmişdir.

Deyərəm ki: Bişr b. Mufaddal etbaut'tabiin'in orta təbəqəsindəndir. Buxari və Muslim; Bişr b. El-Mufaddal'ın el-Ceriri'dən rəvayətiylə hüccet gətirmişdir. Baxın.: Buxari, Nömrə: 2654, 6273, 6919 Muslim nömrə: 913

Şeyx əl-Elbani, Bişr - Cəriri yoluyla gələn rəvayətlərə səhih demişdir. Baxın.: Əbu Davud nömrə: 1195 Tirmizi 1901, 2301, 2622, 3019

Tirmizi’nin 2622 nömrəli rəvayəti namazın tərkinin küfr olduğunda səhabənin icma etdiyinə dair mevzubahis olan rəvayətdir. İbn Həcər də Tahricu'l-Keşşaf'ta (1/204) bu rəvayətin Buxari və Muslimin şərtlərinə görə səhih olduğunu təsdiq etmişdir.

Şuayb əl-Arnaut da Əbu Davudun 1195 nömrəli hədisi haqqında: "İsnadı səhih. Çünki Bişr b. Mufaddal Səid b. İyas el-Ceriri'dən ihtilatından əvvəl eşitmişdir" demişdir. Bu eyni zamanda Muslim’in 913 nolu rəvayətidir.

Necə ki Burhanuddin el-Halebinin əl-İgtibat kitabına ta'lik düşən Alauddün Əli Rida, Buxari və Muslimin rəvayət etmiş olmalarını, Bişrin el-Ceriri'dən ihtilatından əvvəl eşitmiş olmasının dəlili olaraq zikr etmişdir. (s. 127 nömrə: 39)

Allah ən yaxşı biləndir.

Əbu Muaz.

Hiç yorum yok:

Yorum Gönder